Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parabola
Parabola (yun. παραβολή, tətbiq) — kvadratik funksiyanın (y = x²) qrafikinə verilən addır. Parabola Hiperbolanın tərsidir. Parabola dedikdə müstəvinin elə nöqtələrinin həndəsi yeri başa düşülür ki, bu nöqtələrin müstəvinin verilmiş düz xəttindən və verilmiş nöqtəsində olan məsafələri bir-birinə bərabər olsun. Müstəvinin verilmiş bu düz xəttinə parabolanın direktirisi, verilmiş nöqtəsinə isə parabolanın fokusu deyilir. Parabolanın fokusunu adətən F {\displaystyle F} ilə işarə edirlər. == Bərabərlik == Düzxətli koordinat sistemi üzərində Parabolanın kanonik şəkli aşağıdakı kimidir: y 2 = 2 p x , p > 0 {\displaystyle ~\textstyle y^{2}=2px,p>0} (ya da x 2 = 2 p y {\displaystyle ~\textstyle x^{2}=2py} , əgər uc nöqtələrinin yernini dəyişdirsək). Kvadrat tənlik: y = a x 2 + b x + c {\displaystyle ~y=ax^{2}+bx+c} при a ≠ 0 {\displaystyle ~a\neq 0} həmçinin, parabolanın и qrafikini əks etdirir, bu düstur kimi: y = a x 2 {\displaystyle ~y=ax^{2}} , ancaq birinci bərabərlik ikinci bərabərlikdən ona görə fərqlənir ki, birinci bərabərliyin başlanğıcı koordinat başlanğıcı üzərində deyildir. A {\displaystyle ~A} -nın müxtəlif nöqtələri üçün koordinat aşağıdakı düsturla hesablanır: x A = − b 2 a , y A = − D 4 a , {\displaystyle ~x_{A}=-{\frac {b}{2a}},\;y_{A}=-{\frac {D}{4a}},} haradakı: D = b 2 − 4 a c {\displaystyle D=b^{2}-4ac} — Diskriminant. Həmçinin: y = a x 2 + b x + c {\displaystyle ~y=ax^{2}+bx+c} kvadratik tənliyi y = a ( x − x A ) 2 + y A {\displaystyle ~y=a(x-x_{A})^{2}+y_{A}} bu şəkildə də göstərilə bilər.
Qaraboya
Qaraboya — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponim == Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib "qaraboya tayfasına mənsub kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan qoyulmuşdur. XIX əsrdə Naxçıvan qəzasında Qaraboya kənd adı ilə mə'naca eynidir. == Əhalisi == 1919-cu ildə əhalisi qovulmuş və 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşmişlər.
Qaradolaq
Qaradolaq (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Yeni Qaradolaq — Ağcabədi rayonunda kənd. Qaradolaq (Qax) — Qax rayonunda kənd.
Qarakosa
Qarakosa — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaraqala
Kəndlər Qaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala (Qars) Digər Qaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qaratala
Qaratala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bölgənin digər yaşayış məntəqələri kimi Qaratala kəndinində tarixi çox qədimdir. Ən əski dövrlərdən kənd ərazisində Türk uyğarlıqları yaşamışdır. Qafqaz Albaniyasına daxil olan kənd ərazisində Türksoylu və Türkdilli Saqalar(Saklar) məskunlaşmışdır. Erkən orta əsrlərdə Azərbaycan ərazisinə Hunlar,Peçeneqlər,Barsillər,Xəzərlər və.s kimi Türk tayfaları köç etmiş,elə bu səbəbdəndir ki,kənddə əhalinin genetikası və dili heç pozulmadan,original qalmışdır. Həmçinin Türklər kəndə önəmli kültür ornamentləridə qazandırmışdır. Daha sonra Azərbaycana gələn Səlcuqi-Oğuzlar və Elxanilər dövründə şimala axın etmiş Türk boylarıda kənddən yan keçməmiş,sonralar kəndin əsas etnik sütununu təşkil etməyə başlamışdır. Bütün bunları nəzərə alaraq biz rahatlıqla kəndin Qədim Türk-Oğuz yurdu olduğunu deyə bilərik. Kənddə Oğuz boylarının yaşaması faktını kəndlə qonşuluqda yerləşən Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığı ilədə isbat etmək mümkündür. Kənd əhalisinin antropoloji xüsusiyyətlərinə gəlincə isə əhali Turanid və Oğuz irqi tipindədirlər.
Qaratoba
Qaratoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Qaratoba oyk., mür. Qusar r-nunun Şir— vanovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim qarat (avar, “abad, səli¬qəli”) və oba komponentlərindən düzəlib, “məskun, abad oba” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 351 nəfər əhali yaşayır.
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. == Tarixi məlumat == Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qaraylar
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. == Tarixçə == XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. == Dil və Məzhəb == Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qarayonca
Qarayonca (lat. Medicago) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbabətdə == Yusif İbn İsmayıl Xoyinin (XIII–XIV əsrlər) yazdığına görə, baş əsməsini müalicə etmək üçün gündə 2 dəfə başa bişmiş qarayonca ilə kompres qoymaq lazımdır. Əgər qarayoncanın otu və toxumları mütamadi yeyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qarayonca tozunun bal ilə kompresi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qarayoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır. Onlar mədəni möhkəmlədir, sperma və süd yaradır, aybaşını qovur, öskürəkdə xeyirlidir. Elmi təbabətdə qurudulmuş və toza çevrilmiş qarayonca qansaxlayıcı və yarasağaldıcı xüsusiyyətə malikdir. Əkin qarayoncası şəkər xəstəliyində, qalxanvari vəzinin funksiyasının azalmasında, oraqvari qarayonca isə sətəlcəm, diarreya (mədənin pozulması) və ürəkdöyüntüsü zamanı istifadə edilir. == Sinonimləri == === Heterotipik sinonimləri === == Yarımnövləri == {{bt-azlat||Medicago arabica (L.) Huds.
Qaraçala
Qaraçala — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Qaraçala qəsəbəsi indi Azərbaycanın Aran zonasının yüzlərlə Kürqırağı kəndlərindən biri və ən adilərindəndir. Əvvəllər, yəni Sovet dönəmində, 1963-cü ilədək mövcud olmuş Əli Bayramlı rayonuna aid idi, Əli Bayramlı (indiki Şirvan) – Salyan yolunun üstündə, Kür çayının sol – Şirvan sahilində, Əli Bayramlıdan (indiki Şirvan şəhəri) 14, Salyandan 36 km məsafədə yеrləşir. Qəsəbədə, daha doğrusu, kеçən əsrin 90-cı illərinin əvvəllərinədək bu qəsəbə sovеtliyinə daхil olan, inqilaba (1917) qədər olan dövrdə kəndin əsasını qoymuş, adı təəssüf ki, xatirələrdə qalmamış, lakin əməllərindən göründüyü kimi bu yerləri sevmiş və gözəllik yaratmaq aşiqi olmuş rus mülkədar xanımın şərəfinə “Xanım xoturu” (rus dilində kiçik kənd mənasında işlədilən xutor (хутор) sözünün xalq tərəfindən dilimizə uyğunlaşdırılmış forması), Sovet hakimiyyəti qurulduqdan sonra isə bu təsərrüfatda yaradılmış 2 nömrəli pambıq toxumçuluğu sovxozunun mərkəzi malikanəsinə çevrildiyinə görə qısa formada “semsovxoz” (rusca “семенной совхоз» (semennoy sovxoz) adının qısaldılmış forması) adlandırılmışdır. Sovеt İttifaqında ilk sovхozlardan biri kimi 1922-ci ildə yaradılmış 1 nömrəli sovхozun mərkəzi malikanəsinə bitişik, müһaribәdәn dәrһal sonra burada başlamış tikinti-quruculuq işlərini həyata keçirən tikinti-quraşdırma idarəsinin ətrafında salınmış adsız kənddə, sonradan burada Sovet tarixindən bəlli olduğu kimi 1930-cu illərin kollektivləşmə dövründə yaradılmış və fəaliyyət göstəmiş təsərrüfatlararası MTS-in (maşın-traktor stansiyası) rusca “МТС» (em-te-es), azərbaycanca – em-te-es, imtees, MES) abbreviaturasına uyğun olaraq, gah “Mеs”, gah da burada 1980-cı illərədək fəaliyyət göstərmiş dizel-elektrik və su nasos stansiyasının (rusca дизельная электрическая и насосная станция (dizelnaya elektriçeskaya i vodonasosnaya stansiya) adının qısaldılmış formada işlədilən “дизельная электростанция» (ДЭС) (dizelnaya elektrostansiya (DES) adının) abreviaturasına uyğun olaraq “Dеs” adlandırılırdı. XX əsrin əvvəllərində qonşu Kərimbəyli kəndinin cənub qurtaracağında əvvəllər rus mülkədar tərəfindən salınmış malikanə də 30-cu illərdə bu kəndi, həmçinin Qarabağlı və Xalac kəndlərini də əhatə etmiş MTS-in mərkəzi malikanəsi olmuş və sonralar onun malikanəsi Salyanneft neft və qazçıxarma idarəsinə verilmişdi. Kəndin həmin hissəsi indi də sovet dönəminin maşın-traktor stansiyasının (MTS-em-te-ec) adının baş hərflərindən alınmış abbreviaturaya uyğun olaraq “İmtees” adı ilə tanınır. == Ümumi qəsəbə haqqına məlumatlar == Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin (2013-cü ilin məlumatına görə) yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır. 60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur.
Aliyə Qarayeva
Aliyə Qarayeva (1 yanvar 1988, Yekaterinburq) — Azərbaycanı təmsil edən bədii gimnast, 2007-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Aliyə Qarayeva 2005-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Aliyə Qarayeva 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2006-cı ildə Aliyə Qarayeva Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin sentyabrında Rusiyada Avropa Çempionatında çıxış edən Aliyə Qarayeva turniri altıncı pillədə başa vurdu. Karyerası ərzində Aliyə Qarayeva birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. İplə turnirdə isə Aliyə Qarayeva 18.150 bal topladı və Avropa Çempionatının qalibi oldu. Bununla da Aliyə Qarayeva Azərbaycan idmanı tarixində Avropa çempionu olan birinci bədii gimnast oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu.
Qarabala Mayılov
== Siyahı ==
Qaradolaq (Ağcabədi)
Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaradolaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir. == Tarixi == Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır.
Qaradolaq (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. == Toponimikası == Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Qaradolaq bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradolaq qoyunu
== Ümumi məlumat == Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan qaradolaq qrupu yaranmışdır. Qaradolaq qoyunu XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişliliyindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.
Qaraqala (Babək)
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaraqala (Dərəçiçək)
Qaraqala — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Misxana (Marmarik) çayının sahilində, Tayçarıx kəndinin yaxınlığında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir.1728-ci ildən mə'lumdur. == Toponimi == Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd ərazidəki qara daşlardan tikilmiş qalanın yanında salındığı üçün Qaraqala adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 290 nəfər, 1914-cü ildə 413 nəfər, 1916-cı ildə 247 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar doğma kəndlərinə qayıda bilmişdir. Kənddə 1922-ci ildə 83 nəfər, 1926-cı ildə 132 nəfər, 1931-ci ildə 193 nəfər azərbaycanlı yaşamışdır.
Qaraqala (Loru)
Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var. == Toponimi == Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur. XIX əsrin ortalarında Yuxarı Qaraqaya və Aşağı Qaraqala hissələrindən ibarət olmuş, XX əsrin 30-cu illərində birləşmişdir. Yaxınlıqdakı "Qaraqala" qala xarabalığının adındandır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарагала // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998.
Qaraqala (Qırxbulaq)
Qaraqala — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib «qara daşdan tikilmiş qalanın yanında olan kənd» mənasını ifadə edir. Kəndin adı ərazidəki qara daşlardan tikilmiş qala adından götürülmüşdür. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə dəyişdirilib Sevaberd (Qaraqala) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 - cü ildə 403 nəfər, 1886-cı ildə 510 nəfər, 1897-ci ildə 599 nəfər, 1904 - cü ildə 759 nəfər, 1914 - cü il d 860 nəfər, 1916-cı ildə 899 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyə və İrandan köçürülən ermənilər yerləşdirilmişdir.
Ruhangiz Qarayeva
Qaraqala (Sərdarabad)
Qaraqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. == Tarixi == Qaraqala İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd olmuşdur. 30 - cu illərdə ləğv edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə ərəb dilindən dilimizə keçən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Qaraqala (İrəvan)
Qaraqala - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı == Tarixi == 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Qarabulaq kəndinin nəzdində oba kimi qeyd olunmuşdur == Toponimi == Qala adlarında "qara" sözü çox halda qara rəngini ifadə etmir. Qalanın divarları qara rəngə çala bilməzdi. Ona görə ki, təbiətdə qara rəngli daş yoxdur. Fikrimizcə "Qaraqala"ların əksəriyyəti türk dillərində qarrı "əski", "köhnə", "qədim" sözünün danışıqda "qara" formasını kəsb etməsi nəticəsidir. Bə'zi adlarda isə "qara" sözü ərəb dilində qəryə "kənd" mə'nasındadır. Qaraqala "köhnə (qədim) qala" mə'nasındadır. (Türkmənistanda Qarrıqala qala adları ilə müqayisə edin).
Qaragöl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.