Böyük Sarıyal

Böyük Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2][3]

kənd
Böyük Sarıyal
40°53′36″ şm. e. 43°57′09″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1700
Mərkəzin hündürlüyü 1.880 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 335 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Böyük Sarıyal xəritədə
Böyük Sarıyal
Böyük Sarıyal

Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur[4].

Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə qədim türk dilində "düzənlik, düz, çöl, sahə" mənasında işlənən sara[5][6] və "dağın döşü, dağın yamacı", "dağ keçidi, təpə"[7], müasir Azərbaycan ədəbi dilində "hündür bir yerin təpəsi", "dikdir", "yoxuşun başı"[8] mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur. Azərbaycan dilində rəng bildirən sarı və yal (dağın yalı) sözlərindən ibarətdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бөјүк Сарыјал // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.44
  5. sarı — İbrahim Bayramova görə
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.1, СПб, 1911. s.315
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.648
  8. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.479

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]