Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rafin
Rafin (q.yun. Ραθiνηs lat. Rathínēs или Rathánēs) — kadusilərin başçısı və III Farnabazın generalı. == Tarixi == Ksenofon öz yazılarında eramızdan əvvəl 396-cı ildə Daskileionda baş vermiş atışmanın timsalında fars süvari sütunlarının taktiki istifadəsinin tam təsvirini belə vermişdi: Sparta kralı Agesilaus Daskileionun yaxınlığında olanda,qarşıda bir şey olub olmadığını görmək üçün önündəki atlıları təpənin başına çapdılar. Və təsadüfən III Farnabazın generalı, Rafin öz qeyri-qanuni qardaşı Baqoy ilə iş üstündə olduğu zaman Farnabazın tərəfindən və eyni təpəyə göndərildi. Hər iki dəstə bir-birini 120 m-dən çox olmayan məsafədə görəndən sonra əvvəlcə dayanıb, daha sonra isə hücuma keçdilər. Döyüş başlayandan sonra yunanlar döyüşdə uduzmağa və zəifləməyə başladılar və qaçıb canını xilas etməyə hərəkət etdilər. Lakin Agesilaus hoplitlərlə birlikdə köməyə gələndə barbarlar yenidən geri çəkildilər və onlardan biri öldürüldü.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Ravvin
Ravvin (idiş רבי‎ — "mənim ağam", "mənim müəllimim") — İudaizmdə Tövrat və Talmudun təfsirini izah edən elmi rütbə. Yəhudi dini təhsili aldıqdan sonra verilir. Camaatlığa və ya icmaya rəhbərlik etmək, yeşivada (yəhudi ali dini məktəb) dərs demək və dini məhkəməyə üzv olmaq hüququ verir (beyt din). Ravvin rahib deyil. Yəhudiliyin islahatçı və mühafizəkar cərəyanlarında qadın da ravvin ola bilər. == Etimalogiya == "Rabbi" sözü yunan dilindən gəlmişdir yun. ραββι ravvi/rabbi. İvrit dilində isə rabbi — rab əsas götürülməklə — “böyük; usta" — və mənsubiyyət şəkilçisi — i -artırılmaqla yəni "mənim" düzəldilir. Əhdi-Cədiddə ravvin kəlməsi "ilahiyyatçılara və fariseylərə", habelə İsaya da aid edilmişdir. Müxtəlif yəhudi dialektlərində və yunan dilində bu sözün bir sıra formaları — "Rav" ivr.
Yavin
Yavin, həmçinin Yavin-Praym (ing. Yavin Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet ilk dəfə 1977-ci ildə çəkilmiş "Ulduz müharibələri" filmində nümayiş olunmuşdur və geniş peyk sistemi olan böyük qırmızı qaz nəhəngi kimi təsvir edilmişdir. Üsyançılar ittifaqının gizli hərbi bazası onun dördüncü peyki olan Yavin 4-də yerləşir. Filmin sonunda Üsyançılar ittifaqı ilə Qalaktik imperiya arasında Yavin planetinin orbitində döyüş baş tutur, "Ölüm ulduzu" isə burada məhv edilir. "Ulduz müharibələri" və Əfsanələrdə bu hadisə xüsusi əhəmiyyət kəsb edir, çünki uydurma "Ulduz müharibələri" kainatında bu, təqvim üsullarından biridir. "Ulduz müharibələri" kainatında hadisələrin tarixi adətən YDƏ ("Yavin döyüşündən əvvəl") və ya YDS ("Yavin döyüşündən sonra") sözləri ilə qeyd edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Rinzler, J. W. The Making of Star Wars: The Definitive Story Behind the Original Film (ingilis). Ebury Press. 2008.
Avril Lavin
Avril Lavin (ing. Avril Lavigne; 27 sentyabr 1984[…]) — kanadalı məşhur müğənni, musiqiçi, bəstəkar, aktrisa və model. Onun ailəsi franko-kanada mənşəlidir. Adı isə fransızcadan tərcümədə Avril-aprel və la vigne-üzüm deməkdir. Rok və pop janrlarında ifa edir. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayan Avril Sum 41, The Black List Club, Avril Lavigne kollektivlərində çıxış edib. == İlk illər == Avril Belvill şəhərində katolik təriqətli Con və Cudi Lavinin ailəsində dünyaya göz açıb. 5 yaşından Napanee şəhərində böyüyən Avril orada kilsə xorunda oxuyub, həmçinin gitarada çalmağı öyrənib. Sonralar kantri stilində mahnılar ifa etməyə başlayıb. 16 yaşında olarkən Avrili görən Arista Records kompaniyasının üzvü Ken Kronqardöz bossu Antonio Reid-ə Avrili Nyu-Yorkdakı studiyada dinləməyi məsləhət görür.
Jan Rasin
Jan Rasin (dekabr 1639, La-Ferte-Milon[d] – 21 aprel 1699[…], Paris[…]) — XVI əsr Fransız ədəbiyyatının qabaqda gələn şairlərindən və faciə yazıçılarından olan Rasin yaxşı bir təhsil görmüşdür. Xüsusilə Yunan faciə şairi EURIPIDES (Öripid)dən təsirlənən Rasin, Fransız klassik tragediyasının inkişafında böyük rol oynamışdır. XIV Lui dövründə saray tarixçiliyi etmiş olan Rasin, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və İngilis saraylarından seçilmiş mövzulara yer vermişdir. Rasin, əsərlərində ümumiyyətlə ehtiraslarına əsir olmuş kəslərə yer vermişdir. Tənzimat Dövründə yaşayan Türk ədəbiyyatçılar üzərində də əkili olan Racinenin, Andromaque (Andromak), Berenice (Berenis), Bajazet (Bayazıt), Iphigénie (İfijeni) və Phaidra (Fedra) adlı əsərləri məşhurdur.
Ramin Cavadi
Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974, Duysburq, Şimali Reyn-Vestfaliya) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.
Ramin Cavadov
Ramin Emin oğlu Cavadov (19 aprel 2000; Xələc, Salyan, Azərbaycan — 20 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Cavadov 19 aprel 2000-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. == Hərbi xidmətləri == Ramin Cavadov 2020-ci ildə müddətdən artıq xidmət edən əsgər kimi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ramin Cavadov Fizuli döyüşlərində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Salyanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ramin Hacılı
Ramin Rasim oğlu Hacılı (2 sentyabr 1983, Arayatılı, Füzuli rayonu) — siyasi aktivist; "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti (2012 – indi) == Həyatı == Ramin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb. 2002–2004-cü illərdə "Rəsulzadə — Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007–2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir. 2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.
Ramin Hacıyev
Ramin Hacıyev (29 dekabr 1976, Kirovabad) — Azərbaycan rejissoru, ssenari müəllifi, aktyor. == Həyatı == Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983–1994-cü illərdə 18 saylı orta məktəbi, 1995–2000-ci illərdə Qafqaz Universitetinin "Biznes üzrə menecer" fakültəsini, 1999–2000-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin "Cinema Academy"nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Toy (film, 2005) — Cabbar Ailəm (film, 2006) Qonşular (film, 2006) — Əfsələddin Milçək (film, 2006) — Qədeş Koma 0,1 saniyədə (film, 2007) Bacanaqlar (teleserial, 2009) — Məhəbbət Qız atası (teleserial, 2014) Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan Qardaşlar (teleserial, 2015) Kişi sözü (teleserial, 2015) Ailəcanlı (teleserial, 2017) Xalxın evi (teleserial, 2017) Ay yay yay (teleserial, 2018) Mən kiməm?
Ramin Hüseynov
Ramin Hüseynov (tam adı: Ramin Qüdrət oğlu Hüseynov; 8 sentyabr 1993; Çaparlı, Ağsu rayonu — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Hüseynov 1993-cü ilin sentyabrın 3-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. 2001-ci ildə Ağsu rayonu Çaparlı kəndin 1-ci sinifə gedib. 2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu,284 saylı tam orta məktəbin 2-ci sinfinə daxil olub.2011-ci ildə orta təhsilini başa vuraraq, hərbi xidmətə yollanır. Ailədə 3 qardaşdan kiçiyi idi. Subay idi. == Hərbi xidməti == 2011-ci ildə hərbi xidmətə yollanan Ramin 2013-cü ildə hərbi xidməti başa vurur. 2014-cü ildə gizirlik kursuna daxil olmuş və kursu bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitə taborunun komandir müavini işləmişdir. Fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il Aprel döyüşlərinin iştirakcısı olmuşdur.
Ramin Həsənov
Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir. Evlidir, iki övladı var. == Diplomatik karyerası == Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır.
Ramin Kərimli
Ramin Əli oğlu Kərimli (17 dekabr 1999; Qaragüvəndikli, İmişli rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Kərimli 17 dekabr 1999-cu ildə İmişli rayonunun Qaragüvəndikli kəndində Əli Kərimovun ailəsində anadan olmuşdur. Atası Ramin şəhid olduqdan bir müddət sonra dünyasını dəyişmişdir. Ramin 2005-2016-cı illərdə İmişli rayon Qaragüvəndikli kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ramin Kərimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Bir müddət mülki fəaliyyət göstərdikdən sonra fəaliyyətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramin Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Salmanov 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramin Mahmudzadə
Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı – 9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır. XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı. == Həyatı == Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir. 1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir.
Ramin Musayev
Ramin Musayev (26 aprel 1963, İncəoğlu, Bolnisi rayonu) — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2008—2022). == Həyatı == Musayev Ramin Namaz oğlu 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun müddət Azərbaycanın hüquq-mühafizə sistemində calışıb, sonradan Neftçinin vitse-prezidenti işləyib. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidentidir. O, 29 iyul 2022-ci il tarixində səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa vermişdir.
Ramin Məmmədli
Ramin Məmmədli (tam adı: Ramin Aydın oğlu Məmmədli; 1997, Babaratma, Şəki rayonu — 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədli Ramin Aydın oğlu 14 noyabr 1997-ci ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov, Birinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Sentyabr ayının 29-dan könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur. Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır.
Ramin Məmmədov
Ramin Məmmədov (siyasətçi)
Ramin Nurəhmədov
Ramin Marif oğlu Nurəhmədov (18 sentyabr 1990; Nəcəfkənd, Qusar rayonu, Azərbaycan — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Nurəhmədov 1990-cı il sentyabrın 18-də Qusar rayonunun Nəcəfkənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramin Nurəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramin Nurəhmədov noyabrın 2-də Xocavənd rayonu istiqamətində şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Ramin Qasımov
Ramil Famil oğlu Qasımov (1981) — azərbaycanlı cüdoçu. Ramil Adıgözəl oğlu Qasımov (1984) — azərbaycanlı opera müğənnisi.
Ramin Quliyev
Ramin Quliyev (futbolçu) — azərbaycanlı futbolçu. Ramin Quliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Ramin Quluzadə
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021). == Həyatı == 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. == Karyerası == 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
Ramin Qurbanov
Ramin Qurbanov (Qaraqurbanlı) (tam adı: Ramin Afad oğlu Qurbanov, 10 may 1974, Bakı) — Azərbaycan alimi, hüquqşünas, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti. Bakı Apelyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü. Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq" şöbəsinin müdiri (2018-ci ildən), hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur. Ramin Qurbanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Avropa dövlətlərinin məhkəmə sistemlərinin təşkili və qiymətləndirilməsinə dair beynəlxalq tədqiqat layihələrinin ekspertidir, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvüdür. == Tərcümeyi-halı == Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası akademik Afad Qurbanov — görkəmli Azərbaycan dilçi-alimi, müasir Azərbaycan əlifbasının müəllifi və anası Zöhrəxanım Qurbanova tibb elmləri namizədidir. Ramin Qurbanovun, həmçinin, iki qardaşı və iki bacısı vardır: Rəşad Qurbanov — hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası; Fuad Qurbanov — tibb elmləri doktoru; Fərəh Qurbanova — tibb elmləri doktoru, dosent; Fidan Qurbanova — filologiya elmləri doktoru, professor. Evlidir, 3 övladı var == Təhsili == 1990-cı ildə Ramin Qurbanov Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla bitirmişdir. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən 1998-ci ilədək Bakı Dövlət Universitetində aspiranturada oxumuşdur.
Ramin Rzayev
Ramin Rza oğlu Rzayev (19 sentyabr 1961) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi. == Həyatı == Rzayev Ramin Rza oğlu, 19 sentyabr 1961-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri 11 saylı orta məktəbini 1978-ci ildə bitirmişdir. 1979-cu – 1984-cü illərdə Bakı Dövlət Universitetinin "Mexanika-Riyaziyyat" fakültəsinin əyani şöbəsində oxumuşdur. İxtisası: Riyaziyyatçı. Riyaziyyat müəllimi. 1990-cı – 1994-cü illərdə Bakı Dövlət Universitetinin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının dissertantı. Riyaziyyat üzrə Fəlsəfə Doktoru (fizika-riyaziyyat elmlər namizədi) elmi dərəcəsini: 1994-cü ildə Bakı Dövlət Universitetinin nəzdində Д. 054.03.02 ixtisaslaşdırılmış şurada 01.01.01 – "Riyazi analiz" ixtisası üzrə Bakı Dövlət Universitetinin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının professoru, f.-r.e.d., C. İ. Məmmədhanovun rəhbərliyi ilə "Полиномиальная аппроксимация функций на континумах комплексной плоскости" ("Kompleks müstəvisinin kontinumlarında funksiyaların polinomial approksimasiyası") adlı namizədlik dissertasiya işini müdafiə etmişdir. Texnika Elmləri Doktoru elmi dərəcəsi: 2011-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D01.121 Dissertasiya şurasında 3338.01 (05.13.01) – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə "Методы и средства поддержки принятия адаптированных решений в условиях неопределенности (в исследовании экономических процессов и событий)" ("Qeyri-müəyyənlik şəraitində adapdiv qərarların qəbuledilməsinə dəstək verən üsullar və vasitələr (iqtisadi proseslərin və hadisələrin tədqiqində") adlı doktorluq dissertasiya işini müdafiə etmişdir. Məşğul olduğu elmi sahə: Elmi maraq sferasına informasiyanın, eləcə də strukturllaşmamış və zəif strukturlaşmış verilənlərin (məlumatların) təhlili və işlənməsinin intellektual üsullarının tətbiqi (Data Mining) aspektləri daxildir.
Ramin Əliyev
Ramin Muxtar oğlu Əliyev (4 fevral 1977; Maşxan, Astara rayonu, Azərbaycan SSR – 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Əliyev 1977-ci il fevralın 4-də Astara rayonunun Maşxan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ramin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramin Əliyev sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramin Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.