Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954).
Cəvahir İsgəndərova | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Əliağa Ağayev |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1927-ci ildən |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur.[1]
Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur.
Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.[1]
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Məlik Məmməd | Əyyub Abbasov | Sədəf |
Azad | Əyyub Abbasov | Mənzər |
Ayaz | Mirmehdi Seyidzadə | Simuzər |
Qarlar kraliçası | Yevgeni Şvarts | Elza |
El oğlu | Abdulla Şaiq | El qızı |
Xasay | Abdulla Şaiq | Zinyət |
Gənc ustalar | Zeynal Xəlil | Göyərçin |
İki veronalı | Uilyam Şekspir | Luçetta |
Hind nağılı | Məmmədhüseyn Təhmasib | Çandra |
Gülən gözlər | Məmmədhüseyn Təhmasib | Kamilə |
Bir gəncin manifesti | Mir Cəlal | Mürsəl |
Gülşən | Əli Vəliyev | Güldanə |
Bir saatlıq xəlifə | Yusif Əzimzadə | Rəhim |
Müfəttiş | Nikolay Qoqol | Mişka |
Evlənmə | Nikolay Qoqol | Dunyaşa |
Cəbhə boyunca əmr | Georgi Mdivani | Pavel |
Qayğı | Səttar Axundov | Ulduz |
Xüsusi tapşırıq | Sergey Mixalkov | Vovka |
Polad necə bərkidi | Nikolay Ostrovski | Valya |
Qastello | İsidor Ştok | Latoçkin |
Düşmənlər içində | Novruz Gəncəli | Vitya |