Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. == Mənşəyi və funksiyaları == Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır. Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.
Haşiyəli parabüzən
Haşiyəli parabüzən (lat. Coccinula sinuatomarginata Fabr.) — Mənənələrlə qidalanır. == Biologiyası == Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır. == Yayılması == Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.
Qazivəli (Miyanə)
Qazivəli (fars. قاضي ولي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (17 ailə).
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Qasıməli
Qasıməli, Getapi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəytəri"ndə Qasımkənd, Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasında qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qarni nahiyəsində qışlaq kimi qeyd olunur == Əhalisi == 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. == Toponimi == Toponim Qasıməli adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. 1728-ci ilə aid arxiv mənbəyinda Qasımlı kimidir [170, 142]. Həmin mənbədə Qasımkənd adı da çəkilir və "el məşhur Avşar" adlandırılır İranda XIX əsrdə Əfşar tayfasının bir qolunun adı Qasumlu idi. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.
Andrea Qabriyeli
Andrea Qabriyeli (1533, Venesiya – 30 avqust 1585[…], Venesiya) — intibah dövrünün bəstəkarı və orqançısı. Adrian Villartın şagirdi. Venesiya musiqi məktəbinin ilk dünyaca tanınmış bəstəkarı. Venesiya üslubunun İtaliya və Almaniyada yayılmasına təsir göstərmişdi.
Qasıməli Cantoşev
Qasıməli Cantoşev (qırğ. Касымалы Жантошев;; 2 sentyabr [15] 1904, Tənizbay kəndi, Ak-Suu rayonu, İsıkgöl vilayəti, Qırğızıstan - 13 avqust 1968, Frunze) - qırğız ədəbiyyat və ictimai xadimi, yazıçı, dramaturq, tərcüməçi, aktyor, rejissor. Qırğızıstan SSR-in əməkdar artisti (1946), Qırğız SSR xalq yazıçısı (1968) olmuşdur. SSRİ Yazıçılar İttifaqı (1934) olmuşdur. == Həyatı == 1926-cı ildə A.Kuttubayev, A.Botaliyev, S.Sabayev, K.Eşimbəyov və başqaları ilə birlikdə ümid verən gənc olaraq Qırğızıstan musiqi və dram studiyasına qəbul edildi. Musiqi və dram studiyasında çalışdığı illərdə bir neçə rol oynamış, eyni zamanda ilk pyeslərini: "Çobanlar", "Karaçaç", "Qırmızı və Mariya" və s. yazmışdır. Sonradan Q.Cantoşevin yuxarıda göstərilən bütün pyesləri səhnəyə qoyulub. 1930-cu ildə Frunze şəhərində Pedaqoji Texnikumu bitirmışdır. Qırğızıstan Pedaqoji Kollecində müəllim işləyib, bir müddət kənd məclislərinin sədrlərinin hazırlanması kurslarından dərs keçib.
Qasıməli Zahirnejad
Qasıməli Zahirnejad (1924, اردبیل – 13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru. == Həyatı == Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. 1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir. === Təhsili === 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir. == Karyerası == O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir. İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu.
III Mamiya Quriyeli
III Mamiya Quriyeli (gürc. III გურიელი მამია) və ya Böyük Mamiya Quriyeli (gürc. დიდი გურიელი) — Quriya knyazı. Qərbi Gürcüstandakı hakimiyyət mübarizəsinə qatılan III Mamiya Quriyeli 1701, 1711–1712 və 1713–1714-cü illərdə üç dəfə İmereti çarı olmuşdur. == Həyatı == === Quriyada taxta çıxması və hakimiyyətinin ilk illəri === Mamiya III Georgi Quriyeli və Tamar Çicavadzenin kiçik oğlu idi. Atası 1684-cü ildə İmereti çarı IV Aleksandr ilə döyüşdə öldürüldükdən sonra Osmanlı valisi Yusif Paşanın himayəsi altında Axıskada sürgündə saxlanılan digər qardaşlarının yanına göndərildi. Sürgündə olduğu illərdə qardaşı Keyxosrov və əmisi Malakiya ilə münasibətləri yaxşı deyildi. Bu dövrdə qardaşı vəfat etdi. Əmisi Malakiya isə Mamiya tərəfindən kor edildi. 1689-cu ildə quriyalı zadəganlar Mamiyanı Quriyaya dəvət etdilər.
IV Georgi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batomi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.
IV Qeorqi Quriyeli
IV Georgi Quriyeli (gürc. გიორგი IV გურიელი; XVII əsr – 1726, Batomi) — Quriyeli sülaləsindən olan Quriya knyazlığının hökümdarı. 1714-1726-cı illərdə hakimiyyətdə olmuşdur. 1716-cı ildə qısa müddətdə İmereti çarı olsa da, həmin il taxtdan imtina etmək məcburiyyətində qaldı. İmeretidən Quriyaya qayıdarkən anası Helena, qardaşı III Keyxosrov və bir qrup əyan tərəfindən IV Georgini hakimiyyətdən salmaq üçün çevriliş hazırlandı. Georgi bu dövrdə Meqreliya knyazı Bejan Dadiani ilə sülh əldə etdikdən sonra hakimiyyətini qoruya bildi. == İlk illəri == IV Georginin atası Quriya knyazı III Mamiya, anası isə knyaz Georgi Abaşidzenin qızı Helenadır. IV Georgi 5 yanvar 1714-cü ildə III Mamianın ölümündən sonra vəliəhd şahzadə kimi Quriya knyazı olmuşdur. Həmçinin son İmereti çarının devrilməsi ilə IV Georgi 1716-cı ildə İmeretiya çarının taxtına oturmuşdur. Lakin hakimiyyəti sadəcə üç ay sürmüşdür.