Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaranlıq
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. == Toponimikası == QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq materiya
Aşağı Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qaranlıq (film, 2018)
Qaranlıq — "A Class Production"-un istehsalı olan Azərbaycan filmi. Filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanmış, 2017-ci ildə tamamlanaraq ekranlaşdırılmışdır. Filmin prodüseri Azər Zeynalov, ssenari müəllifi, rejissoru və bəstəkarı Kənan Zeynalovdur. Filmin operator və montaj işi İsmayıl Zeynalova məxsusdur. Filmin çəkilişləri 2017-ci ilin yay aylarında reallaşmışdır. == Məzmun == İki ay əvvəl Fəridi itirən Nuray yeni bir sevgi romanı yazmaq qərarına gəlir. Bunun üçün anasının tanışı — illər öncə müəmmalı şəkildə öldürülmüş Firuzənin gündəliyini oxuyub ondan istifadə etmək istəyir. Nuray gündəliyi oxuyarkən burada bir vərəqin çatmadığını görür. Bu, Nurayda şübhə doğurmağa başlayır. Firuzənin sevgilisi olmuş Fikrətlə görüşüb 34 il ərzində üstü açılmamış bu qaranlıq cinayəti araşdırmağa çalışırlar.
Qaranlıq (serial, 2017)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. == Məzmun == Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.
Qaranlıq Feniks (film, 2019)
Qara simurq (həmçinin İks-adamlar: Qara simurq) 21st Century Fox tərəfindən tərtib edilən və Walt Disney Studios Motion Pictures tərəfindən paylanan Marvel Comics X-Men simvoluna əsaslanan 2019-cu il Amerika super qəhrəman filmləri filmidir. İks-adamlar filmi seriyalarında X-men: Apocalypse (2016) və əsas X-Menseries-də yeddinci və son hissələrə birbaşa olaraq sonradan on ikinci hissəsidir. Film Simon Kinberq tərəfindən yazılmış və rejissorluq edilmişdir və Ceyms Makevoy, Maykl Fassbender, Cennifer Lourens, Nikolas Hoult, Sofi Törner, Tay Şeridan, Aleksandra Şipp və Cessika Çesteyn adlı bir ansamblın əsərlərindən ibarətdir. Qaranlıq Feniksdə X-Men kosmosda bir missiya yanlış getdiyindən sonra Feniksin tam gücü ilə üzləşməlidir.
Qaranlıq döngə (film, 1972)
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qaranlıq fentezi
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq döngə
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq (Duzluca)
Qaranlıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qaranlıq qala (silsilə)
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Tor: Qaranlıq dünya
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. == Rollarda == Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Qaranlıq meşə fərziyyəsi
Qaranlıq meşə fərziyyəsi — kainatda bir çox yadplanetli sivilizasiyanın mövcud olduğu, lakin onların həm səssiz olmağı, həm də düşmən mövqe saxlaması, beləliklə başqa düşmən və aşkar edilməyən sivilizasiya tərəfindən məhv edilmək qorxusundan öz aşkar edilməzliyini qoruyub saxladıqları haqqında fərziyyə. Bu, Fermi paradoksunun bir çox mümkün izahatlarından biridir. Burada yadplanetli həyatı ilə təmasların olmaması bunun kimi potensiallara müqayisə olunur. Qaranlıq meşə fərziyyəsi "ölümcül tədqiqat raketləri" və ya "berserker" fərziyyələrinin bir variantıdır. Adını Lyu Sınsin tərəfindən 2008-ci ildə yazılmış romandan götürür. == Zəmin == Yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə və ya onunla əlaqə saxlamağa cəhd etdiyinə dair heç bir etibarlı və ya təkrarlana bilən sübut yoxdur. Ağıllı yerdənkənar həyatın heç bir möhkəm sübutu aşkar və ya müşahidə edilməmişdir. Bu, kainatın çoxlu sayda planetlə dolu olması ilə bağlı biliklərə ziddir və onların bəzilərində həyat üçün əlverişli şərait var. Həyat adətən bütün mövcud boşluqları doldurana qədər genişlənir. == Konsepsiya == "Qaranlıq meşə" fərziyyəsinə görə, kosmosa uçan hər hansı bir sivilizasiya hər hansı digər ağıllı həyata qaçılmaz təhlükə kimi baxacaq və bununla da özünü tanıdan hər hansı yeni yaranan həyatı məhv edəcək.
Rəqəmsal qaranlıq dövr
Rəqəmsal qaranlıq dövr — texnologiyaların inkişafı və məlumatların çürüməsi nəticəsində korlanan, qıtlaşan və ya əlçatmaz hala gələn köhnəlmiş fayl formatlarının, proqram təminatlarının və ya texniki vasitələrin birbaşa nəticəsi olaraq rəqəmsal dövrdə tarixi məlumatın çatışmazlığı. Gələcək nəsillər üçün elektron sənədləri və multimediaları əldə etmək çətin və ya qeyri-mümkün ola bilər, çünki onlar köhnəlmiş və qeyri-müəyyən fayl formatında və ya köhnəlmiş fiziki daşıyıcıda, məsələn, disketlərdə saxlanılır. Bu ad Qaranlıq dövr terminindən irəli gəlir. Burdakı məna rəqəmsal dövrdə sənədlərin rəqəmsal formatlara köçürülməsi və orijinal nüsxələrin itməsidir. Termin ilk dəfə 1997-ci ildə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) konfransında istifadə olunub. Termin 1998-ci ildə Long Now Foundation və Getty Conservation Institute tərəfindən birgə maliyyələşdirilən Time and Bits konfransında da qeyd olunub. == Özəl və köhnəlmiş fayl formatları == Problem mətn sənədləri ilə məhdudlaşmır, eyni zamanda foto, video, audio və digər növ elektron sənədlərə də aiddir. Termin istifadəsinə səbəb olan narahatlıqlardan biri sənədlərin oxunması üçün xüsusi təchizat tələb edən fiziki mediada saxlanması və bu cihazın sənədin yaradıldığı vaxtdan bir neçə on il sonra mövcud olmayacağıdır. Rəqəmsal qaranlıq dövr köhnəlmiş fayl formatları səbəbindən yaranan problemlərə də aiddir. Belə olan halda, saxlanan sənədləri əldə edərkən problem yaradan şey lazımi proqram təminatının olmamasıdır.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Drakula: Qaranlıqlar knyazı (film, 1966)
Drakula: Qaranlıqlar knyazı (ing. Dracula: Prince of Darkness) — 1966-cı ildə istehsal olunmuş Böyük Britaniya filmidir. == Xarici keçidlər == Drakula: Qaranlıqlar knyazı — Internet Movie Database saytında.
Qaranlıq günəş: Həyat sandığı
== Haqqında == Üçlüyün çöküşündən artıq beş il keçib. Günəş döyüşçüsünün gəlişilə bütün təhlükənin geridə qaldığını düşünsələr də əslində müharibə hələ təzə başlayırdı. Bir neçə ay davam edən qarışıqlığın qarşısını vaxtında alan Elion, indi daha böyük bir təhlükə ilə üz-üzə dayanmışdı. Və bunun öhtəsindən gəlmək üçün təlimi hələ davam edən Günəş döyüşçüsünün köməyinə ehtiyacı vardı. “Qaranlıq Günəş: Həyat sandığı” Azərbaycanda bu janrda yazılmış Qaranlıq Günəş: Xeyrin çöküşü romanının ardıdır.
Qaranlıq günəş xeyrin çöküşü
== Haqqında == Roman, fantastik janrın ən çox bəyənilən və uğur qazanan “Fantastik Qurğu” altjanrında yazılmışdır. Bu janrın Azərbaycanda ilk olmağına baxmayaraq dünyada bir çox unudulmaz nümunələrə sahibdir. “Üzüklərin Hökmdarı”, “Harri Potter” və “Narniya Salnamələri” kimi məşhur əsərlər yüzlərlə nümunədən, sadəcə, bir neçəsidi. Təlim mərkəzlərindən birinə edilən sirli hücumun ardından iki ən yaxşı döyüşçü tədqiqata başlayır. Burda keçmiş düşmənlərinin əlinin olduğunu düşünərək bir müddət onlara verilən təlimat əsasında hərəkət etsələr də, hər şey heç də göründüyü kimi deyilmiş. Düşmən üçün qurulan tələ, elə düşmənə aid planın bir hissəsi imiş. Hər səhifəsindən zövq alacağınız roman, sizi təxəyyülünüzün sərhədlərini aşmağa məcbur edəcək. Heç vaxt var olmamış dünyanın fərqli həyat qanunlarını və düşüncə tərzini göstərəcək. Ən vacibi isə, bu kitabda siz xeyirlə şər arasındakı incə bənzərliyin şahidi olacaqsınız. “Qaranlıq Günəş” Azərbaycanda bu janrda yazılmış ilk və yeganə əsər olmaqla birlikdə detektiv janrının da bəzi çalarlarını özündə cəmləyən bir romandır.
Qaranlıq mələyi: Oyanış (film, 1994)
Qaranlıq mələyi: Oyanış — 1994-cü ildə istehsal olunmuş ABŞ və Rumıniya filmidir. == Məzmun == Demonessa Veronika cəhənnəmdən Yerə qaçır və burada baş verən qəddarlıqları görür. Bu səbəbdən Veronika onlarla mübarizə aparmağa hazırlaşır. Macəralar boyu Veronika onun yaralarını sağaltmış Maks Barrisə aşiq olur... == Maraqlı faktlar == Filmin bütün çəkilişi Rumıniyada aparılmışdır.
Qaranlıq mələyi (film, 1925)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1925-ci ildə çəkilən ABŞ filmidir. Bu film İtirilən filmlər siyahısına daxildir. Filmin süjeti Birinci dünya müharibəsi illərində baş verir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qaranlıq mələyi — Internet Movie Database saytında.
Sən qaranlıqdan qorxursan? (novella)
Sən qaranlıqdan qorxursan? (ing. Are You Afraid of the Dark?) — Sidni Şeldonun 2004-cü ildə yazdığı romandır. Əsər Triller janrında yazılmışdır. == Xarici keçidlər == Sidney Sheldon Are You Afraid of the Dark?
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Qarayanlıq
Qarayanlıq — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsindən qərbdə arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin sahəsi 2250 m2-dır. Onun mərkəzi hissəsindən su kanalı keçir. Abidənin ərazisinin bir qismi qazılıb dağı- dılmışdır. Mədəni təbəqə 1–1,5 m qalınlığında saxlanmışdır. Mərkəzi hissədə daş tikintilərin qalıqları nəzərə çarpır. Yaşayış yerinin yaxınlığında orta əsr qəbirstanlığı vardır. Lakin qəbirstanlığın ərazisi əkin sahəsinə çevrildiyindən qəbirlərin izi tamamilə itmişdir. Arxeoloji materiallar başlıca olaraq keramika məmulatından ibarətdir. Keramika məmulatı Son Antik dövrdən başlayaraq Son Orta əsrlərədək olan bir dövrü əhatə edir.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Samanlıq
Samanlıq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Samanlıq kəndi Qoşabulaq bələdiyyəsinə daxildir. Mis çayının hər iki sahilində,Çobandagın ətəyində yerləşən Samanlıq kəndi Kiçik Qafqaz daglarının yamac tipli kənd formasında salınan yaşayış məntəqələrindəndir.Kəndin ərazisində Qalaca deyilən yerdə aşkar olunan qəbirlər və yaşayış yerlərinin qalıqları sübut edirki bu kənd ərazisi Xocalı Gədəbəy (Son Tunc və Erkən Dəmir dövrü) mədəniyyətinin dövrünə aiddir.Samanlıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında 1918-1920 ci illər Gəncə qəzasının Qazax nahiyəsinə aid edilmişdir.1930 cu ildə rayonlar təzədən qurulanda Samanlıq kəndi Tovuz rayonuna verilib.1961 ci ildə Tovuz rayonuna uzaq olduğuna görə, 26 km Gədəbəylə məsafəsinə görə Gədəbəyə verilmişdir.Bu işi o zamankı kolxoz sədri Sadiqov Əsəd kişi Moskovaya rəsmi məktub yazaraq etmişdir.Kəndin ətraf yerlərində olan yer adları Türk ad sisteminə aid olan coğrafi toponimlərdir.Kəndin Şəmkir tərəfində Qazaxlar arxacı,Geriyan meşə,Ortalı təpə,Tovuz tərəfində Qabaqyal dağı,Qaryağdı,şərq hissəsində Düyərli,Qaranlıq,Dikdaş,Zağa dərəsi,Qələmkər kişinin yurdu,Səfərvurulan,Atxalxalı və.s yer adları bu gündə camaat tərəfindən işlədilir. Bələdiyyə sədri Ələkbərov Rasim Şamil oğludur. == Toponimikası == Samanlıq oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Çoban dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Tovuz r-nunun Alakol kəndindən köçmüş ailələr Samanlıq adlanan keçmiş yurd yerində salmışlar. Gəncə xanlığının Zülqədər tayfasının Zəyəm mahalının yaylaq yeri kimi istifadə olunmuşdur.Allahyar Bəy Zülqədərli bu zonanın yani Xınna dərəsinin bəyi kimi Samanlıq kəndinidə idarə etmişdir.Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarına qədər bu ərazi Alakol kəndinin əkin sahəsi olmuşdur. Sonralar bu ərazi qışlaq, binə, daha sonra isə yaşayış məntəqəsinə çevrildi.
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Qadınlıq
Femininlik və ya qadınlıq ənənəvi davranış modeli və adətən incəlik, sədaqət, qayğıkeşliyə aid edilən qadın psixi keyfiyyətlərinin məcmusudur. Qadınlıq anlayışını sosial, mədəni, etnik və yaş mühitləri müəyyən edir . Qadınlığın əksi kişilik (maskulanlıq) - cəsarət, müstəqillik, emosional nəzarət və rasionallıq kimi xüsusiyyətləri özündə cəmləşdirən kişi cinsi stereotipidir . Qadın ifadəsinə əsaslanan ayrı-seçkilik və təzyiq növü də var - buna femfobiya deyilir. == Femfobiya == Qadın ifadəsini nümayiş etdirən insanlar, bəzən cəmiyyətdə qadınlığın alçaldılması ilə əlaqəli olan ayrı-seçkilik və təzyiq forması - femfobiya ilə qarşılaşırlar .
Qurbanlıq
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimdə Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Günorta qaranlığı (kitab)
Gözqamaşdırıcı zülmət (alm. Sonnenfinsternis‎) — Artur Kostlerin romanı. Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler "Gözqamaşdırıcı zülmət" romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl, 1940-cı ildə nəşr olunub. Sonra yazıçı Fransa paytaxtı Parisdən, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcümə edir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: "Gözqamaşdırıcı zülmət" romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir". Belə ki, əvvəlcə "Rubaşov" adlı alman dilində olan əlyazması itkin düşür.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Gavanlı
Gavanlı (Əsədabad)