Aşağı Qaranlıq rayonu

Martuni rayonuErmənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur.[2][3] Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi.

Rayon
Martuni rayonu
İnzibati mərkəz Aşağı Qaranlıq
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 75 866[1] (1989) nəfər
Martuni rayonu xəritədə

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir.

Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən BasarkeçərGöyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.

Martuni rayonunun kəndləriKolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac

1948–1951-ci illərdə Martuni rayonunun azərbaycanlı kəndlərinin demək olar ki, hamısı bütünlüklə boşaldılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Martuni rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Abdalağalı Vavşen 03.01.1935
Vəliağalı Dzoragyuğ
Göl Liçik
Dəlikdaş Tsakkar
Aşağı Qaranlıq Martuni
Əliqırıq Astxadzor 03.01.1935
Zolaxaç Zolakor 03.01.1935
Kolagirən Tsovinar 03.01.1935
Yuxarı Adyaman Verin Getaşen 07.12.1945
Aşağı Adyaman Nergin Getaşen 07.12.1945
Aşağı Gözəldərə Vardenik 07.12.1945
Kəsikbaş Lernaker 07.12.1945
Adamxan Vardadzor 03.07.1968
Aşağı Alçalı Arstsvanist 27.09.1968
Qaranlıq Gehovit 03.07.1968
Aşağı Qaranlıq rayonunda mənzərə
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. Мартуни // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 379.
  3. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]