Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takistan
Takistan - İranın Qəzvin ostanının şəhərlərindən biri və Takistan şəhristanının inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,625 nəfər və 18,685 ailədən ibarət idi. Bu şəhərin əhalisi Azərbaycan türklərindən və tatlardan ibarətdir, azərbaycan və tati dillərində danışırlar. Məzhəb baxımından əhalisi şiədirlər. Şəhərin hazırkı farsca adı olan Takistan farsca "üzümlük, üzüm bağı, meynəlik, tənəklik" mənalarını daşıyan "takistan" sözündəndir.
Qarabağ (Takistan)
Qarabağ- İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin Nərcə qəsəbəsində yerləşən kənddir.2006-cı ilin siyahıya alınması əsasında bu kənd 372 nəfər və 103 ailədən ibarət idi.
Takistan şəhristanı
Takistan şəhristanı - Qəzvin ostanının şəhristanlarından biridir. İnzibati mərkəzi Takistan şəhəridir. Şəhristanın ümumi ərazisi 2538,4 kv.km.-dir. == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 171,520 nəfərdir. Əhali əsasən yerli Azərbaycan türkləri və az sayda (əsasən Takistan şəhərində) tatlardan ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi bəxşi ==== Ərazi: 952,5 kv.km Əhali (toplam): 99,841 nəfər (2006 s.a.) - Şəhər əhalisi Takistan şəhəri: 73,625 nəfər / 18,685 ailə (2006 s.a.) Nərcə şəhəri: 5,071 nəfər / 1,297 ailə (2006 s.a.) Toplam: 78,696 nəfər / 19,982 ailə (2006 s.a.) - Kənd əhalisi: 21,145 nəfər (2006 s.a.) Nərcə dehistanı Kəndlərinin sayı: 16 Əhalisi: 923 nəfər (2006 s.a.) Qaqazan-i Qərbi dehistanı Kəndlərinin sayı: 18 Əhalisi: 7,332 nəfər (2006 s.a.) Qaqazan-i Şərqi dehistanı Kəndlərinin sayı: 19 Əhalisi: 12,890 nəfər (2006 s.a.) ==== Əsfərvərin bəxşi ==== Ərazi: 198,3 kv.km. Əhali (toplam): 28,845 nəfər (2006 s.a.) - Şəhər əhalisi (Əsfərvərin şəhəri): 12,104 nəfər (2006 s.a.) - Kənd əhalisi: 16,741 nəfər (2006 s.a.) Ağ dehistanı Kəndlərinin sayı: 10 Əhalisi: 3,484 nəfər (2006 s.a.) Xürrəmabad dehistanı Kəndlərinin sayı: 5 Əhalisi: 6,459 nəfər (2006 s.a.) ==== Xürrəmdəşt bəxşi ==== Ərazi: 543,3 kv.km. Əhali (toplam): 21,685 nəfər (2006 s.a.) - Şəhər əhalisi (Xürrəmdəşt şəhəri): 6,192 nəfər (2006 s.a.) - Kənd əhalisi: 15,493 nəfər (2006 s.a.) Əfşariyə dehistanı Kəndlərinin sayı: 5 Əhalisi: 2,173 nəfər (2006 s.a.) Rəmənd-i Şimali dehistanı Kəndlərinin sayı: 16 Əhalisi: 6,944 nəfər (2006 s.a.) ==== Ziyaabad bəxşi ==== Ərazi: 844,3 kv.km. Əhali (toplam): 21,149 nəfər (2006 s.a.) - Şəhər əhalisi (Ziyaabad şəhəri): 8,385 nəfər (2006 s.a.) - Kənd əhalisi: 12,764 nəfər (2006 s.a.) Düdəngə-i Ülya dehistanı Kəndlərinin sayı: 18 Əhalisi: 6,002 nəfər (2006 s.a.) Düdəngə-i Süfla dehistanı Kəndlərinin sayı: 19 Əhalisi: 6,762 nəfər (2006 s.a.) == Takistan şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Takistan; digər şəhəri: Nərcə DEHİSTANLARI: Nərcə dehistanı KƏNDLƏRİ: Mürgdari Əli Xediv [Əli Xediv fermaları](Ali Khediv Farms), Kurə Acurpazi Əthad Nov [Əthad Nov kərpic zavodu](Athad Now Brickworks), Bənddalavər, Başgöl, Kurə Acurpazi Hacı Şaban [Hacı Şaban kərpic zavodu](Hajji Shaban Brickworks), Rukeş Lastik İran [İran rezin zavodu](Iran Rubberworks), Kurə Acurpazi Xürrəm [Xürrəm kərpic zavodu](Khorram Brickworks), Novdehək, Kurə Acurpazi Nur [Nur kərpic zavodu](Nur Brickworks), Mürgdari Pivənd [Pivənd fermaları](Pivand Farms), Qarabağ, Mürgdari Rövşən [Rövşən fermaları](Rowshan Farms), Şəhrsənəti-yi Takistan, Şənin Qaqazan, Mürgdari Vəliəsr [Vəliəsr fermaları](Vali Asr Farms), Yengicə Qaqazan-i Qərbi dehistanı KƏNDLƏRİ: Əndaq, Ağbulaq, Çənqurə / Çanquraq, Çinaristan, Dərbəhan, Dərmançay, Fəşalənc, Kanişkin / Kərəşkin, Mayan / Məkəsan, Meşkin, Nikuyə, Qalat, Səras / Sərask, Şinasvənd / Çinasbənd, Suludərə Dərbəhan / Sulaqdərə, Takənd, Yəzdərud, Yengicə-i Qaqazan Qaqazan-i Şərqi dehistanı KƏNDLƏRİ: Alanqaya, Ağcakənd, Aşıqhisar, Əştəcin, Dağlan, Dəstcird, Dövlətabad, Xurhəşt, Kundər, Mərgəsin, Mehdiabad, Qala-i Qaradaş, Qaradaş, Qarakosalı / Qarakosalar, Qasımabad, Qazandağı, Qumik-i Büzürg, Şirazək, Yəhyaabad Əsfərvərin bəxşi İnzibati mərkəzi: Əsfərvərin DEHİSTANLARI: Ağ dehistanı KƏNDLƏRİ: Ağ / Ağkənd, Xəruzan, Luşkan, Müctəmə Kurəhi Acurpazi Luşkan [Luşkan kərpic zavodu](Luşkan Brickworks), Mahmudabad, Məzrayə-i Raziabad, Nasirabad-i Sadat, Qərqəsin, Şarin / Çarun, Vələzcird Xürrəmabad dehistanı KƏNDLƏRİ: Mücəmüva Kurəha-yi Acurpazi [(Xürrəmabad) kərpic zavodu](Brickworks, Khorramabad), Diyalabad, Kəhək, Xürrəmabad, Şirkət-i Zormürg Xürrəmdəşt bəxşi İnzibati mərkəzi: Xürrəmdəşt DEHİSTANLARI: Əfşariyə dehistanı KƏNDLƏRİ: Atəşanbar, Bərzəlcin, Hacıabad, Həmidabad, Cəfərabad, Kəşmərz, Kürçeşmə, Küşkək, Orazcin, Rəhimabad, Şənastəq-i Ülya, Şənastəq-i Süfla, Şizənd, Sinək, Tərvizək, Yariabad Rəmənd-i Şimali dehistanı KƏNDLƏRİ: Dakan, Cahanabad, Qənbərabad, Qasımabad, Radikan, Seyfabad, Varsac Düdəngə Ziyaabad bəxşi İnzibati mərkəzi: Ziyaabad DEHİSTANLARI: Düdəngə-i Ülya dehistanı KƏNDLƏRİ: Əhmədabad, Arbatdərə, Avarnə, Farsacin, Həftsandıq, Hüseynabad-i Carandəq, Carandəq, Xundab, Mehin, Qalacıq, Qaracaqaya, Qaynarca, Şanin, Şorca, Siçanlı, Suludərə, Toyuqçu, Yamçeşmə Düdəngə-i Süfla dehistanı KƏNDLƏRİ: Ərunqaş / Ürünqaş, Azaddeh, Badamək, Çuzah, Günbədək, Həsənabad-i Sadat, Hisar, Hüseynabad, Nühəb, Qala-i Şühədad, Qaraqurtan, Qırmızabad, Sadıqabad, Səkkiznab, Sac, Şabanək, Şakin, Şizar, Vərəkərud == İstinadlar == "Census of the Islamic Republic of Iran, 1385 (2006)" (Excel). Archived from the original Arxivləşdirilib 2011-11-14 at the Wayback Machine on 2010-11-16.
Talıstan
Talıstan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 4 km şimal-şərqdə Girdimançayın sağ sahilindən 10 km aralı, Acınohur ön dağlığı yamacındadır. Şimaldan Cavanşir qalası, qərbdən Cülyan kəndi, şərqdən Diyallı kəndi ilə əhatə olunub və dağətəyi ərazidə yerləşir. == Əhalisi == 1859-1864-cü il olan məlumata əsasən Talıstan kəndində 83 evdə 225 nəfəri kişilər, 117 nəfəri isə qadınlar olmaqla 342 nəfər müsəlman Azərbaycanlılar yaşayırdı. Əhalisi 2556 nəfərdir ki onunda 1295 nəfəri kişi, 1261 nəfəri qadındır.
Takistan şəhristanının mərkəzi bəxşi
Takistan şəhristanının mərkəzi bəxşi (fars. بخش مرکزی شهرستان تاکستان‎) — İranın Qəzvin ostanının Takistan şəhristanına daxil olan bəxş.
Talıstan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəbistan
Dəbistan (jurnal)
Elbistan
Əlbistan - Qəhrəmanmaraş eline bağlı ən böyük ilçədir. Aralıq dənizi, İç Anadolu və Şərqi Anadolu bölgələrinin kəsişdiyi nöqtədə yerləşir. Elçə sınır-sərhədləri Şərqi Anadolu bölgəsinin Yuxarı Fərat bölümündə olub 2547 km² yüz ölçümünə sahibdir. Təxminən 37 şərqi meridiani – 38 şimal paraleli arasında olan Əlbistanın şimalında Darəndə və Gürün ilçələri, cənubunda Nurhak və Ekinözü, şərqində Malatya ili, Doğanşehir ve Ağçadağ ilçələri, qərbində isə Afşin və Göksun ilçələri var. == Tarixi == Əlbistan şəhəri Zülqədəroğulları bəyliyinin paytaxtı olub.
Pakistan
Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 900.125 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Tuyistan
Tuyistan (fars. طويستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (56 ailə).
Şabestan
Şabestan (fr. Chabestan, oks. Chabestan) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Veyn kantonuna daxildir. INSEE kodu — 05028. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 51 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.0%). Fəal 51 nəfərdən 49 nəfər (23 kişi və 26 qadın) çalışdı, 2 kişi işsizdi.
Əlbistan
Əlbistan - Qəhrəmanmaraş eline bağlı ən böyük ilçədir. Aralıq dənizi, İç Anadolu və Şərqi Anadolu bölgələrinin kəsişdiyi nöqtədə yerləşir. Elçə sınır-sərhədləri Şərqi Anadolu bölgəsinin Yuxarı Fərat bölümündə olub 2547 km² yüz ölçümünə sahibdir. Təxminən 37 şərqi meridiani – 38 şimal paraleli arasında olan Əlbistanın şimalında Darəndə və Gürün ilçələri, cənubunda Nurhak və Ekinözü, şərqində Malatya ili, Doğanşehir ve Ağçadağ ilçələri, qərbində isə Afşin və Göksun ilçələri var. == Tarixi == Əlbistan şəhəri Zülqədəroğulları bəyliyinin paytaxtı olub.
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).
Bəlucistan (Pakistan)
Bəlucistan — Bəlucların yaşadığı ərazi == Coğrafi mövqe == == Tarix == Bəlucistan xanlığı 1758-1795-ci illərdə mövcud olmuşdur.
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. == Haqqında məlumat == "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır. "Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: == Əməkdaşlar == Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər. Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. == Jurnalda əks olunan mövzular == "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu.
Heydərabad (Pakistan)
Heydərabad—Pakistanın Sind əyalətində, Heydərabad rayonun inzibati-mərkəzi olan şəhər. Sindin 2-ci (Kəraçidən sonra), Pakistanın 8-ci böyük şəhəridir. Qulam Şah Kalxoronun buradakı məqbərəsinə görə tanınır və məqbərə Pakistanın turistik yerlərindən biridir. Şəhər Həmçinin Kəraçinin Britaniya Racının paytaxtı olmasından əvvəl Müstəmləkənin inzibati-mərkəzi idi. Əhalisi təxminən 2.199.433 nəfərdir.. Şəhərin digər adı "Şir Şəhəri"dir.
Laristan şəhristanı
Laristan şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 183,887 nəfər və 40,837 ailədən ibarət idi.
Pakistan Prezidenti
Pakistan Prezidenti — Vəzifəni 9 sentyabr 2018-ci ildən Pakistan Islam Respublikasının 13-cü prezidenti Arif Alvi icra edir. == Siyasi == 1947-ci ildən 1956-cı ilə qədər Pakistanın Baş Qubernatoru fəaliyyət göstərdi: Kral VI Corc (1952-ci ilə qədər) və Kraliça II Yelizaveta (1952-ci ildən). İlk Konstitusiyanın elan edilməsi ilə Pakistan 1956-cı ildə İslam respublikasına çevrildi və Baş Qubernator prezidentliklə əvəz olundu. Mövcud general-qubernator İskəndər Mirzə Pakistanın ilk prezidenti oldu. 1958-ci ildə ilk Konstitusiyanı dayandırdığını və Ordu Baş Komandanı Ayub Xanı ilk baş döyüş vəziyyətinin idarəçisi təyin etdiyini bildirdi. Xan sonradan prezident olmaq üçün Mirzəni işdən azad etdi. İskəndər Mirzə 1956-cı ildə Pakistanın 1-ci prezidenti oldu. Prezident Əyyub Xanın təqdim etdiyi ikinci Konstitusiya, ölkəni birbaşa seçkilər olmadan prezident respublikasına çevirdi. Daxili və beynəlxalq təzyiqlərə tab gətirmədən, Xan 1965-ci ildə ümummilli prezident seçkisini keçirdi. Xan ikinci müddətə rəqibi Fatimə Cinnaya qarşı uğurla kampaniya apardı, lakin bəziləri seçkilərin Xanın lehinə qurulduğunu iddia etdi.
Pakistan Talibanı
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Pakistan bayrağı
Pakistan bayrağı(urdu پرچم پاکستان / Pârĉami Pakistân), həmçinin Milli bayraq (urdu قومی پرچم/ Qaumī Pârĉam) kimi tanınan — Pakistanın Dövlət bayrağı. Pakistan İslam Respublikasının rəsmi dövlət rəmzlərindən biridir. == Bayrağın tarixi == Bayraq 1906-cı ildə Hindistanda müsəlmanların siyasi hüquqlarını təmsil etmək üçün qurulan Bütün Hindistan Müsəlman Liqası adlı siyasi təşkilata əsasən yaradıldı. Bayrağın yaradıcısı vəkil, Pakistan hərəkatının lideri Seyid Əmir-uddin Kedvaidir. Bayraq, ölkə ingilislərin hakimiyyəti altında olduğu zaman Hindistan yarımqitəsinin müstəqil dövlətə - Pakistan və Hindistan kimi iki müstəqil dövlətə bölündükdən sonra 14 avqust 1947-ci ildə qəbu edildi. Bu bayraq 1956-cı ildə Pakistanın ilk konstitusiya və dövlətin Pakistan İslam Respublikası olmasına qədər dəyişməz qaldı. == Bayrağın təsviri == Pakistan bayrağı tünd yaşıl fonda yerləşdirilmiş ağ aypara və 5 guşəli ulduzdan və bayrağın sol hissəsində bayrağın 1/4 hissəsini əhatə edən ağ şaquli zolaqdan ibarətdir. Yaşıl ənənəvi bir İslam rəngidir. Aypara və ulduz İslamın simvollarıdır. Ağ zolaq Pakistandakı qeyri-müsəlman, azlıq dini qruplarını təmsil edir.
Pakistan coğrafiyası
Pakistan coğrafiyası (urdu جغرافیۂ پاکِستان) cənubda Ərəb dənizinin sahillərindən şimalda Qaraqorum dağlarına qədər müxtəlif təbii zonaları əhatə edir. Pakistan geoloji olaraq həm Hindistan, həm də Avrasiya tektonik platformasında yerləşir. Bu iki platformanın toqquşma zonasında yerləşən Gilgit-Baltistan və Azad Kəşmir bölgələrində tez-tez dağıdıcı zəlzələlər baş verir. Pakistan şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin dövlətləri ilə həmsərhəddir. Ölkə geosiyasi baxımdan olduqca mürəkkəb, tez-tez hərbi toqquşmaların baş verdiyi regionda yerləşir. Regionda baş verən bu cür münaqişələrə Hindistanla Pakistan arasında Kəşmir və Əfqanıstanla Pakistan arasında Durand xətti kimi mübahisəli əraziləri misal göstərmək olar. Pakistanın qərb sərhədləri istiqamətində yerləşən Heybər keçidi və Bolan keçidi kimi ərazilər Mərkəzi Asiya ilə Cənubi Asiya regionları arasında mühüm miqrasiya marşrutları hesab olunur. == Beynəlxalq sərhədləri == Pakistan qurudan dörd ölkə ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu 6,774 km təşkil edir. Əfqanıstanla olan sərhəd Hinduquş, Pamir dağları və mübahisəli ərazi olan Durand xətti boyunca uzanır.
Pakistan dominionu
Pakistan dominionu (urdu مملکتِ پاکستان, benq. পাকিস্তান অধিরাজ্য) — 1947-ci ildə Cənubi Asiyada Hindistanın parçalanması ilə yaranmış iki müstəqil federal dominiondan biri (digər isə Hindistan dominionu). Dominiona hal-hazırda Pakistan və Banqladeşin böyük hissəsi daxil idi. Bu dominion keçmiş Britaniya Hindistanı tərəfindən müsəlmanların ölkəsi kimi iki millətin nəzəriyyəsi ilə düşünülüb. == İstinadlar == == Əlavə oxu == Chester, Lucy P. (2009) Borders and Conflict in South Asia: The Radcliffe Boundary Commission and the Partition of Punjab. Arxivləşdirilib 2016-05-09 at Archive.today Manchester: Manchester University Press.
Pakistan gerbi
Pakistan İslam Respublikasının Dövlət Gerbi Pakistanın ideoloji, iqtisadi, mədəni irsinin və rəhbər prinsiplərinin əsasında 1954-cü ildə qəbul olunmuşdur. Bu emblemdə dörd əsas komponent olan pambıq, cüt, çay, buğda, onun üst hissəsində aypara və ulduz, aşağı hissəsində isə urdu dilində "İman, vəhdət, intizam" yazısı əks olunmuşdur. Gerbin üzərində olan aypara və yaşıl rəng İslamı simvolizə edir. Burada əks olunmuş dörd əsas komponent (pambıq, çay, cüt və buğda) ölkənin iqtisadiyyatının əsasını təşkil edir. İki ağ jasmin budağı isə ənənəvi Moğol mədəniyyətini və Pakistanın mədəni irsini əks etdirir. == Pakistanın digər dövlət emblemləri == === Dövlət təşkilatlarının emblemləri === === Regional emblemlər === Azad Cammu və Kəşmir bölgəsinin emblemi üzərində aypara, ulduz, dağlar və ağcaqayın yarpağı şəkli əks olunmuşdur.
Pakistan himni
"Qəumi Təranəh", (urdu قومی ترانہ; Xalq mahnısı, Dövlət Himni), həm də "Pak Sərzəmin" ("Təmiz Yurd") adıyla, Pakistanın dövlət himnidir. Himnin musiqisi Əhməd Qulaməli Çaqla, sözləri isə Əbüləsər Həfiz Cullundhri tərəfindən yaradılıb. == Mətni == == Qaynaqlar == Forty National Anthems,Michael Jamieson Bristow, National-Anthems.org,accessdate=2006-04-12 == Xarici keçidlər == Ministry of Information and Broadcasting, Government of Pakistan. "National Anthem". 2007-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-09.
Quercus lasistan
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Qərbi Pakistan
Qərbi Pakistan (urdu مغربی پاکستان‎, benq. পশ্চিম পাকিস্তান) — 1947-ci ildə Hindistanın parçalanmasının ardından müasir Pakistan dövlətinin formalaşmasında rolu olan yaradılmış iki eksklavdan biri. 1947-ci ildə Britaniyadan müstəqilliyini əldə edəndən sonra Pakistan dövləti fiziki cəhətdən Hindistan Respublikası tərəfindən bir-birindən ayrılmış qərb və şərq qanadları olan iki eksklava ayrılmışdı.
Dağıstan
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
Narıstan
Narıstan (az-əbcəd. نارێستان‎, fars. انارستان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 131 nəfər yaşayır (40 ailə).
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Andreevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Andreyevka (Dağıstan)
Andreyevka – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Andreevka kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 326 nəfərdir (2010). Milli tərkibi: azərbaycanlılar, dargilər, tabasaranlılar. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər.
Bağıstan (Urmiya)
Bağıstan (fars. باغستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (82 ailə).
Dağıstan kərtənkələsi
Dağıstan kərtənkələsi (lat. Darevskia daghestanica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 65–70 mm, quyruğu isə iki uzundur. Yuxarı hissəsinin rəngi yaşıl, qəhvəyi və ya boz-küll olur. Əsasən Dağıstanın alp qurşağında, qayalıqlar üzərində, nəm daxili dağlıq və Yüksək dağlıq ərazilərində rast gəlinir. Günlük fəal həyat sürürlər. Sentyabr-oktyabr aylarından başlanan qişlama dövrü aprel ayına qədər çəkir. Əsasən bunlarla qidalanırlar: İkiqanadlılar, Kəpənəklər, Zərqanadlılar, Sərtqanadlılar, Düzqanadlılar və Hörümçəklər. == Klassifikasiya == Əvvəllər bu növ Qafqaz kərtənkələsinin bir yarımnövu(Darevskia caucasica) kimi qəbul edilirdi. Sonradan növ olması təstiqlənmiş və Darevskia caucasica daghestanica adı verilmişdir.
Dağıstan memarlığı
Dağıstan memarlığı—Dağıstan incəsənətinə məxsus bir sahə. == Ümumi məlumat == Erkən orta əsrlərdən hunların Varaçan şəhərinin (İzberbaş ş. yaxınlığında Urtseki şəhərciyi: müdafiə divarları, hamamlar, bütpərəst məbədləri), xəzərlərin paytaxtı Səməndərin (Tarki k. yaxınlığında) xarabalıqları saxlanılmışdır. Cənub-şərqi Avropadan Ön Asiyaya əsas karvan yolunun – Xəzəryanı keçidin önündəki böyük Dərbənd müdafiə sisteminin daş divarları və qalaları (uzunluğu 40 km-dən çox) VI əsrə aiddir. Şərq ölkələri ilə əlaqələrin olması Dərbənd memarlığına təsir göstərmişdir: VI əsrin müdafiə tikiliəri Sasanilər dövrü İranı ilə, VIII–XIX əsrlərin memarlığı ərəb-müsəlman mədəniyyəti (Cümə məscidi) ilə, XIV–XV əsrlərin memarlığı Şirvan ilə bağlı olmuşdur. Yuxarı Çirkey şəhər yerindəki (xəzərlərin Bələncər ş.) və Dərbənddəki kilsə xarabalıqları (hamısı VI–VIII əsrlər) Qafqaz Albaniyasından keçən xristianlığın erkən təzahürləridir. Dağıstanın dağlıq rayonlarında kobud yonulmuş daşlardan inşa edilmiş çoxlu müdafiə tikililəri saxlanılmışdır: müxtəlif təyinatlı dairəvi və kvadrat qüllələr (Xorecaulunda gözətçi qülləsi). XVI–XVII əsrlərə aid qalalar Dağıstandanda çox rast gəlinir (Xuçni, Axtı,Kumux, Xarba-Quran aullarında). Əsrlər boyunca Dağıstanda, əsasən, xalq memarlığı inkişaf etmişdir.
Dağıstan rusları
Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. == Tarixi == Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır.
Dağıstan sürvəsi
Dağıstan sürvəsi (lat. Salvia canescens) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Dağıstan teatrı
1910–20-ci illərdə Dağıstanın ayrı-ayrı kəndlərində həvəskar dram dərnəkləri yaranmış və sonralar onların əsasında peşəkar teatrlar formalaşmışdır. Mahaçqalada M. Qorki adına Respublika Rus Dram Teatrı (1925), Qumuq Musiqili Dram Teatrı (1930, 1955 ildən A.P. Salavatov ad.), Lak Musiqili Dram Teatrı (1935, 1952 ildən Ə. Kapiyev ad.), Avar Musiqili Dram Teatrı (əsası 1935-ci ildə Xunzax k.-ndə qoyulmuşdur, 1951-ci ildən H. Sadasa ad.), Kukla teatrı (1941), Opera və balet teatrı (1999), Dərbənddə Azərbaycan Dram Teatrı (1930), S. Stalski ad. Ləzgi Musiqili Dram Teatrı (1938), Tatteatrı (1962); İzberbaşda O. Batıray ad. Dargin Musiqili Dram Teatrı (1961). Tabasaran dram teatrı (2001) fəaliyyət göstərir. Dağıstanın müxtəlif illərin teatr sənəti xadimləri arasında A.A. Maqayev, Z.N. Nəbiyeva, M.A. Abdulxalıqov, P.X. Xizroyeva, B.M. İnusilov, N.M. İbrahimov, N.M. Əliyev, Q.İ. İsayev və b. var. 1935-ci ildə Sovkralak aulunun sakinləri A. Abakarov, Y. Hacıqurbanov, M. Zakirbəyov və S. Qurbanov Mahaçqala da kəndirbazlar sənətinin özünəməxsus ənənələrini inkişaf etdirən “4 Sovkra” peşəkar kollektivini yaratmışlar. 1947-ci ildən kollektiv iki müstəqil qrupa (“Dağıstan kəndirbazları” və “Sovkra”) bölünmüşdür. 1984-cü ildə Mahaçqalada Dağıstan teatrlar tarixi muzeyi açılmışdır.