Pakistan bayrağı

Pakistan bayrağı(urdu پرچم پاکستان / Pârĉami Pakistân), həmçinin Milli bayraq (urdu قومی پرچم/ Qaumī Pârĉam) kimi tanınan — Pakistanın Dövlət bayrağı. Pakistan İslam Respublikasının rəsmi dövlət rəmzlərindən biridir.

Pakistan bayrağı
Təfərrüatlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayrağın tarixi

[redaktə | mənbəni redaktə et]

Bayraq 1906-cı ildə Hindistanda müsəlmanların siyasi hüquqlarını təmsil etmək üçün qurulan Bütün Hindistan Müsəlman Liqası adlı siyasi təşkilata əsasən yaradıldı. Bayrağın yaradıcısı vəkil, Pakistan hərəkatının lideri Seyid Əmir-uddin Kedvaidir. Bayraq, ölkə ingilislərin hakimiyyəti altında olduğu zaman Hindistan yarımqitəsinin müstəqil dövlətə - Pakistan və Hindistan kimi iki müstəqil dövlətə bölündükdən sonra 14 avqust 1947-ci ildə qəbu edildi. Bu bayraq 1956-cı ildə Pakistanın ilk konstitusiya və dövlətin Pakistan İslam Respublikası olmasına qədər dəyişməz qaldı.

Bayrağın təsviri

[redaktə | mənbəni redaktə et]
Bayrağın dizayn diaqramı
Bayrağın dizayn diaqramı

Pakistan bayrağı tünd yaşıl fonda yerləşdirilmiş ağ aypara və 5 guşəli ulduzdan və bayrağın sol hissəsində bayrağın 1/4 hissəsini əhatə edən ağ şaquli zolaqdan ibarətdir. Yaşıl ənənəvi bir İslam rəngidir. Aypara və ulduz İslamın simvollarıdır. Ağ zolaq Pakistandakı qeyri-müsəlman, azlıq dini qruplarını təmsil edir. Müasir mənada yaşıl rifahı, ağ rəng sülhü, ağ aypara tərəqqisini, beş guşəli ağ ulduz isə gələcəyi və aydınlığı simvolizə edir.[1]

Texniki göstəricilərə görə, ağ şaquli zolaqlı, yaşıl hissənin mərkəzində ağ aypara və beş guşəli ulduz olan, uzunluğu [A] və eni [B] 3:2 nisbətində tünd yaşıl düzbucaqlı bayraq. Ağ hissənin eni [C], bayraq uzunluğunun [A] dörddə birinə, yaşıl hissə qalan dörddə üç hissəsinə [D] bərabərdir. Yuxarı sağ küncdən yaşıl hissənin aşağı sol küncünə qədər L3 diaqonalını çəkilib. P1 yaşıl hissənin mərkəzində, P2 isə L3 diaqonalının və bayraq hündürlüyünün 13/20-ə bərabər yuxarı sağ küncdən əmələ gələn C4 qövsünün kəsişməsində yerləşir. Mərkəzi P1 nöqtəsi olan və 3/10 radiusu birinci C1 dairəsini, mərkəzi P2 nöqtəsi olan və 11/40 radiusu ikinci C2 dairəsini təsvir edir. Bu iki dairənin yaratdığı çəpərlər Aypara yaradır. Beşguşəli ağ ulduzunun ölçüləri, L3 diaqonalı üzərində P2 və P3 arasında yerləşmişdir və bayrağın hündürlüyü 1/10 radiusu olan bir C3 dairəsi çəkilərək təyin olunur.

Pakistan müxtəlif hallarda bayraqların ölçülərini təqdim edirː

Mərasimlərdə: 24′ × 16′, 21′ × 14′, 18′ × 12′, 11′ × 6 23′ və ya 9′ × 6 14′.

Binalar üzərində istifadə üçün: 6′ × 4′ və ya 3′ × 2′.

Avtomobillər üçün: 24″ × 16″.

Masalar üçün: 10 14″ × 8 14″.

Green White
RGB 0/64/26 255/255/255
Onaltılıq say sistemi #00401A #FFFFFF
CMYK 100/0/60/75 0/0/0/0

Dövlət məmurları tərəfindən istifadəsi

[redaktə | mənbəni redaktə et]

Dövlət bayrağının istifadəsi 2002-ci ildə Baş nazir Zəfərullah Xan Camali tərəfindən tətbiq olunan Pakistan Bayrağı Qaydaları ilə tənzimlənir.

Ofis Rəsmi iqamətgahda bayraq Nəqliyyat vasitələrində bayraq
Pakistan Prezidenti[2] ✅Y ✅Y
Pakistan Baş naziri[2] ✅Y ✅Y
Pakistan Senatının Sədri ✅Y ✅Y
Pakistan Milli Məclisinin sədri ✅Y ✅Y
Pakistanın baş hakimi ✅Y ✅Y
Federal Şəriət Məhkəməsinin Baş hakimi ✅Y ✅Y
Pakistanın Əyalət qubernatorları ✅Y ✅Y
Federal nazirlər (federal nazirlərin imtiyazlarına malik olan vəzifəli şəxslər) ✅Y ✅Y
Əyalətlərin baş nazirləri ✅Y ✅Y
Əyalət nazirləri ✅Y ✅Y
Pakistanın inzibati ərazi vahidləri ✅Y ✅Y
Senat sədrinin müavini ✅Y
Milli Məclisin vitse-spikeri ✅Y
Əyalət Məclislərinin spikerləri ✅Y
Ali Məhkəmələrin baş hakimləri ✅Y
Pakistanın səfirləri və Ali Komissarları ✅Y ✅Y
Şöbə komissarları, Komissar müavinləri və siyasi agentlər ✅Y

Milli bayraq protokolları

[redaktə | mənbəni redaktə et]
  • Başqa heç bir bayraq və ya rəng daha yüksəkdə dalğalanmamalıdır.
  • Digər milli bayraqlarla yanaşı göstərildikdə və ya asıldıqda, milli bayraq asılmalı və ya digər milli bayraqlar ilə eyni hündürlükdə göstərilərək, dalğalandırılmalı heç vaxt aşağı endirilməməlidir.
  • İki bayraq və ya rəng varsa, dövlət bayrağı sağ tərəfdən dalğalanmalıdır. Bayraqların sayı ikidən çox olduqda, milli bayraq mərkəzdə yerləşdirilməlidir və bayraqların sayı bərabər olduqda mərkəzin ilk sağ tərəfində qaldırılmalıdır.
  • Əyalət, hərbi və ya korporativ bayraqların yanında asılarkən milli bayraq daha yüksəkdə olmalıdır.
  • Bir dirəyə bağlandıqda, yalnız sol tərəfdən bağlanmalıdır (ağ çubuğun başında) bağlanmalı və heç bir maneə olmadan sərbəst dalğalanmaq üçün buraxılmalıdır.
  • Yürüş zamanı dövlət bayrağı mərkəzdə və ya yürüşün sağ tərəfində, yürüş quruluşunda olmalıdır.
  • Torpaq, ayaqqabı və ya digər çirkli maddələrə toxundurmaq olmaz.
  • Heç vaxt qaranlıqda dalğalandırmaq olmaz.
  • Sübh vaxtı qaldırılmalı və qaranlıqda endirilməlidir (bayrağın əsla endirilmədiyi yeganə rəsmi bina olan Pakistan Parlamenti xaricində). Gecələr Pakistan Parlamenti üzərində süni işıqlarla dalğalandırılır.
  • Qalxma və ya enmə zamanı: (i) bütün formalı heyət tərəfindən salamlanmalı, (ii) digərləri isə təvazökarlıqla dayanmalıdırlar.
  • Təntənəli şəkildə qaldırılmalı və ya endirilməlidir.
  • Üfüqi görünüşdə ağ zolaq həmişə solda, yaşıl sahə isə sağda olmalıdır.
  • Şaquli şəkildə göstərildiyi zaman ağ zolaq həmişə yuxarıda, yaşıl sahə isə aşağıda olmalıdır.
  • Çirklənmə ehtimalı olduğu yerlərdə göstərilməməlidir.
  • Yandırılmamalı və ya tapdanmamalıdır.
  • Bayraq torpağa basdırılmamalı və ya qəbirə endirilməməlidir (bayraqlı tabut basdırılarkən Dövlət Bayrağı tabutdan ayrılmalı və dəfndən sonra qəbrin üstündə tutulmalıdır).

2017-ci il 14 avqust tarixində Bəlucistan əyalətinin mərkəzi Kvettada Pakistan bayrağı 2 mil uzunluğunda qaldırıldı.

  1. "Pakistan Bayrağının Anlamı". www.bayrak.com.tr. 16 avqust 2019. Archived from the original on 2023-08-08.
  2. 1 2 Note:- The President and the Prime Minister may fly a personal flag in addition to the National Flag.