Yeni Suvagil (əvvəlki adı: Yeni Suvaqil) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Yeni Suvaqil kənd inzibati-ərazi vahidi tərkibindəki Yeni Suvaqil kəndi Yeni Suvagil kəndi, Yeni Suvaqil kənd inzibati-ərazi vahidi Yeni Suvagil kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]
Yeni Suvagil | |
---|---|
41°28′54″ şm. e. 46°42′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1008 |
Kənd 1953-cü ildə salınıb.[2]
Kənd rayon mərkəzindən 22 km cənubda, Alazan-Həftəran vadisində yerləşir.[3]
Rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini (rəsmi məlumatlara əsasən təxminən 99 %-ni)[4] saxurlar təşkil edir.[5]
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |