Vaqif Kərimov

Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri.

Vaqif Kərimov
1999 – 2010
Əvvəlkivəzifə təsis edildi
SonrakıŞöhrət İsmayılov
1994 – 1999
HəmsədrMübariz Qurbanlı
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1949(1949-07-05) (75 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi geologiya
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı
"Dostluq" medalı
Honored Geologist of the Russian Federation "Rəşadətli əməyə görə" nişanı Honored Geologist of the Russian Federation

Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib.[1] 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir.[2]

Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir.[3]

Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur. 1993-cü ildə 4 iyun Gəncə qiyamı və ardınca hakimiyyət dəyişikliyi baş vermiş, Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynov, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir.[4]

Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə partiyaya üzv olmuş və partiyanın həmsədri olmuşdur.[5] 1994-cü ildən Vaqif Kərimov da partiyanın həmsədri olmuşdur.[6] Azərbaycan Demokratik İstiqlal Partiyası dövlət qeydiyyatından keçmişdir. Vaqif Kərimov istisna olmaqla, digər partiya üzvləri də zamanla partiyanı parçalayaraq Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.

2010-cu il parlament seçkiləri sonrası Vaqif Kərimov sədrliyi Şöhrət İsmayılova təhvil vermişdir.[7]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 1970 - “Rəşadətli əməyə görə” medalı
  • 1971 - Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı
  • 1976 - Qırmızı Əmək Bayrağı ordeni
  • 1977 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
  • 2016 - Dostluq medalı - Vyetnam Sosialist Respublikasının Dövlət Mükafatı
  • 2019 - Rusiya Federasiyasının əməkdar geoloqu
  • 2023 — Rusiya Federasiyası Prezidentinin Fəxri diplomu.[8]
  1. "Arxivlənmiş surət". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  2. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-02.
  3. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  4. "AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər? - ARAŞDIRMA". Modern.az. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  5. Гурбанлы Мүбариз Гәһрәман оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 127. ISBN 5-89600-253-x.
  6. Кәримов Вагиф Јунус оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 263–264. ISBN 5-89600-253-x.
  7. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.
  8. "Putin Vaqif Kərimovu təltif etdi". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.