Ramin Hüseynov

Ramin Hüseynov (tam adı: Ramin Qüdrət oğlu Hüseynov; 8 sentyabr 1993; Çaparlı, Ağsu rayonu — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ramin Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çaparlı, Ağsu rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Ağsu Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2011—2013 /2016-2020
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Füzulinin azad edilməsi
Təltifləri

"Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020

"Füzulinin azad olunmasına görə" medalı — 2020

Ramin Hüseynov 1993-cü ilin sentyabrın 8-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub.[1] 2001-ci ildə Ağsu rayonu Çaparlı kəndin 1-ci sinifə gedib. 2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu,284 saylı tam orta məktəbin 2-ci sinfinə daxil olub.2011-ci ildə orta təhsilini başa vuraraq, hərbi xidmətə yollanır. Ailədə 3 qardaşdan kiçiyi idi. Subay idi.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə hərbi xidmətə yollanan Ramin 2013-cü ildə hərbi xidməti başa vurur. 2014-cü ildə gizirlik kursuna daxil olmuş və kursu bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitə taborunun komandir müavini işləmişdir. Fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il Aprel döyüşlərinin iştirakcısı olmuşdur. 2020-ci ilin oktyabrın 8-də İkinci Qarabağ müharibəsində düşmənə müqavimət göstərərkən, düşmən tərəfindən atılan minamiyot qəlpəsindən qəlpə yaraları almış və 27 yaşında şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edildi.[3]

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə " medalı ilə təltif edildi.[4]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şəhid Hüseynov Ramin Qüdrət oğlu