Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı – 9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim,[1] 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[2][3][4]
Ramin Mahmudzadə | |
---|---|
Doğum tarixi | 31 avqust 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 2022 (86 yaşında) |
Atası | Əli Nazim |
Elm sahələri | fizika, riyaziyyat |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yerləri | |
Mükafatları |
|
İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır.[5]
XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı.[6]
Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir.[7][8]
1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968–1973-cü illərdə Azərbaycan EA Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinə qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləmişdir.
1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164 sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olmuşdur.[5]
1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki, hamısında jüri sədri olmuşdur. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəridir. Ölkədə və dünyanın bir sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri olmuşdur.[9]