Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). Vaqif Quliyev — professor (1997), AMEA-nın müxbir üzvü (2014). Vaqif Fərəcov — Vaqif Gülməmmədov — Vaqif Məmmədov (əməkdar mühəndis) — Vaqif Süleymanov — Vaqif Səfərov — Vaqif İsaqoğlu — Vaqif Əliyev Vaqif Əliyev (nazir müavini) — Mədəniyyət nazirinin birinci müavini(2018–2023). Vaqif Əliyev (aktyor) — Azərbaycan Respublikasının xalq artisti (2002). Vaqif Əliyev (alim) — fizika-riyaziyyat elmləri doktoru. Vaqif Vəliyev Vaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Abdullayev Vaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Naqif Həmzəyev
Həmzəyev Naqif Ələşrəf oğlu (24 may 1983, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatı (2015, 2020), YAP Gəncə şəhər təşkilatının sabiq sədri (2013–2022). YAP Təftiş komissiyasının üzvü. Tarix üzrə fəlsəfə doktoru. == Həyatı və təhsili == Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub. Təhsilinə 1988-ci ildə Nərimanlı kənd orta məktəbində başlamış, 2000-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə tamamlamışdır. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003–2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində "qonaq tədqiqatçı" statusu ilə "Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru" mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004–2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində "İraq Türkmənlərinin tarixi" mövzusunda araşdırma aparıb.
Raqif Abbasov
Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (2021). == Həyatı == Abbasov Raqif Arif oğlu 22 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri 151 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Texniki Universiteti 1993–1997-ci illərdə (mühəndis) əyani, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1999–2003-cü illərdə (Bədən Tərbiyəsi və İdman) qiyabi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 2005–2007 (Dövlət və Bələdiyyə) müdavim əyani, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2000–2002-ci illərdə (nəqliyyatın istismarı) magistr əyani bitirmişdir. Türk, Rus, İngilis dillərini bilir. Ehiyatda olan zabitdir. === Ailəsi === Ailədir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1997–1998-ci illərdə Azərbaycan Ticarət Səhmdar Cəmiyyəti aparıcı məsləhətçi işləyib. 1999–2001 Gənclər və İdman Nazirliyi baş məsləhətçi işləmişdir. 2002–2005 Gənclər və İdman Nazirliyi sektor müdiri, 2005–2007 Gənclər və İdman Nazirliyi Mətbuat katibi-şöbə müdiri işləyib.
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İsrayılov Raqif İbadulla oğlu 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1981-ci ildə Qurdtəpə kənd orta məktəbinə daxil olub, 1991-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü il aprelin 20-də Şamaxı rayon hərbi komissarlığından Azərbaycan Respublikası Ordu sıralarına çağırılıb və aprel ayının 20-dən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. 1993-cü il avqustun 12-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Azərbaycan Respublikası müdafiə nazirinin 31.07.1997-ci il tarixli əmri ilə hərbi rütbəsi verilib. Ailəlidir, 2 qız, 1 oğlan övladı var. == Hərbi xidməti == 1997-ci il iyulun 31-dən 1998-ci il mayın 16-na kimi hərbi hissənin ponton-keçid bölüyünün ponton-keçid taqımının komandiri, 1998-ci il mayın 16-dan 1999-cu il fevralın 6-nadək hərbi hissənin mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, 1999-cu il fevralın 6-dan 2000-ci il iyunun 26-na kimi hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. 1999-cu il fevralın 1-də hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı mina partlayışı nəticəsində yaralanıb.
Vaqif Ibrahimov
Vaqif İbrahimov (tam adı: Vaqif İbrahimov Rza oğlu; 9 may 1947, Cəhri, Naxçıvan rayonu) — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009). == Həyatı == Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. O, hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. Fizika-riyaziyyat elmləri doktoru V.R.İbrahimov irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. O, irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Dayanıqlı irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması V.R.İbrahimov tərəfindən isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.R.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir. V.R.İbrahimov Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapmışdır.
Vaqif Kərim
Kərimov Vaqif Həsən oğlu (Vaqif Kərim; 10 mart 1966, Ardanış, Krasnoselsk rayonu) — şair-publisist. == Həyat və yaradıcılığı == Vaqif Kərim 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində dünyaya gəlib. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstituna qəbul olub. Lakin 2-ci kursu bitirdikdən sonra təhsilini davam etdirməyib. Uzaq Şərqdə iki il əsgəri xidmət keçib. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 1993-cü ildə universiteti bitirib. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə "525-ci qəzet" də müxbir, 1996–2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005–2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hazırda özəl sektorda çalışır.
Vaqif Kərimov
Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri. == Həyatı == Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir. Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir. == Ailəsi == Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Vaqif Mahmudov
Vaqif Mahmudov (14 dekabr 1954, Bakı) — "Baş müəllim" (1983), "SSRİ Maarif Əlaçısı" (1983), "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı" (1989), Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqının idarə heyətinin üzvü (1997), "Akademik M. Mehdizadə diplomu laureatı" (1999), Azərbaycan Təhsil Şurası İctimai Birliyinin üzvü (2001), "Azərbaycanın Tanınmış Maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi (2004), "Pedaqogika üzrə fəlsəfə doktoru" (2010), "Qabaqcıl təhsil işçisi" (2018), "Əməkdar müəllim" (2019), "Azərbaycan bayrağı" və "Qızıl qələm" media mükafatları laureatı (2020). == Həyatı == Mahmudov Vaqif Həsən oğlu 1954-cü il dekabr ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayonunda yerləşən 13 saylı orta məktəbi bitirmişdir. Elə həmin ildə də N. Tusi adına ADPU-nun (keçmiş V. İ. Lenin adına APİ-nin) riyaziyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirərək "Riyaziyyat", "Kibernetika və həyat" ixtisaslarına yiyələnmişdir. 1975-ci ildə təyinatla Abşeron (indiki Xızı) rayonunun Şuraabad kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1983–1986-cı illərdə Abşeron Rayon Təhsil Şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, 1991–2000-ci illərdə Azərbaycan Pedaqoji Kadrlarin İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda laboratoriya müdiri, 2000–2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda İnformatika və informasiya texnologiyaları kabinetinin müdiri vəzifələrində çalışmışdır. 2006–2021-ci illərdə isə 177 saylı tam orta məktəbdə və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunda riyaziyyat və informatika müəllimi işləmişdir. İşlədiyi müddətdə səmərəli pedaqoji fəaliyyətimə görə "Baş müəllim", "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı", "Qabaqcıl Təhsil İşçisi" döş nişanları, "Akademik M. Mehdizadə diplomu laureatı", "Azərbaycanın tanınmış maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi diplomları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları və s. ilə təltif olunmuş, dəfələrlə dövlət və yerli təşkilatlar tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. 30-dan artıq elmi, metodik tövsiyə və kitabçanın, 100-dən çox jurnal və qəzet məqalələrinin müəllifidir.
Vaqif Mirzəyev
Vaqif Həsənağa oğlu Mirzəyev (5 yanvar 1953, Mərdəkan) — Azərbaycanlı aktyor. == Həyatı == Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibətilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür.
Vaqif Musa
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1964) == Həyatı == 1936-cı ilin yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). İlk hekayəsi –“Kişi, qadın və qız” 1965-ci ildə “Azərbaycan” jurnalında çap olunub. Əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamışdır (1965-1976). 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi”, və s.) müəllifidir. 1996-cı il oktyabrın 24-də vəfat etmiş, Rustov kəndində dəfn edilmişdir.
Vaqif Musayev
Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998) == Həyatı == Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub. 1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub. == Siyasi fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir. Vaqif Musayev isə deputat seçilə bilməmişdir. == iş fəaliyyəti == 1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir. 1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.
Vaqif Mustafayev
Vaqif Behbud oğlu Mustafayev (28 avqust 1953, Bakı) — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laueratı (1991), Şöhrət,Şərəf, II dərəcəli "Əmək" ordeni laureatı, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun (Eldar Ryazanovun emalatxanası) rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır. == Yaradıcılığı == Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Vaqif Mustafayev ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc kinematoqrafçılar kinofestivalında "Belə lazımdır" (rus. Так надо) qısa metrajlı filmində "Ən yaxşı rejissor işinə görə" qazanıb. Həmin ildə "Mosfilm" kinostudiyasının festivalında onun "Musiqili xaş" (rus.
Vaqif Mustafazadə
Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940, Bakı – 16 dekabr 1979, Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır. == Həyatı == 16 mart 1940-cı ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.
Vaqif Məhərrəmov
Vaqif Əli oğlu Məhərrəmov — Azərbaycan alimi, Azərbaycan Politexnik institutu "Radiotexnika" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Vaqif Əli oğlu Məhərrəmov 6 iyun 1947-ci ildə Qərbi Azərbaycanin Göyçə mahalinda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitunu (indiki Azərbaycan Texniki Universiteti — AzTU) bitirərək "Radioyayım və radiorabitəsi mühəndisi" ixtisasını almışdır. Vaqif Məhərrəmov Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında aspiranturada oxumuş, 1985-ci ildə keçmiş Sovetlər İttifaqının Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında (Leninqrad şəhərində) namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ildə doktorluk dissertasiyaı müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini və 1998-cu ildə "Radiotexnika" kafedrası üzrə dosent 2008-ci ildə professor elmi adı almışdır. O, 1985-ci ildən 1993-cü ilə qədər Azərbaycan Texniki Universitetinin "Ümumi və nəzəri radiotexnika" (indiki Radiotexnika) kafedrasında əvəzçiliklə dosent işləmiş, dekabr 1993-cü ildən 2005-ci ilə qədər "Radiotexnika" kafedarasının dosenti və eyni zamanda 2001-ci ildən 2003-cü ilə qədər "Radiotexnika və rabitə" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-ci il dekabr ayından etibarən V.Ə. Məhərrəmov "Radiotexnika" kafedrasının müdiri vəzifəsində çalışır. 1985-ci ildən fizika riyaziyyat elmlzri namizədir; 2003-cü ildən fizika riyaziyyat elmlzri doktorudur; 1998-ci ildən "Radiotexnika" kafedrası üzrə dosentdir; 2008-ci ildən "Radiotexnika" kafedrası üzrə professordur; 2004-cü ildən "Avropa Astronomlar Şurası"-nın üzvüdür; 1972–1980-cı illərdə MEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük bə baş mühəndis vəzifələrində işləmş, Rəsədxananin aspiranturasında oxumuş, Günəş fizikası və astrofiziki cihazqayirma problemləri ilə məşğul olmuş, Rəsədxana tarixində ilk ixtiranin müəllifidir. 1980–1990-cı illərdə Sovetlər ölkəsinin "BAŞKOSMOS" –unun "Kosmik Tədqiqatları" Elm İstehsalat Birliyində labopatoriya və şöbə müdiri vəzifələrində işləmiş, İnfra-Qırmızı diapazonda işləyən Dövlət əhəmiyyətli yerüstü və kosmik cihazqayirma problemləri ilə məşğul olmuş, təsərüfat hesabli elmi-tədqiqat və təcrübi konstruktor işləmələrinin elmi rəhbəri və baş konstruktoru olmuşdur. 1990–1993-cü illərdə Səhiyyə Nazirliyi nəzdində Təcrübi konstruktor-texnoloji büronun direktoru vəzifəsində işləmiş, tibbi cihazqayirma problemləri ilə məşğul olmuşdur. 1985-ci ildən AzTU-nun "Radiotexnika" kafedrasinda əvəzçiliklə və 1993-cü ildən kafedranin ştatında dosent kimi dərs demişdir.
Vaqif Məmişov
Məmişov Vaqif İmamqulu oğlu (1962, Masallı) — "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri. == Həyatı == Vaqif Məmişov 1962-ci ildə Gürcüstanda, Marneuli rayonunun Kosalı kəndində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının hüquq fakultəsini bitirmişdir. Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir. 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur. Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.
Vaqif Məmmədov
Vaqif Məmmədov (yazıçı) — yazıçı
Vaqif Mərdanov
Vaqif Ədalət oğlu Mərdanov (10 oktyabr 2001; Suraxanı rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vaqif Mərdanov 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vaqif Nağıyev
Vaqif Mirəsgər oğlu Nağıyev (d.1941, Lənkəran — ö. 1992, Bakı) — texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru. == Həyatı == Vaqif Nağıyev 1941-ci ildə Lənkəranda doğulmuşdur. 1963-cü ildə Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan EA-da işləmişdir. Daha sonra Moskvaya gedən Nağıyev 1965-ci ildə yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə edir, Moskva Aviasiya Texnologiya İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında işləyir. 1986-cı ildə kosmosda istifadə olunmaq üçün tibbi diaqnostik aparatların hazırlanma texnologiyası ilə məşğul olmuş, SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də SSRİ Səhiyyə Nazirliyində bu sahənin rəhbəri olmuşdur. 1992-ci ildə Romada keçirilən konfransda iştitak etmək üçün gedərkən hava limanında vəfat etmiş Bakıya gətirələrək ailəsinin yanında dəfn olunmuşdur. == Fəaliyyəti == Vaqif Nağıyev eyni zamanda SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşımışdır. Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparmışdır. Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olmuşdur.
Vaqif Novruzov
Vaqif Novruzov (nazir) — Azərbaycanın daxili işlər naziri (1993-1994). Vaqif Novruzov (botanik) — Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017).
Vaqif Nəbiyev
Vaqif Rəşid oğlu Nəbiyev (30 noyabr 1947, Marneuli) — Azərbaycan Tarixi kafedrasının baş müəllimi, Humanitar Fakültələr üzrə müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2014). == Həyatı == 1947-ci il noyabırn 30-da Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhəri 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirmişdir. 1973-cü ilin aprel ayından 1974-cü ilin fevral ayınadək «Maarif» nəşriyyatnıda korrektor işləyib. 1974-ci ildən BDU Sov.İKP tarixi (siyasi tarix) kafedrasında baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəlimi işləyir. Tarix, Sosial elmlər və psixolorgiya, Əcnəbi təbələrin hazırlığı fakültələrində Azərbaycan tarixi fənnindən mühazirə və seminar məşğələləri aparır. 18 adda elmi əsəri, o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi» üzrə 3 proqramı nəşr edilmişdir. Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
Vaqif Nəsib
Vaqif Nəsibov (Vaqif Hüseyn oğlu Nəsibov) — şair, nasir, ssenarist, tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır (1957–1962). Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1962–1965). "Na boyevom postu" ("Mübariz keşikdə") qəzeti redaksiyasında məsul katib (1965–1966), "Azərbaycan pioneri" qəzeti redaksiyasında şöbə müdiri (1966–1968), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968–1969), "Qobustan" jurnalı redaksiyasında məsul katib (1969–1975), "Gənclik" nəşriyyatında baş redaktorun müavini (1975–1983), "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1988-?) vəzifələrində çalışmışdır. Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirləri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. == Əsərləri == 1. Çəpiş.
Vaqif Bayramov
Vaqif Bayramov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşləri şəhidi. Vaqif Bayramov (sosioloq) (d. 1957) — Sosiologiya elmləri doktoru, professor.
Vaqif Bağırzadə
Mir Vaqif Mahmud oğlu Bağırzadə (Bağır-zadə) (24 iyun 1954, Bakı – 7 mart 2021, Bakı) — Azərbaycanın tanınmış mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru (2003–2020). == Həyatı == Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb. Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib. Vaqif Bağırzadə mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Vaqif Behbudov
Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetini bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir. "Gözlük", "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "İlham", "Göyçək Fatma", "Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol, dostum", "Basatın igidliyi", "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy", "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" adlı cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərin hazırlanmasında işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli salnamələr", "Girdiman", "Yeraltı şəhərin izi ilə", "Lahıc", "Azərtac-85" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür. Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Anton Şaqin
Anton Aleksandroviç Şaqin — Rusiya teatr və kino aktyoru, Prezident seçkiləri mükafatı laureatı (2016), Rusiya Federasiyasının hökuməti (2011). == Həyatı == Anton Şaqin 1984-cü il aprelin 2-də Kalininqrad rayonunun Kimrı şəhərində anadan olmuşdur. Uşaqlığını Karaçev şəhərində (Bryansk vilayəti) keçirilib, burada babası Yuri Konstantinoviç Gorşkov ilə qalıb. O, SM Kirov məktəbində oxudu. Məktəbdən əvvəl Anton soyadını Gorşkov adlandırdı. Ancaq sonradan Şaqin olaraq dəyişdi. Şaqin onun ögey atasının soyadı idi. Anton 14 yaşında ikən anası öldü. 9-cu sinifdən sonra peşə məktəbində çilingər kimi təhsil almağa getdi. Zəif çıxışlarda iştirak etmişdir.
Sagid Murtazaliev
Sagid Murtazaliev( ing. Sagid Murtazaliev;11 mart 1974, Mahaçqala)—Sagid Maqomedoviç Murtazaliev (rus. Sagid Magomedovich Murtazaliev; Avar: SagIid MagIamedovich MurtazgIaliev; 11 mart 1974 -cü il təvəllüdlü) - rus sərbəst güləşçisidir. Murtazaliev Avarın Dağıstanın Mahaçqala şəhərində anadan olub. 1999-cu il FILA Dünya Çempionatında və 2000-ci il Yay Olimpiya Oyunlarında ağır çəkidə qızıl medal qazandı. == Olimpiadaları == Murtazaliev 1996 -cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Ukraynanı, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etdi və burada kişilər arasında 97 kq sərbəst yarışlarda qızıl qazandı. 2013-cü ildə güləşi Yay Olimpiya proqramından qısaca çıxarmaq üçün verdiyi səsə etiraz olaraq IOC medalını qaytardı == Siyasəti == 2001 -ci ildə Murtazalievin Kızlyardakı evinin yaxınlığında bir bomba aşkar edildi.. Xeyriyyə fondu Saqid Murtazəliyevin adını daşıyır. 12 aprel 2010 -cu ildə əvvəllər Kızlyar rayonuna rəhbərlik edən Murtazaliev Rusiya Pensiya Fondunun Dağıstan şöbəsinin müdiri oldu. Murtazaliev Vahid Rusiya partiyasından Dağıstan Respublikası Qanunverici Məclisinin üzvü idi.
Simgə Sağın
Simgə Sağın (8 avqust 1981, İstanbul, Türkiyə) — alban əsilli türkiyəli müğənni, bəstəkar və aktrisadır. İstanbul Texniki Universiteti və Türkiyə Dövlət Konservatoriyasını bitirmişdir.