Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraqız (Urmiya)
Qaraqız (fars. قره قيز‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (19 ailə).
Gözümün qarası (mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Qarasim Tağızadə
Tağızadə Qarasim Əbdülhəsən oğlu və ya Qara Tağızadə (1946, Jdanov – 4 mart 2018, Bakı) — diktor, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. == Mükafatları == 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
Qarasu qalası
== Ümumi məlumat == Naxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb. Boyalı Qablar mədəniyyəti üçün səciyyəvidir.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır. 60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur.
Qarayaz
Qarayaz (az-əbcəd. قارایاز‎) — Azərbaycan təqvim inanclarında yazın ilk qırx gününü əhatə edən dövr. == Müddəti == Yaz girdikdən sonra keçən 40 gün, yəni aprel ayının sonlarına kimi olan dövr Azərbaycan təqvim inanclarında "Qarayaz" adlandırılır. Qarayaz Boz aydan sonra gəlir və Tərçıx dövrünün başlaması ilə bitir. == Təsviri == Qarayaz zamanı o biri ildən qalmış ərzaqlar bitir və əkin işlərinə çətin başlanılır. Qarayazın əvvəli maldarlar üçün diqqət tələb edən dövrdür. Belə bir el məsəli var: "taxçada saxla, boxçada saxla, qarayaza bir pencə saxla". Havanın dəyişkən keçməsi, günəşsiz günlərin çoxluğu, boran, tutqun hava, isti yel bu dövrün çətinliklərinə daxildir. Kəndlilər, xüsüsilə yarımköçəri maldarlıqla məşğul olan əhali üçün bu dövr asan keçmir. "Novruz günü yaz olar, 40 kötük də az olar", "Bayramdan sonra 40 kötük yanar" məsəllərinin bu dövrlə əlaqədar deyildiyi fikirləşilir.
Qaralı
Yaşayış məntəqələri Azərbaycanda Qaralı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Birinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd. İranda Qaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Qaraçı
== Xalq ==
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. == Qarpızın faydaları == Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
Adi qaranaz
Adi qaranaz (lat. Plegadis falcinellus) — İbislər ailəsindən olan geniş areala yayılmış quş. Ciconiformes (Leyləkkimilər, Hero) dəstəsinin threskiornitidae (İbislər, Ibises) fəsiləsindən olan adi qaranaz yoxa çıxmaqda olan quşlardan. Rəngi metal kimi parlaq tünd-qəhvəyidir. Dimdiyi aşağıya tərəf qövs kimi əyridir. Başı, boynu və qarın tərəfi qırmızımtıl–qəhvəyi, qanadları və quyruğu göy–yaşıl metal rəngli qaradır. Bel və quyruqüstü lələklərin yaşıl–bənövşəyi çaları vardır. == Yayılması == Bütün qitələrdə yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində məskunlaşır. == Yaşayış yeri və həyat tərzi == Su hövzələrindəki qarğı və qamışlıqlar, sahillərdəki açıq bataqlıqlar yaşayış yerləridir.
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Qaragöz (Zəngilan)
Qaragöz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inanh tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayirlar.
Qaragöz qızılquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Qarasuq mədəniyyəti
Qarasuq mədəniyyəti — Tunc dövrünə aid arxeoloji mədəniyyət. == Tarixi == Andronovo mədəniyyətinin inkişaf etməsi və yayılması eyni zamanda proto-Türk yayılması və inkişafını göstərir. Bu mədəniyyət Altaylarda davam etdiyi sırada Minusinsk bölgəsində miladdan öncə 1000-ci illərdə Qarasuq mədəniyyəti adı verilən yeni bir mədəniyyət görünməyə başlayır. Miladdan öncə 800-cü illərdə Altaylarda və Minusinsk civarındakı bozqırlarda atlı köçərilər tamamilə hakim olmuşdur. Bəzi Monqol boylarının da atlı köçərilər halında yaşadığı anlaşılır. Bu tarixlərdə Qarasuq mədəniyyəti, yerini Altaylarda Mayəmir mədəniyyəti və Minusinskdə Taqar mədəniyyətinə buraxdı.
Qarağıl (Azərşəhr)
Qarağıl (fars. قراغيل‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,527 nəfər yaşayır (332 ailə).
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Yaraqsız nemertinlər
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yarpasız öldürgən
Şam qarğası
Şam qarğası (lat. Nucifraga caryocatactes), qarğalar (Corvidae) ailəsindən bir quş növüdür.
Qaracik
Qaracik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qarapir
Qarapir - Ordubad şəhər qəbiristanlığında qədim ziyarətgahdır. == Haqqında == Yerli əhali tərəfindən ölü yumaq, həmçinin meyiti müvəqqəti saxlamaq üçün sərdabə sayılır. Kiçik tikilidən ibarət bina yarımqazma formasında qayada çapılmışdır. Ön hissəsi hörülən binanın giriş qapısının baş tərəfində sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində süls xətti qarışıq nəsx xətti ilə farsca kitabə var. Kitabənin mətnində deyilir, “Allahın rəğbətini qazanmaq məqsədi ilə bu şərəfli və mübarək bina cəmadi-laxir ayının 2-ndə (6 may) mərhum, rizvan məkan (cənnət məkan) Hacı Ağacan Ordubadinin oğlu, yaranmışların ən kiçiyi Hacı Zeynalabdinin səyi və təşəbbüsü ilə 1264 ildə (1848) tamamlanmışdır”.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qaraşirə
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Aechmea warasii
Aechmea warasii (lat. Aechmea warasii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Fərhad Qaraşov
Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru, "Made in Azerbaijan" məhsulu olan "Originar" brendinin yaradıcısıdır. == Həyatı == Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur. 1992–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007–2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir. 2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır. 2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.
Qaracik Zeyid
Qaracik Zeyd — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaraçuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.
Qaradiv (Həştrud)
Qaradiv (fars. قره ديو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (53 ailə).