Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Someone in the Dark
Someone in the Dark — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Dieqo Simeone
Dieqo Pablo Simeone (isp. Diego Pablo Simeone; 28 aprel 1970-ci il, Buenos-Ayres) Argentinalı futbolçu və futbol məşqçisi. 2006-cı ildə futbolçu karyerasını bitirmədən öncə, dəyaq yarımmüdafiəçi mövqeyində oynuyurdu. Hal hazırda Atletiko Madrid klubunun baş məşqçisidi. 24 mart 2015-ci ildə o, klubla 2020-ci ilə qədər müqaviləsini uzatdı. O, Argentina milli futbol komandasında 100-dən çox oyun keçirdib və onun heyətində 1994, 1998 və 2002-ci illərin Dünya Çempionatlarında iştirak edib. Karyerası boyu, Simeone inadcıl yarımmüdafiəçi kimi tanınırdı, hansıki həm rəqibdən topu ala bilirdi, həm hücümü başlıyırdı, həmdə özü qol vurmaq bacarığındaydı. O, ilk növbədə öz liderliyi ilə, texnikasıyla, taktiki universallığıyla, ağılıyla, gücüylə, dözümlülüyü ilə seçilirdi. == Klub karyerası == Simeonenin ilk peşəkar klubu Velez Sarsfild idi, sonradan 1990-cı ildə o, İtlaliyanın Piza klubuna keçir. Bu klub 1990-1991-ci ilin sezonunda Seria A-nı tərk edir və növbəti ildə ali liqaya yenidən yüksələ bilmir.
Covanni Simeone
Covanni Simeone (5 iyul 1995[…], Buenos-Ayres) — Argentinalı peşəkar futbolçu. İtaliyanın "Hellas Verona" klubunun hücumçusu. "Napoli" klubunda icarə əsasında çıxış edir. Məşhur futbolçu və məşqçi Dieqo Simeonenin oğlu. == Karyera == Covanni "River Pleyt" klubunun yetirməsidir. 4 avqust 2013-cü ildə hücumçu "River Pleyt"in heyətində "Gimnasia və Esgrima" komandası ilə oyunda debüt etdi. Covanni "River Pleyt"in heyətində ilk qolunu 8 sentyabr 2013-cü ildə "Tiqre" ilə görüşdə vurdu. 2015-ci ilin yayında o, "Banfild"ə icarəyə verilir. Argentina çempionatında “Banfild”in heyətində 34 oyun keçirir və 12 qol vurur. 18 avqust 2016-cı ildə İtaliyanın "Cenoa" klubuna keçir.
Somelye
Somelye (fr. sommelier, [sɔməlje]) və ya saqi — şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi. Somelye şərab xəritəsini tərtib edir, şərabın dequstasiyası ilə məşğul olur və müştərilərə seçim etməkdə kömək etmək üçün rəy bildirir. Somelyelərin öyrədilməsi xüsusi məktəblərdə həyata keçirilir, bu məktəblərdə şərabçılıq tarixi ilə yanaşı gələcək somelyelərə müxtəlif şərablardan qatışıq buketlər hazırlamaq kimi bacarıqlar da öyrədilir. Nəticədə peşəkar somelyelər şərabın qoxusuna görə onun keyfiyyətini, üzümün növünü və bəzən hətta onun hansı regiona məxsus olduğunu, yaşını müəyyən edə bilirlər. Fransa somelyelər ittifaqı bu sahədə 10 ildən artıq təcrübəsi olan şəxslərə «peşəkar somelye» adını verir. Ən azı 15-20 il somelye təcrübəsi olanlar beynəlxalq çempionatların qalibləri olurlar. == Tarixi == Qədim fransız dilində sommereier (someryer) sözü "yük heyvanının nəzarətçisi" mənasını verirdi, belə ki, orta əsrlərdə yükün (yatağın, qab-qacağın, yemək və şərab zirzəmisinin) daşınmasına görə cavabdeh olurdu. Lakin 17-ci əsrin sonlarından etibarən somelyelər ancaq sahiblərinin şərablarını seçmək və qorumaqla məşğul olmağa başladılar. O zamandan etibarən bu vəzifə transformasiyaya uğrayaraq indiki şəklini aldı.
Somoni
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. == Qəpiklər == Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. === 2001—2006-ci illər seriyası === 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. === 2011-ci il seriyası === Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Nina Simone
Eunice Kathleen Waymon (Yuunis Kətlin Veymn), səhnə adı ilə Nina Simone (d. 21 fevral 1933, Tryon, Şimali Koralina — ö. 21 aprel 2003 Carry-le-Rouet, Bouches-du-Rhône) — ABŞ müğənnisi, bəstəkar, ictimai fəal, antirasist. == Həyat və yaradıcılığı == Caz, Blues, R&B (ritm və blues), Folk musiqi tərzlərində unudulmaz və əfsənələşən Simone, musiqi ilə iç-içə olan bir ailədə dünyaya gəldi. İlkin musiqi təhsilini anasının dəstəyilə mənimsəyən sənətçi, uşaq yaşlarında kilsə xorlarında mahnılar oxuyarkən, yardımsevər birinin köməyilə piano dərsləri aldı. 10 yaşında New York Juilliard musiqi məktəbində təhsilinə davam etməyə başladı. O zamanların gərgin irqçi basqıları ilə bərabər maddi sıxıntılar səbəbilə Philadelphia`ya köçdülər. 1954-cü illər müxtəlif barlarda musiqi istedadını göstərməyə başladı. 1958-ci ildə ilk albomu yayımlandı. Elə həmin il adını ispan dilində "qız" anlamına gələn Nina və pərəstişkarı olduğu aktrisa Simone Signoretin adından götürərək bildiyimiz Nina Simone təxəllüsünə keçdi.
Riçson Simeon
Riçson Simeon (5 oktyabr 1997) — Marşall adalarını təmsil edən atlet. Riçson Simeon Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riçson Simeon birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.81 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Simeon Bekbulatoviç
Simeon Bekbulatoviç (rus. Симеон Бекбулатович; Sain-Bulat, rus. Саин-Булат; XVI əsr – 5 yanvar 1616, Moskva) — Qasım xanlığının xanlarından və Rusiyanın çarlarındandır. == Həyatı == Sayın Bulat... Rus tarixində bu ad tez-tez gözə çarpmaqdadır; hətta Moskva çarı kimi... Sayın Bulat Bek Bulat sultanın oğlu, Gəraylar sülaləsindəndir; Qızıl Orda xanı Əhməd xanın nəticəsidir. Dediyimiz kimi o, birbaşa Çingiz xanın özünün düz xətlə gələn nəslindəndir; atası Bek Bulat Əhməd (Axmat) xanın nəvəsi, Axmat xan da öz növbəsində Cucinin törəməsidir. XVI əsrin 50-ci illərində şahzadə Bek Bulat İvan Qroznı ilə müttəfiq kimi fəaliyyətə keçmişdi. 1552-ci ildə Moskvaya səfir kimi gəldi və daha geri dönmədi. Həm də tezliklə çarla bacanaq olur; Kabarda xanı Temiryürəkin digər qızı Altıncanı alır.
Simone Petersano
Simone Petersano (it. Simone Peterzano, təq. 1540, Berqamo – təq. 1596, Milan)— italyan rəssam, Manyerizm dövrünün nümayəndəsi. O, Mikelancelo Merisi de Karavacconun ilk müəllimi olaraq tanınır. == Haqqında == Simone Petersano haqqında məlumat olduqca azdır. O, Venesiyada Tisian Veçellionun şagirdi olmuşdur. 1578-1582-ci illərdə Petersano, ona şöhrət qazandıran işlərindən biri sayılan Qareqnano kilsəsinin freskalarını işləmişdir. Petersano 1583-1592-ci illər ərzində aktiv fəaliyyət göstərmişdir. Onun emalatxanası Milan şəhərində yerləşirdi.
II Simeon
II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha‎; 16 iyun 1937, Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı, 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır. O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir. == Erkən həyatı == Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir. 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.
Katolikos III Simeon
Katolikos III Simeon - Albanların LXXI katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Simeon
Katolikos II Simeon — Albanların XXXVIII katolikosu. == Katolikosluğu == Katolikos III İohanndan sonra kürsüyə çıxmış və iyirmi bir il kürsüdə oturmuşdur. Mənbələrdə Ərməniyyədən olan Katolikos II Simeonun saray keşişi olduğu qeyd edilir.
Katolikos IV Simeon
Katolikos IV Simeon - Albanların LXXX katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos I Simeon
Katolikos I Simeon — Albaniyanın XX katolikosu. Katolikos Nersesə qarşı gəlmişdi, bu vaxt Amaras yepiskopu idi. == Katolikosluğu == Nersesin öldürülməsindən sonra taxta keçib və çox az müddətdə — il yarım taxtda oturub, lakin bu qısa müddətdə çox böyük işlər görərək, Qafqaz Albaniyasında daxili sabitliyin bərpa olunmasnda və kilsənin əhaliylə münasibətlərinin qaydaya salınmasında mühüm addımlar atıb. Bu məqsədlə o, tarixdə Katolikos Simeonun qanunları kimi bəlli olan və Azərbaycan həmin dövr tarixinin öyrənilməsində mühüm mənbələrdən biri olan yeddi qanunu qəbul edib. Bu qanunlar diofizit məzhəbinə malik keşişlərə torpaq verilməməsi və s. kimi qaydalardan ibarət idi.
Katolikos VII Simeon
Katolikos VII Simeon — Albanların LXXXXIII yaxud LXXXXIV katolikosu. == Katolikosluğu == Ləqəbi "kiçik" idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu. Yeris Mankants monastırı ona verilmişdi.
Katolikos VI Simeon
Katolikos VI Simeon - Albanların LXXXVII yaxud LXXXVIII katolikosu. == Katolikosluğu == Albanların müstəqil katolikosu idi. Erməni Qriqorian Kilsəsi tərəfindən qəbul olunmur. Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. 1676-cı ildə Katolikos IV Yakob Julfalı tərəfindən Katolikos II İyeremiya təsdiqlənmişdi. Lakin bu qərar Səfəvi sarayı tərəfindən diqqətə alınmayaraq yerinə Simeon təyin olundu. Erməni katolikosu Katolikos I Yeliazar Ayntabsi özü şəxsən Gəncəsər monastırına gələrək onu lənətləmişdi. Onun yerinə gələn Katolikos Nahapet də Simeonu təsdiqləmədi. Simeon 1701-ci ildə vəfat etdi.
Katolikos V Simeon
Katolikos V Simeon - Albanların LXXXIII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Simeon Deni Puasson
Simeon Deni Puasson (fr. Siméon Denis Poisson; 21 iyun 1781[…] – 25 aprel 1840[…], So[d]) — Fransa riyaziyyatçısı, fiziki və mexaniki. == Həyatı == 1798-ci ildə Fransa Politexnik Məktəbinə daxil olmuşdur.
Simeon Borisov Sakskoburqqotski
II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha‎; 16 iyun 1937, Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı, 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır. O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir. == Erkən həyatı == Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir. 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.
Jan Batist Simeon Şarden
Jan Batist Simeon Şarden (Jean Baptiste Siméon Chardin; 2 noyabr 1699[…], Paris – 6 dekabr 1779[…], Paris) — XVIII əsrdə yaşamış məşhur fransız rəssamıdır.
Sen-Simeon-de-Bresyo
Sen-Simeon-de-Bresyö (fr. Saint-Siméon-de-Bressieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38457. Kommunanın 1999-cu il üçün əhalisi 2480 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 627 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Şomon (rayon)
Şomon (fr. Chaumont) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Şomon. Rayon əhalisi 2006-cı ildə 67 738 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 27 nəf / km². Rayon sahəsi — 2476 km². Şəhər Marne çayı üzərində dayanır və 1856-cı ildə inşa edilmiş 52 m (171 ft) hündürlüyü və 600 m (2000 ft) uzunluğundakı bir viyadük üzərində işləyən Paris və Basel'i birləşdirən dəmir yolu üzərində yerləşir.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.