Qaraboya

Qaraboyaİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2][3][4]

Kənd
Qaraboya
40°50′23″ şm. e. 44°01′12″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Hamamlı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.800 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 259 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraboya xəritədə
Qaraboya
Qaraboya

Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.

Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib "qaraboya tayfasına mənsub kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan qoyulmuşdur. XIX əsrdə Naxçıvan qəzasında Qaraboya kənd adı ilə mə'naca eynidir.

1919-cu ildə əhalisi qovulmuş və 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşmişlər.[6]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Мамедов Т.М. Кавказская Албания. Баку, 1993.
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.114
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабоја // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.