Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. == Əhalisi == Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. == Görkəmli şəxsləri == İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. === 2012-ci il London Paralimpiadası === Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. == Həyatı == 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
Robin Benqtsson
Robin Benqtsson (isv. Robin Bengtsson; 27 aprel 1990, Revesjö[d], Elvsborq[d]) — İsveç müğənnisi. O, "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə beşinci yeri qazandırmışdır. == Musiqi karyerası == Robin Benqtsson 27 aprel 1990-cı ildə İsveçin Svelyunqa şəhərində anadan olmuşdur. İsveç tamaşaçısı Robin Benqtssonu ilk dəfə ölkədə keçirilən "Idol 2008" müsabiqəsində tanımağa başlamışdır. Robin həmin müsabiqədə 3-cü yeri qazanmışdır. Robin 2009-cu ilin ortalarında Merion Music albom şirkəti ilə anlaşma imzalamış və daha sonra "Another Lover's Gone" adlı ilk sinqlını dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə Robin Karl Martindahl və Daniel Karlsson ilə birlikdə Haitidə baş verən zəlzələ nəticəsində həlak olan insanlara həsr edilmiş "Wake Up World" mahnısını ifa etmişdir. Həmin ildə müğənni eyni zamanda İsveçin Wipeout yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. 2016-cı ildə Robin Benqtsson uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatılmışdır.
Robin Boreqar
Robin Boreqar (d. 23 fevral 1979) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Robin Boreqar, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Robin Boreqar, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Robin Denholm
Robin M. Denholm (ing. Robyn M. Denholm; 27 may 1963) — avstraliyalı şirkət idarəçisi. Denholm 2018-ci ilin noyabr ayında Tesla şirkətində sədr vəzifəsinə təyin olunmuşdur. == Həyatı == Denholm 27 may 1963-cü ildə Yeni Cənubi Uelsin Milperra şəhərində anadan olmuşdur. Onun uşaqlığı valideynlərinin xidmət stansiyasında keçmişdir. Denholm elə uşaqlıqdan maliyyə məsələləri, avtomobillər və digər sahələrlə maraqlanmağa başlamışdır. Denholm Sidney Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə, 1999-cu ildə isə Yeni Cənubi Uels Universitetini ticarət üzrə magistr dərəcəsi ilə bitirmişdir. Denholm Avstraliya və Yeni Zelandiyada Mühasiblər İnstitutunun üzvüdür.
Robin Forbes
Robin Forbes (d. 24 aprel 1972; Brisben, Avstraliya) — Avstraliyanı təmsil edən batut gimnastı. Robin Forbes, 2000-ci ildə Avstraliyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Robin Forbes, 2000-ci ildə Avstraliya bayrağı altında elə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Forbes, 60.70 xal topladı və 12 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Robin Hivens
Robin Hivens (27 noyabr 1964, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. == Həyatı == Hivens 1964-cü ildə Reuben Givens və Ruth Roper ailəsində anadan olmuşdur, lakin onun iki yaşı olanda anası və atası ayrılmışdır. 15 yaşında Sara Lorens Kollecində 1984-cü ildə təhsil almışdır. Onun ilk həyat yoldaşı Mayk Tyason (1988–1989) sonrakı həyat yoldaşı isə Svetozar Marinkoviç (1997–1998) olmuşdur. Hal-hazırda isə o məşhur tennisçi Murphy Censen ilə sevgilidir.
Robin Hud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. == Xarici keçidlər == Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Nikolls
Robin Nikolls (d. 8 may 1990) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Robin Nikolls, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Robin Nikolls, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Robin Qosens
Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu. == Klub karyerası == === Vitess === Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır. === Dordrext === 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı.
Robin Qud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. == Xarici keçidlər == Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Stjernberg
Robin Şernberq — İsveç müğənnisi.
Robin Uilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. == Həyatı == Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Uorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Vilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. == Həyatı == Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Williams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. == Həyatı == Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Yanq
Robin Yanq (d. 19 dekabr 2000) — Svazilendli üzgüçü. Robin Yanq Svazilendi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Robin Yanq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.46 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Robin Şarma
Robin Şarma (16 iyun 1964, Port-Hoksberi[d], Yeni Şotlandiya) — kanadalı yazıçı. == Həyatı == Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının "Sən öləndə kim ağlayacaq?", "Superhəyat! 30 günlük həqiqi həyata səyahət", "Titulsuz lider" və "Ferrarisini satmış rahib" kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir.
Robin Şernberq
Robin Şernberq — İsveç müğənnisi.
Robin Şu
Robun Şu (ing. Robin Shou, 17 iyul 1960, Honkonq) — Çin əsilli Amerikalı aktyor və döyüş sənətləri ustasıdır. == Həyatı == Robin Şu 1960-cı ildə Çində anadan olmuşdur. Ailədə 5 uşaqdan dördüncüdür (2 böyük bacısı və 2 kiçik qardaşı). 1971-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Əvvəllər Kenpo–Karate , sonralar isə Uşu ilə məşğul olub. 1982–1983-cü illər arasında qızıl və gümüş medalları qazanır. Kaliforniya Universitetində tikinti üzrə bakalavr dərəcəsi alır. Bir müddət keçdikdən sonra mühəndislik üzrə diplom qazanır. Kino karyerası isə 1980-ci illərdən başlayır.
Laynus Polinq
Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[…], Portlend, Oreqon, ABŞ – 18 avqust 1994[…], Biq-Sur[d], Kaliforniya[…]) — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır. XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir.