Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Parfiya, Arşakilər, Arşaklar[1], Arşaqlar, Əşqanilər, Əşkanilər (Farsca: اشکانیان Əşkâniyân) (e.ə 247 — b.e 224) — Arşakilər dövləti kimi də adlandırılan Parfiya qədim İran və İraqa böyük mədəni və siyasi təsir göstərmiş İran əsilli dövlətdir. Parni tayfasının rəhbəri I Arşak e.ə 3-cü əsrdə İranın şimal-şərqində Selevki dövlətinə qarşı üsyan qaldırmış Parfiya vilayətini işğal edərək dövlətin əsasını qoymuşdur.
Çarlıq | |||
Parfiya dövləti | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt | Nisa (Türkmənistan), Ktesifon | ||
Dilləri | Parf dili | ||
Rəsmi dilləri | |||
Dövlət dini | Politeizm, Zərdüştilik | ||
Ərazisi | 2.800.000 km² | ||
İdarəetmə forması | Feodal monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
I Mitridat (e.ə 171–138) isə Selevkilərlə vuruşmalarda Midiya və Mesapotamiyanı işğal edərək dövləti daha da gücləndirir. Ən qüdrətli zamanlarında imperiyanın sərhədləri Şərqi Anadoludan başlayaraq Şərqi İrana qədər geniş bir ərazini əhatə etmişdir. Böyük İpək Yolu üzərində yerləşən Parfiyada ticarət və iqtisadiyyat böyük sürətlə inkişaf edirdi. Parfiya Fars, Ellin və yerli mədəniyyətləri ustalıqla improvizə edərək özünəməxsus mədəniyyət imperiyası formalaşdırır. Quruluşunun ilk dövrlərində Arşakilər idarəçilik sistemlərində yunanları nümunə götürsə də, sonda İran ənənələrini davam etdirən idarəçiliyi mənimsədilər. Arşaki hökmdarları sələfləri Əhəmənilər kimi "Şahlar Şahı" titulunu daşıyırdılar. Öz sələfləri Əhəmənilərin qüvvətli mərkəzi dövlət sistemindən fərqli olaraq isə Arşakilər bir çox yerli hökmdarları vassal kimi qəbul edirdilər. Parfiya hökmdarları öz sərhədlərini genişləndirdikcə ölkənin paytaxtını Nisadan Tiqris çayı sahilindəki Ktesifona köçürdülər. İlk dövrlərdə Parfiyalılar qərbdə Selevkilər şərqdə isə İskitlər ilə müharibə aparırdılar. Lakin dövlət qərb istiqamətində genişləyərək nəhayət qədim dövrün digər qüdrətli dövləti olan Roma İmperiyası ilə toqquşmalı oldu. Parfiya Roma qüvvələrini e.ə 53-cü ildə baş verən Karr döyüşündə və e.ə 40–39-cu illərdəki toqquşmalarda məğlub edərək Tir şəhəri istisna olmaqla Aralıq dənizinin şərq sahillərini ələ keçirdilər. Lakin Roma imperiyası Mark Antoni rəhbərliyində uğurlu əks hücuma keçdi, bu yürüş zamanı əsas nailliyyətlər Antoninin leytinantı Ventidi tərəfindən qazanıldı. Müxtəlif dövrlərdə bir çox Roma imperatorları və ya onların təyin etdikləri generallar Mesapotamiyanın işğalı üçün bir çox yürüşlər etdilər.
Daxili çəkişmələr və tez-tez baş verən vətəndaş müharibələri Parfiya dövlətini zamanla zəiflətməyə başladı. Nəhayət İranda İstəxrin yerli hakimi I Ərdəşir üsyan qaldırıb son Parfiya şahı V Artabanusu b.e 224-cü ilində öldürərək Parfiya dövlətinin varlığına son qoydu və Sasanilər dövlətini yaratdı. Sasanilər İran və İraq bölgələrini müsəlmanlar tərəfindən süquta uğradıldıqları 7-ci əsrə qədər idarə etdilər. Arşakilər sülaləsi isə öz varlığını şimalda Albaniya, İberiyada və digər ölkələrdə qoruyub saxlaya bildi.
Parfiya haqqında bizə məlum olan mənbələr əsasən Roma və yunan tarixçilərinin əsərlərindən əldə edilir, lakin azsaylı yunan, parfiya və başqa dillərdə yazılmış Parfiya mənbələri də elmə məlumdur. Həmçinin Han sülaləsi tərəfindən idarə olunan qədim Çin mənbələrində də bu dövlət haqqında məlumatlara rast gəlmək mümkündür. Parfiyalılar tərəfindən yaradılan sənət nümunələri tarixçilər tərəfindən o dövrdə əhalinin sosial-ictimai quruluşu və həyat tərzi haqqında məlumat verən dəyərli mənbə kimi qiymətləndirilir.
Parfiya dövlətində şəhər mədəniyyəti, sənətkarlıq və ticarət inkişaf edib. Böyük ipək yolunun üzərində yerləşən Parfiya dünya ticarətində mühüm vasitəçi rol oynamışdır. Parfiyalılar öz ərazilərindən keçən karvanların qorunmasına xüsusi fikir verir, lakin Çin tacirlərinə Roma ilə birbaşa əlaqə saxlamağa icazə vermirdilər. Parfiyanın mədəniyyətinə yunan mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazıları da sübut edir. Parfiya dövlətinin Azərbaycanın Atropatena və Albaniya dövlətləri ilə də siyasi iqtisadi əlaqələri olmuşdu.
IV Antiox (e.ə.175–163-cü illər) Selevki dövlətinin siyasi böhranının qarşısını ala bilmir. Midiyada Selevki satrapi Timarx üsyan qaldırır. E.ə.131-ci ildə VII Antiox Midiyada Selevki hakimiyyətini bərpa edir, lakin az sonra parfiyalılar ilə döyüşdə həlak olur. Bundan sonra Parfiya ilə Roma imperiyası siyasi təsir dairələrini genişləndirmək uğrunda mübarizəyə başlayır. Strabonun məlumatından görünür ki, parflar da Azərbaycan torpaqlarina göz dikibmişlər. e.ə 36-cı ildə Roma sərkərdəsi Antoni Parfiyaya qarşı yürüşə başlayır. Antoni böyük bir ordu ilə Azərbaycanın ərazisinə soxuldu, ölkəni taladı və mühasirəyə aldı.
Midiyalı dəstələr də romalıların düşərgəsinə hücumlar edir və onlara tələfat vərirdilər. Antoni Adərbayqanı tərk ətməyə məcbur olur. Parflar geriyə çəkilən romalılari təqib edir, kiçik döyüşlərlə tələfata uğradırdılar. Eyni zamanda romalılari aclıq əldən salırdı. Parflar Antoniyə qalib gələ bilməsələr də, öz həmlələri ilə onun aclıqdan zəifləmiş ordusuunu əldən salırdılar. Son məqamda təqib dəstələri Antoniyə toxunmayacaqlarını vəd edirlər. Antoni bu döyüşlərdə 24 min döyüşçü itirmişdi. E.ə.31-ci ildə Antoni Roma triumviri Oktavian ilə döyüşə girişən zaman bir il sonra həlak olur və şərqdə ağalıq Oktavian Avqustun əlinə kəçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Adərbayqan müstəqilliyini saxlamaği hərbi münaqişələrə qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə qonşuların köməyinə gəlirdi. Eyni zamanda şimalda Arazın o tayına qədər uzanan torpaqlarını qorumaq, Armeniya hökmdarlarının təcavüzkar işğallarının qarşısını almaq məqsədini güdən Adərbayqan dövləti öz varlığını və hüdudlarını saxlamaqda Midiya hökmdarlarının qüdrətinə də arxalanırdı. Böyük hərbi münaqişələrdə iştirak ədən Midiya və Parfiya da Adərbayqanın siyasi mənafəyini müdafiə edirdi.