Qaraqala — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]
Kənd | |
Qaraqala | |
---|---|
40°16′39″ şm. e. 44°47′54″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Qırxbulaq mahalı |
Rayon | Ellər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.058 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən şimal-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir.
Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib «qara daşdan tikilmiş qalanın yanında olan kənd» mənasını ifadə edir.
Kəndin adı ərazidəki qara daşlardan tikilmiş qala adından götürülmüşdür. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə dəyişdirilib Sevaberd (Qaraqala) qoyulmuşdur.
Kənddə 1873 - cü ildə 403 nəfər, 1886-cı ildə 510 nəfər, 1897-ci ildə 599 nəfər, 1904 - cü ildə 759 nəfər, 1914 - cü il d 860 nəfər, 1916-cı ildə 899 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyə və İrandan köçürülən ermənilər yerləşdirilmişdir.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.
Burada ermənilərlə yanaşı 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 60 nəfər azərbaycanlı yaşamışdır[5].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Qaraqalada 1918-ci ildə 899 nəfər əhalisi olmuşdur. Böyük məçəqqətlə, zalımlıqla məhv edilən camaatın bir qismi Türkiyəyə qaçmışdır. 1922-ci ildə 20 nəfər dogma kəndə qayıtmış, lakin bu vaxt kənddə ermənilər yaşadıgını görmüşlər. Bir neçə ildən sonra sayı 60-a catmış azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır.[6]