Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir.
Snop fəvvarəsi | |
---|---|
Фонтан "Сноп" | |
59°53′12″ şm. e. 29°55′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Peterhof, Peterhof |
Memar | Nikolo Miketti |
Sifarişçi | Sualem |
Tikilmə tarixi | 1722-1723 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.