Robin M. Denholm (ing. Robyn M. Denholm; 27 may 1963[1]) — avstraliyalı şirkət idarəçisi. Denholm 2018-ci ilin noyabr ayında Tesla şirkətində sədr vəzifəsinə təyin olunmuşdur.[2]
Robin Denholm | |
---|---|
Doğum tarixi | 27 may 1963[1] (61 yaş) |
Doğum yeri | Milperra, Yeni Cənubi Uels, Avstraliya |
Təhsili | |
Fəaliyyəti | biznes ledi, sahibkar |
Fəaliyyət illəri | 2018-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Denholm 27 may 1963-cü ildə Yeni Cənubi Uelsin Milperra şəhərində anadan olmuşdur.[3] Onun uşaqlığı valideynlərinin xidmət stansiyasında keçmişdir.[4] Denholm elə uşaqlıqdan maliyyə məsələləri, avtomobillər və digər sahələrlə maraqlanmağa başlamışdır.[5]
Denholm Sidney Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə, 1999-cu ildə isə Yeni Cənubi Uels Universitetini ticarət üzrə magistr dərəcəsi ilə bitirmişdir.[6][5] Denholm Avstraliya və Yeni Zelandiyada Mühasiblər İnstitutunun üzvüdür.[7]