Faizli svop (ing. Interest rate swap) - İki borc aləti emitenti arasında əvvəlcədən müəyyən olunmuş eyni məbləğdə borc üçün sabit faiz dərəcəsi ilə dəyişkən faiz dərəcələri üzrə ödəmələrin dəyişdirilməsi haqqında saziş. İki tərəf arasında gələcək faiz ödənişlərinin mübadiləsinə şərait yaradan törəmə alət. Adətən, tərəflər arasında sabit faiz ödəmələri və üzən faiz ödəmələri mübadilə edilir. Şirkətlərin faiz dərəcəsi svoplarından istifadə etməkdə başlıca məqsədləri faiz dərəcəsinin dəyişməsindən irəli gələn risklərdən özlərini qorumaqdır. [1]