Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apache Sqoop
Apache Sqoop — Hadoopdan böyük həcmli verilənlərin relyasion verilənlər bazası serverinə və əksinə ötürülməsi üçün geniş istifadə edilən bir vasitədir. Sqoop Oracle, MySQL və digər oxşar verilənlər bazasından müxtəlif tip verilənləri ixrac etmək üçün istifadə edilə bilər.
Snoop Dogg
Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 20 oktyabr 1971[…], Lonq-Biç, Kaliforniya) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır, 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur. "Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini əfsanəvi Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Bloop
Bloop — 1997-ci ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən okean suyunun altında aşkar edilmiş səs (uğultu). Səs çox böyük olan aysberqlərin birqə yerləşdiyi yerlərdən gəlirdi. Alimlər okeanın hər tərəfinə yayılan bu qəribə səsi ilk dəfə 1991-ci ildə aşkar etmişdilər. 1944-cü ildə də bu səslər eşidilmişdi. 1944-cü ildə aşkar edilən səslər sonradan yavaş-yavaş azalmağa başlamışdı. Səslər kifayət qədər uzun, dar dalğalı bir xüsusiyyət daşıyır. Səs dalğalarının hər biri təxminən bir neçə saniyə davam edir. === Analiz === Səsin mənbəyi 50 °C 100°Q kordinatlarında təxmini (kobud) üçbucaqlara ayırıldı: 50 °C 100°Q (Cənubi Amerikanın cənubi ucluğunun cənubi Sakit okean qərbində uzaq nöqtə) və səs Ekvatorial Sakit Okean muxtar silsiləsində hidrofon ilə bir neçə dəfə aşkar edildi. Bu sistem müəyyən hadisəyə nəzarət etmək üçün istənilən okeanoqrafiya regionda açılına bilən muxtar silsiləsi kimi hidrofon istifadə edildi. Bundan əvvəl sualtı seysmikliyə nəzarət etmək üçün istifadə edilir, buz səsli və dəniz məməli canlılarını izləmək üçün istifadə edilir.
Svop
Svop (ing. swap - dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. == Svoplar haqqında saziş == Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Swot
SWOT analizi— şəxs və ya təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı Güclü (ing. Strengths), Zəif (ing. Weaknesses) tərəfləri, İmkanları (ing. Opportunities) və Təhdidləri (ing. Threats) müəyyən etməyə kömək etmək üçün istifadə edilən strateji planlaşdırma və strateji idarəetmə texnikası. SWOT analizi ilk dəfə Albert Humphrey tərəfindən 1960–1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox şirkətlər güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər. == Güclü tərəflər == Güclü tərəfləri müəyyən etmək üçün aşağıdakı sualları cavablamaq lazımdır: Rəqiblərər nəzərən hansı üstünlüklər mövcuddur? Xərclərin keçən ilə nəzərən azalıbmı? == Zəif tərəflər == Uğursuz olunan layihələr və uğusuzluğa aparan səbəblər nələrdir?
Cerard Svoup
Cerard Svoup (ing. Gerard Swope; 1 dekabr 1872, Sent-Luis, Missuri – 20 noyabr 1957, Nyu-York, Nyu-York ştatı) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni. Herbert Bayard Svoupun qardaşıdır. == Karyerası == Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Atası saat qabı istehsalçısı idi. Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir. 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir. O, şirkətin ABŞ, Çin və Yaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır. 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir. Birinci dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur.
Kim Sowol
Nurofen (sirop)
Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir. Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür. Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu. Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur. == Döyüşün gedişi == Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi. Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi.
Sinop ili
Sinop ili — Türkiyədə il. == Coğrafiya == Sinop Qara dənizin sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. İlin sahəsi 5862 km2 olub Türkiyə ərazisinin 0.8 %-ni əhatə edir. Qərbində Kastamonu, cənubunda Çorum, cənub-şərqində Samsun illəri, şimalında Qara dəniz yerləşir. 475 km uzunluğundakı sərhədlərinin 300 km-i quru, 175 km-i isə dəniz sahilidir. Dağlar dənizə paralel olaraq yerləşmiş olub şimal-qərbdə uzanan dağlar Mərkəz ilçələrə 9–10 km yaxlaşdıqca alçalır və sahil ovalıqlar əmələ gətirir. Ən yüksək təpələr Ayancıkda Çanqal (1.605 m) və Boyabatda Dranazdır (1.345 m) Boyabat-Durağan bölgəsindəki Qızılirmaq vadisi istisna olmaqla əhəmiyyətli vadisi yoxdur. Sinop və Boyabat ən əhəmiyyətli düzənliklərdir. Ən əhəmiyyətli çaylarından Göyirmaq Boyabat ovalığını sulayıb Qızılirmaqla birləşir. Çatalzeytun, Ayancık, Qarasu, Qanlıçay (Güzəlcəçay) və Kabalı çayları Qara dənizə tökülür.
Sinop qalası
Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur. Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır.
Sword Art Online
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
Faizli svop
SOAP protokolu
SOAP (Simple Object Access Protocol) protokolu — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistem. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
SWOT analizi
SWOT analizi— şəxs və ya təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı Güclü (ing. Strengths), Zəif (ing. Weaknesses) tərəfləri, İmkanları (ing. Opportunities) və Təhdidləri (ing. Threats) müəyyən etməyə kömək etmək üçün istifadə edilən strateji planlaşdırma və strateji idarəetmə texnikası. SWOT analizi ilk dəfə Albert Humphrey tərəfindən 1960–1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox şirkətlər güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər. == Güclü tərəflər == Güclü tərəfləri müəyyən etmək üçün aşağıdakı sualları cavablamaq lazımdır: Rəqiblərər nəzərən hansı üstünlüklər mövcuddur? Xərclərin keçən ilə nəzərən azalıbmı? == Zəif tərəflər == Uğursuz olunan layihələr və uğusuzluğa aparan səbəblər nələrdir?
Snop fəvvarəsi
Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir. == Tarixi == Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
The Roop
The Roop — Litvalı musiqi qrupu. Onlar Litvanı 2020 Avroviziya Mahnı Müsabiqəsində On Fire mahnısı ilə təmsil etmək şansı qazanmışdı, lakin, müsabiqə ləğv edildi. 2021 Avroviziya Mahnı Müsabiqəsində yarışma hüququ qazanmaq üçün öz ölkəsinin Pabandom iš naujo! milli seçim turuna qatılaraq Discoteque söylədilər və 1-ci yerə layiq görüldülər. The Roop qrupu 2021 Avroviziya Mahnı Müsabiqəsində Discoteque mahnısı ilə Litvanı təmsil edəcəklər.
İldiko Soos
İldiko Soos (27 dekabr 1976, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == İldiko Soos, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra İldiko Soos, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Asuna (Sword Art Online)
Asuna Yuuki (結城 明日奈, Yūki Asuna) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Əsasən ranobe dünyasındakı video oyunlarda oynadığı zaman istifadə etdiyi Asuna (アスナ, Asuna) oyunçu adı ilə tanınır. Asuna "Sword Art Online"-ın ən güclü oyunçularından biri olan Kiritonun sevgilisi və Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin (血盟騎士団, Ketsumei Kishidan) liderlərindən biri kimi təqdim olunur. Güclü oyunçu reputasiyası ona Şimşək (閃光, Senkō) ləqəbini qazandırmış, bir çox oyunçunun ona rəğbət bəsləməsinə gətirib çıxarmışdır. Kirito və Asuna animanqa fanatları arasında çox böyük populyarlığa malikdirlər və tez-tez ən populyar animanqa personajları siyahılarında peyda olurlar. Personaj tənqidçilər tərəfindən seriyadakı roluna və Kirito ilə münasibətinə görə müsbət qiymətləndirilmişdir. == Personaj == Seriyanın yaradıcısı Reki Kavahara verdiyi bir müsahibədə bildirmişdi ki, "Sword Art Online"-dakı qadın personajları yaradarkən real dünyada heç kimdən ilhamlanmamışdır: "Mən adətən yazmazdan öncə hansısa personaj, qurma və ya başqa bir şey üzərində işləmirəm. Hekayəni yazdıqca qız personajlar indiki vəziyyətinə gəlib çatırdılar. Bir şəkildə, dəqiq bilmirəm, amma bir şəkildə subliminal ideyalarım və ya gizli emosiyalarım personajları güclü və bacarıqlı hala gətirir". Kavahara həmçinin əlavə etmişdi ki, o, ranobe seriyasını video oyunları sosial xəstəlik və ya real həyatdan qaçış vasitəsi kimi deyil, daha müsbət xüsusiyyətlərə malik olduğunu göstərmək üçün yazır.
Shook Ones (Part II)
Shook Ones (Part II) (azərb. "Titrəmişlər" (II hissə)‎) — Mobb Deep tərəfindən yazılan və rep qrupunun ikinci solo albomu - "The Infamous"-a daxil edilən mahnı. "Rolling Stone" dərgisi "Shook Ones (Part II)" mahnısını "bütün zamanların 50 ən məşhur hip hop mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Sword Art Online (teleserial)
Sword Art Online — Reki Kavaharanın "Sword Art Online" ranobe seriyasının əsasında çəkilməsi planlaşdırılan ABŞ teleserialı. Teleserial Skydance Media tərəfindən istehsal olunacaq. İstehsalçı şirkət ranobe seriyası əsasında virtual reallıq təcrübəsi yaratmağı planlaşdırdığını bildirib. == İstehsal == Skydance Television 2 avqust 2016-cı ildə Reki Kavaharanın "Sword Art Online" ranobe seriyası əsasında teleserial çəkmək hüququnu əldə etdiyi açıqlamışdır. Laeta Kalogridis teleserialın ssenaristi və icraçı prodüseri olacaq. Teleserialın digər icraçı prodüserləri Skydance CEO-su Devid Ellison, Dana Qoldberq və Mersi Rossdur. == Digər media == Skydance Interactive teleserialdan sonra "Sword Art Online" virtual reallıq təcrübəsi üzərində işləyəcəyini açıqlamışdır.
Gone Too Soon
Gone Too Soon — Maykl Ceksonun bir mahnısı.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
İneke van Şoor
İneke van Şoor (d. 6 noyabr 1995) — Belçikanı təmsil edən akrobatika gimnastı. İneke van Şoor 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həmdə 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == İneke van Şoor 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Kaat Dumarey və Julie van Qelder ilə birgə üç qızıl medal qazandı.