Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Safiyat Əsgərova
Safiyat Əsgərova (1907, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1955, Moskva) — Dağıstanda ilk kino aktrisası, səssiz film ulduzu olmuşdur. == Bioqrafiyası == Safiyat Əsgərova 1907-ci ildə Dağıstan vilayəti, Samur dairəsi, Axtı kəndində anadan olmuşdur. Safiyatın yaradıcılıq meyllərini uşaqlıqdan izləmək olur. Musiqini, xoreoqrafiyanı, təsviri sənəti çox sevdiyi məlumdur. Safiyat yaradıcı bir ailədə böyümüşdür. Atası Nuxbek Əsgərov Axtın teatrının rəssamı olmuşdur. Qardaşı Dağıstan heykəltəraşlıq sənətinin banisi Xasbulat Əsgər-Sarıcadır. Digər qardaşı Beybulat Əsgərov tamaşaların qurulması ilə məşğul olmuş, dekorasiyanı qurmuşdur. Daha sonra Azərbaycan kinokilm studiyasının rejissoru və direktoru olur. Üçüncü qardaş Aslanbey uzun illər Mosfilm-də operator işləyir.
Parfiya
Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır. E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin satraplıqlarından biri kimi siyahıya alınmış, sonra Selevkilər dövlətinin tərkibində olmuşdur. E.ə. 250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Parfiya dövləti
Parfiya, Arşakilər, Arşaklar, Arşaqlar, Əşqanilər, Əşkanilər (Farsca: اشکانیان Əşkâniyân) (e.ə 247 - b.e 224) — Arşakilər dövləti kimi də adlandırılan Parfiya qədim İran və İraqa böyük mədəni və siyasi təsir göstərmiş İran əsilli dövlətdir. Parni tayfasının rəhbəri I Arşak e.ə 3-cü əsrdə İranın şimal-şərqində Selevki dövlətinə qarşı üsyan qaldırmış Parfiya vilayətini işğal edərək dövlətin əsasını qoymuşdur. I Mitridat (e.ə 171 - 138) isə Selevkilərlə vuruşmalarda Midiya və Mesapotamiyanı işğal edərək dövləti daha da gücləndirir. Ən qüdrətli zamanlarında imperiyanın sərhədləri Şərqi Anadoludan başlayaraq Şərqi İrana qədər geniş bir ərazini əhatə etmişdir. Böyük İpək Yolu üzərində yerləşən Parfiyada ticarət və iqtisadiyyat böyük sürətlə inkişaf edirdi. Parfiya Fars, Ellin və yerli mədəniyyətləri ustalıqla improvizə edərək özünəməxsus mədəniyyət imperiyası formalaşdırır. Quruluşunun ilk dövrlərində Arşakilər idarəçilik sistemlərində yunanları nümunə götürsə də, sonda İran ənənələrini davam etdirən idarəçiliyi mənimsədilər. Arşaki hökmdarları sələfləri Əhəmənilər kimi "Şahlar Şahı" titulunu daşıyırdılar. Öz sələfləri Əhəmənilərin qüvvətli mərkəzi dövlət sistemindən fərqli olaraq isə Arşakilər bir çox yerli hökmdarları vassal kimi qəbul edirdilər. Parfiya hökmdarları öz sərhədlərini genişləndirdikcə ölkənin paytaxtını Nisadan Tiqris çayı sahilindəki Ktesifona köçürdülər.
Safiya Qəddafi
Safiya Qəddafi (1952, Əl-Bayda) — Liviyanın Birinci xanımı. Safiya Farkaş Qəddafi Liviyanın şərqində yerləşən Əl Beda şəhərində anadan olub. O, Liviya prezidenti Müəmmər Qəddafinin ikinci həyat yoldaşıdır. Onlar 1971-ci ildə ailə həyatı qurublar. Safiya Qəddafi 6 oğul və 1 qız anasıdır. 2008-ci ildə Afrika qadınları təşkilatının vitse-prezidenti seçilib.
Sariya Lakoba
Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batum, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə də, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı. == Bioqrafiya == Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü. 1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.
Sariya Mirjanova
Sariya Fazullovna Mirjanova (başq. Сәриә Фазула ҡыҙы Мирйәнова, rus. Сария Фазулловна Миржанова; 24 dekabr 1924, Tal Kuskarı, Başqırd MSSR – 25 noyabr 2000, Ufa) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). == Həyatı == Sariya Fazullovna Mirjanova 24 dekabr 1924-cü ildə BMSSR-nin Tamyan-Katay kantonunun Kuskarovo kəndində anadan olmuşdur (indiki Başqırdıstan Respublikasının Əbyəli rayonunun eyniadlı kəndi). Temyasov Başqırd Pedaqoji Məktəbini bitirdikdən sonra Əsgərov adına orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1948-ci ildən Maqnitoqorsk Müəllimlər İnstitutunu bitirdikdən sonra 1955-ci ilə qədər Sibay şəhərinin orta məktəbi və Xabarovsk şəhəri 14 nömrəli məktəbində rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1955-ci ildən SSRİ Elmlər Akademiyasının Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda baş laborant işləmiş, eyni zamanda 1956-cı ildə K.A.Timiryazev adına Başqırdıstan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Sariya Mirjanova "Kubair" folklor ansamblının solisti, bir çox həvəskar sənət müsabiqələri və nümayişlərinin iştirakçısı və qalibi olmuşdur. 1970-80-ci illərdə Melodiya qrammofon yazılma şirkəti Sariya Mirjanovanın ifasında başqırd xalq mahnıları olan qrammofon plastinkasını buraxdı. Sariya Fazullovna Mirjanova uzun sürən xəstəlikdən sonra 25 noyabr 2000-ci ildə Ufada vəfat etdi.
Arşakilər (Parfiya) sülaləsi
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Parfiya–Roma müharibələri
Parfiya–Roma müharibələri — Yaxın Şərqdə hegemonluq uğrunda Parfiya və Roma dövlətləri arasında müharibə ardıcıllığı. Münaqişə eramızdan əvvəl 54-cü ildə başlamışdır və bizim eranın 226-cı ilində Parfiyanın süqutu ilə başa çatmışdır. Sasanilər sülaləsi onun yerində yeni dövlət qurmuş, Şərqdə Romanın yeni əsas rəqibinə çevrilmişdir. Parfiyanın həyata keçirdiyi ilk hücum cəhdləri dəf edilmişdir. Eramızdan əvvəl I əsrdə Romada baş verən vətəndaş müharibəsi zamanı parfiyalılar Brut və Kassiyə fəal dəstək vermiş, Suriyanı işğal etmiş və Levantdakı əraziləri fəth etmişdir. Buna baxmayaraq, Romada ikinci vətəndaş müharibəsinin başa çatması ilə Qərbi Asiyada Roma hakimiyyəti dirçəlmişdir.
Roma–Parfiya müharibələri
Parfiya–Roma müharibələri — Yaxın Şərqdə hegemonluq uğrunda Parfiya və Roma dövlətləri arasında müharibə ardıcıllığı. Münaqişə eramızdan əvvəl 54-cü ildə başlamışdır və bizim eranın 226-cı ilində Parfiyanın süqutu ilə başa çatmışdır. Sasanilər sülaləsi onun yerində yeni dövlət qurmuş, Şərqdə Romanın yeni əsas rəqibinə çevrilmişdir. Parfiyanın həyata keçirdiyi ilk hücum cəhdləri dəf edilmişdir. Eramızdan əvvəl I əsrdə Romada baş verən vətəndaş müharibəsi zamanı parfiyalılar Brut və Kassiyə fəal dəstək vermiş, Suriyanı işğal etmiş və Levantdakı əraziləri fəth etmişdir. Buna baxmayaraq, Romada ikinci vətəndaş müharibəsinin başa çatması ilə Qərbi Asiyada Roma hakimiyyəti dirçəlmişdir.
II Vardan (Parfiya çarı)
II Vardan (v. 58) — Arşakilər sülaləsindən atası çar I Vologez və ya I Vardana qarşı Parfiya imperiyasının bir hissəsində qısa müddətə hökmranlıq etmiş Parfiya hökmdarı. II Vardan 55–58-ci illərdə atasına qarşı üsyan qaldırmış və Midiyanın paytaxtı Ekbatanı işğal etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ellerbrock, Uwe. The Parthians: The Forgotten Empire. Oxford: Routledge. 2021. ISBN 978-0-367-48190-2. Sellwood, David (1983). "Parthian Coins".
I Mitridat (Parfiya çarı)
I Mitridat (e.ə. 195 – e.ə. 132) — Arşakilər sülaləsindən Parfiya çarı (195 — 138). == Həyatı == Parfiya dövlətinin qüdrətinin əsl təmsilçisi olan I Mitridatın (e.ə.171-138-ci illər) hakimiyyəti nəhayət yunan mühasirəsini dağıdaraq bu dövləti yetərincə gücləndirdi. Mitridat tez bir zamanda Ekbatanı ələ keçirdi, Midiyanı özünə tabe etdirdi , bundan sonra növbə Elimaidlərə yetişdi. Nəhayət, e.ə. 141-ci ildə onun ordusu Babil və Sələvkiyaya yeridi. Məhz Mitridat dövlət rəmzi kimi öz sikkələrini çıxarmağa başladı və həmin pullarda Parfiyanın daim yüksəlməkdə olan qüdrəti əks olunurdu. İlk buraxılışlarda və II əsrin sikkələrində yalnız padşahın adı həkk olunurdusa, sonralar tədricən buraya onun ləqəbi və nəhayət “Böyük Şah” adı əlavə edildi. Böyük padşahın hakimiyyətinin son dövrlərində artıq Sələvkilər onun səltənətini təhdid etməyə başlamışdılar.
Sarıyal
Böyük Sarıyal Kiçik Sarıyal Sarıyal — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 1821 m. Sarıyal — Xanlar rayonunda dağ. Hündürlüyü 1640 m.
Sarıyar
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir. Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur. Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir. Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Böyük Sarıyal
Böyük Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə qədim türk dilində "düzənlik, düz, çöl, sahə" mənasında işlənən sara və "dağın döşü, dağın yamacı", "dağ keçidi, təpə", müasir Azərbaycan ədəbi dilində "hündür bir yerin təpəsi", "dikdir", "yoxuşun başı" mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur. Azərbaycan dilində rəng bildirən sarı və yal (dağın yalı) sözlərindən ibarətdir.
Kiçik Sarıyal
Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində Sarıyar kimi qeyd edilir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü ilə "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.
Benevan-e-Şarbiyak
Benevan-e-Şarbiyak (fr. Avançon, oks. AvançonBénévent-et-Charbillac, oks. Benevent e Charbilhac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,2%, 1999-cu ildə 72.8%).