II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski[3] (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha; 16 iyun 1937[1][2], Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı,[4] 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır.
Simeon ll | |
---|---|
Rey De Bulgaria | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1937[1][2] (87 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | III Boris |
Dini | Bolqar Pravoslav Kilsəsi, şərqi ortodoks xristianlıq |
|
|
Təltifləri | |
kingsimeon.bg | |
Vikianbarda əlaqəli mediafayllar |
O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir.[5]
Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir.[6] 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.[7][8] Bundan sonra bütün Bolqarıstanda çarın ağır müharibə dövründə milli ruhu qorumaq üçün adı ilə kütləvi informasiya kampaniyasına start verilmişdir. Simeonun altı yaşı olduğuna görə onun əmisi şahzadə Kirill, baş nazir Boqdan Filov və Bolqarıstan ordusunun general-leytenantı Nikola Mixov regent təyin edilmişdir.[9]
Atasının hakimiyyəti dövründə Bolqarıstan İkinci Dünya müharibəsində Ox dövlətlərinə qoşulmuşdu, lakin Sovet İttifaqı ilə diplomatik münasibətləri saxlamağa nail olmuşdur. Hər halda, 5 sentyabr 1944-cü ildə Stalin Bolqarıstana müharibə elan etmiş və üç gün sonra Qızıl Ordu demək olar müqavimətsiz ölkəyə daxil olmuşdur. Ertəsi gün, 9 sentyabr 1944-cü ildə şahzadə Kirill və digər regentlər SSRİ tərəfindən dəstəklənən dövlət çevrilişi nəticəsində devrilmiş və həbs olunmuşdur. Üç regent, son üç hökumətin bütün üzvləri, parlament deputatları, ordu başçıları və görkəmli jurnalistlər 1945-ci ilin fevralında kommunistlər tərəfindən edam edilmişdir.[9]
Çariça Covanna, Simeon və bacısı Mariya Luiza Sofiya yaxınlığındakı Vrana sarayında qalmışdılar. Simeon üçün hamısı kommunist olan üç yeni regent – Todor Pavlov, Venelin Qanev və Tsvyatko Boboşevski təyin edilmişdir. 15 sentyabr 1946-cı ildə SSRİ ordusunun iştirakı ilə referendum keçirilmişdir. Referendumun nəticələrinə uyğun olaraq səslərin 95,6%-i respublikanın təsdiqlənməsi və monarxiyanın ləğvini dəstəkləmişdir. Bu referendum faktiki olaraq Tırnovo konstitusiyasını pozmuşdu, ona görə ki, dövlətin formasındakı hər hansı dəyişiklik yalnız çar tərəfindən çağırılan Böyük Millət Məclisi tərəfindən həyata keçirilə bilərdi.[10]
Simeon 28 oktyabr 2014-cü ildə Bolqarıstanda nəşr olunan, fransız dilində "Simeon II de Bulgarie, un destin singulier" adlı avtobioqrafiyasını yazmışdır.[11] Əsər ilk dəfə 22 oktyabr 2014-cü ildə YUNESKO-nun Parisdə yerləşən Baş Qərargahında təqdim olunmuşdur.[12][13]