Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin[2] Müşahidə Şurasının sədri,[3] Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri,[4][5] iqtisad üzrə fəlsəfə doktoru.[6][7]
Fərhad Qaraşov | |
---|---|
Doğum tarixi | 12 dekabr 1986 (37 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Atası | Arif Qaraşov[d] |
Anası | Rəmziyyə Qaraşova[d] |
Təhsili |
|
Fəaliyyəti | ictimai xadim, iqtisadçı, sahibkar, iş adamı, investor, yaradıcı[d] |
Elmi dərəcələri | |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur.
1993–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2003-2007 ci illərdə UNEC-də "Beynəlxalq İqtisadi Münasibətlər" fakultəsinin bakalavr dərəcəsini bitirmişdir. 2007–2010-cu illərdə isə UNEC-də "Beynəlxalq Ticarət" ixtisası üzrə magistr dərəcəsi almışdır.
2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur.
2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.
2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır.
2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.
2017-ci ildə "Kapital Bank" ASC-nin Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı sədri, daha sonra YAP Nəsimi təşkilatının Gənclər birliyinin sədr müavini seçilmişdir.
2009–2017-ci illər arasında "Kapital Bank" ASC-nin müxtəlif filiallarında müdir müavini və müdir vəzifələrində işləmişdir.
Ailəlidir. İki övladı var.
2017-ci ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir.
2018-ci ilin iyul ayında "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"-nin Müşahidə Şurasının və noyabr ayında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri seçilmişdir.[9]
2018- ci ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü seçilmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü seçilmişdir.
Türk Dövlətləri Təşkilatının nəzdində Türk Ticarət və Sənaye Palatalar Birliyinin Audit Komitəsinin üzvü seçilmişdir.
2021-ci ilin avqust ayında İqtisadiyyat Nazirliyi yanında Ictimai Şuraya keçirilən seçkilərdə səs vermə yolu ilə üzvü - katibi seçilmişdir.[10]
Dövlət Statistika Komitəsi yanında Statistik Şuranın üzvü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli qərarı ilə təsdiq edilmişdir).[11]
2012–2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri" mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.[12]
Soyağacı
Azərbaycan Polşa və Latviyaya nar ixrac edəcəkAzertag.az
KOBİA yanında İctimai Şuranın iclası keçirilibReport.az
Azərbaycanın vergi sistemi Fərhad Qaraşov Vergiler.az
(ANİİA) İctimai Birliyinin sədri Fərhad Qaraşov fermerlərə çağırış edib. Qafqazinfo.az