Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Qaragöz qızılquş | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qaragöz qızılquş |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür.
Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib. Buraya nəsil vermək üçün gəlir. Apreldə-mayın əvvəlində gəlir, oktyabrda köçüb gedir.
Meşədə və hündür ağac olan köhnə meyvə bağlarında yaşayır. Sıx meşəni xoşlamır. Kürqırağı tuqay meşələri və düzənlik meşələri quruyub və qırılıb deqradasiya edildikcə bu yerlərdə nəsil verməkdən məhrum olub, əsasən dağətəyi və dağ meşələrində qalıb. May ayında hündür (10–20 m) ağacda olan qarğa və sağsağan kimi quşların yuvasını zəbt edir, 2–4 yumurta verir, 28 gün kürt yatır, 30–32 gün yuvada bala bəsləyirlər. Kürt yatan ana quşu, sonra isə həm də balaları yemləmək erkək quşun öhdəsinə düşür. Əsas yemi həşərat və xırda quşlardır. Şikarını havadan ovlayır.
1960–1970-ci illərə qədər adi saylı quş olub. Sonralar tədricən yayılma sahəsi kiçilib və populyasiyasının sıxlığı azalıb, nadir kateqoriyasına çevrilib. 1999–2000-ci illərdə 240 quş, 10 il sonra isə 130 quş sayılıb.
Meşələrdə və bağlarda hündür ağacların qırılması, pestisidlərdən intensiv istifadə olunması, yem obyektlərinin zəhərlənməsi.
İndiyə qədər "faydalı fauna" adı ilə qorunub. Naxçıvan MR-in Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Yuvası olan ağacın (hətta quru olsa da) kəsilməsi yasaq olmalıdır. Meşənin kənarında və meyvə bağlarında hündür ağaclar (meyvəsiz olsa da) qorunub saxlanılmalıdır