Rayon mərkəzindən 5 km şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəytəri"ndə Qasımkənd[5], Qafqazın 5 verstlik xəritəsində Qasıməli kəndi formasında[6] qeyd edilmişdir.[7]
1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qarni nahiyəsində qışlaq kimi qeyd olunur[8][9]
Toponim Qasıməli adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. 1728-ci ilə aid arxiv mənbəyinda Qasımlı kimidir [170, 142]. Həmin mənbədə Qasımkənd adı da çəkilir və "el məşhur Avşar" adlandırılır İranda XIX əsrdə Əfşar tayfasının bir qolunun adı Qasumlu idi. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Getapi qoyulmuşdur.