Qaranlıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı.[1]
"Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir.[2]