Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şərahil Laçın
Məmmədov Şərahil Hüseyn oğlu (Şərahil Laçın; 12 noyabr 1963, Laçın) — Avrasya Yazarlar Birliyinin üzvü, şair. == Həyatı == Şərahil Laçın 1963-cü il 12 noyabrda Azərbaycan Respublikası Laçın rayonununda anadan olmuşdur. 1986-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1987-ci ildə Respublika Mərkəzi Xəstəxanasında İnternatura kursunu tamamlamışdır. 1992-ci ildə Respublika Urologiya İnstitutunda urologiya kursunu bıtırmış, 1999-cu ildə Qazaxıstan Həkimləri Təkmilləşdirmə İnstitunda Alternativ Tibb (Çin Tibbi) təhsili almışdır. Sumqayıt və Bakı şəhərlərində həkim işləmişdir. Evlidir, 2 övladı var. == Fəaliyyətləri == 1993–1995-ci illərdə Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətində və Azərbaycan Demokratik Gənclər Birliyində sədr müavini kimi çalışmışdır. Şeirləri və publisistik yazilari 1980-ci illərdə "Azərbaycan Gəncləri", "Ədəbiyyat və İncəsənət", "Qarabağ", "Tibb kadrlari uğrunda", "Dədəm Qorqud", "Ədalət", "Təzadlar", "Boz Qurd" (Moskva) qəzetlərində, "Ulduz", "Azərbaycan Təbiətı", "Xudafərin" (Praqa), "Bir Təbəssüm" (Türkiyə), "Andız" (Türkiyə) ədəbi jurnallarında, "Azərbaycan aşıqları və el şairləri" kimi almanaxlarda çap olunub. Yaradıcılığı barədə Məmməd Araz, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Kamal Abdulla və başqa tanınmış qələm adamları rəylər və ön sözlər yazıblar.
Suvagil
Suvagil — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Cəvahir İsgəndərova
Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur. Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Strahil zirvəsi
Strahil zirvəsi (bolq. връх Страхил, ‘Vrah Strahil’ \'vr&h stra-'hil\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2700 m hündürlüklü qaya zirvəsidir. Sentinel dağlarının şimal-qərbdə yerləşmişdir. Zirvə Bolqarıstanlı üsyançı lideri olan Strahil Voyvodanın (17-ci əsr — 1711) adını daşıyır. == Yerləşməsi == Strahil zirvəsi 78°05′40″ c. e. 86°20′01″ q. u. koordinatlarında yerləşmişdir. Heyl dağından 2.8 km şimal-qərbdə, Habli dağından 8.2 km şimal-şərqdə, Silyanov zirvəsindən 8.63 km cənub-şərqdə, Broks zirvəsindən 7.7 km cənubda yerləşmişdir.
Suvagil (dəqiqləşdirmə)
Yeni Suvagil — Azərbaycanın Zaqatala rayonunda kənd. Suvagil — Azərbaycanın Zaqatala rayonunda kənd.
Yeni Suvagil
Yeni Suvagil (əvvəlki adı: Yeni Suvaqil) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Yeni Suvaqil kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Suvaqil kəndi Yeni Suvagil kəndi, Yeni Suvaqil kənd inzibati-ərazi vahidi Yeni Suvagil kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == Kənd 1953-cü ildə salınıb. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 22 km cənubda, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == Rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini (rəsmi məlumatlara əsasən təxminən 99 %-ni) saxurlar təşkil edir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Səbail-2
Səbail (tanrı)
Səbail — qədim dövrlərdə Abşeron yarımadasında yaşayanların mifologiyasında dəniz tanrısı. O, yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Səbail haqqında məlumat Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmış, 365 səhifədən ibarət "Munisnamə" əsərində verilmişdir. Azərbaycanlı tədqiqatçı Cavid Ağa Bayıl qalasının adının eyniadlı tanrının adına əsaslanması, burada ona həsr olunmuş məbədin olma ehtumalını istisna etmir.
Səbail FK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarını ASCO Arenada keçirir.
Səbail PFK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarını ASCO Arenada keçirir.
Səbail bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səbail rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səbail (dəqiqləşdirmə)
Səbail
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil bağı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. == Adı == Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. == Xüsusiyyətlər == Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sahil bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. == Həmçinin bax == Sahil Eol relyef Sahil akkumulyasiyası == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sevil
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Sevgil Musayeva
Sevgil Musayeva (ukr. Севгіль Мусаєва, krımtat. Sevgil Musayeva 18 iyun 1987) — Ukraynalı jurnalist, "Ukrayna həqiqəti" onlayn nəşrinin baş redaktoru. 2011-2013-cü illərdə "Forbes Ukrayna" jurnalının müxbiri, 2014-cü ildə "Hubs" onlayn biznes dərcinə başlamış və onun baş redaktoru olmuşdur. Neft və qaz və yanacaq-enerji kompleksi mövzularında ixtisaslaşmışdır. Serqey Kurçenkonun biznesi, Nestor Şufriç və Nikolay Rudkovskinin neft və qazla bağlı işləri və Yuri İvanyuşçenkonun gəlirləri barədə öz araşdırmalarını aparmışdır. Beş dəfə "PRESSzvanie Business mükafatı" almışdır. == Bioqrafiyası == Sevgil Musayeva 18 iyun 1987-ci ildə Çümə şəhərində (Özbəkistan) anadan olub. 1989-cu ildə Krım tatarlarının Krıma qayıtmasına icazə verildikdə, ailəsi Kerçə köçür. Məktəbdə oxuyarkən 9-cu sinifdən yerli jurnalistika məktəbində oxuduğu Sevgil respublika mətbuatında dərc olunmağa başlayır.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == === Uşaqlıq illəri === Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Seval Birinci