Dağıstan rusları

Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci[1] və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar[2].

Dağıstan rusları
Dili

Rus dili

Tarixi[redaktə | mənbəni redaktə et]

Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı[3]. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır. Bu zaman Mahaçqalada rusların payı 60% -ə, Kaspiyskdə 65,5% -ə çatır. Bununla birlikdə, işçi və təhsil bazarlarında rəqabətin güclənməsinə paralel olaraq aşağı təbii artım, eləcə də dağ xalqlarının artan şəhərləşməsi, 1960-cı illərin sonlarından etibarən rus əhalisinin miqrasiya axınının artmasına və həm payının, həm də sayının sürətlə azalmasına səbəb olur. 21-ci əsrin əvvəllərində (2002-ci il siyahıyaalmasına görə) yalnız Qızılyar şəhərində (% 54) və ona tabe olan Komsomolski qəsəbəsində (81 %) ruslar əhalinin yarısından çoxunu təşkil etməyə davam edirlər. Mahaçqala və Kaspiysk şəhərlərində onların payı 17-18%-ə düşür. Dubki (% 16) və Sulak (% 12) kəndlərində onların sayları nəzərə çarpan qədər idi. Lakin sonradan saylarında tədricən azalma baş verdi. Rus və Terek kazaklarının Kizlyar şəhərindəki payı 1959-cu ildəki 83.0 %-dən (37 786 vətəndaşdan 31 350 nəfəir) 2010-cu ildə 40.49 %-ə (48 984 vətəndaşdan 19 835 nəfəri) qədər azalır. 2010-cu il əhalinin siyahıya alınmasına görə təkcə Komsomolskidə ruslar əhalinin yarısından çoxunu (50.9%) təşkil edirdi.

Sayı və yaılması[redaktə | mənbəni redaktə et]

Rayonlara görə[redaktə | mənbəni redaktə et]

Əhalinin siyahıya alınmasına görə 2010-cu il üçün rusların rayonlara görə payı[4]:

Rayon adları % ruslar
Qızılyar 41,0 %
Tarumovka rayonu 19,5 %
Qızılyar rayonu 12,3 %
Kaspiysk 9,0 %
Buynaksk 7,0 %
Mahaçqala 5,4 %
Yujno-Suxokumsk 4,1 %
İzberbaş 3,7 %
Dərbənd 3,7 %
Botlix rayonu 3,1 %
Qızılyurd 3,5 %
Xasavyurd 2,2 %
Dagestanskiye Oqni 1,0 %
Noqay rayonu 1,0 %

İllərə görə[redaktə | mənbəni redaktə et]

Qiymətləndirmə ili

(siyahıya alınma)

rus əhalisi

(nəf.)

Dağıstan əhalisinə olan nisbəti
1886[5] 5 421 0,9 %
1897[6] 13 111 2,3 %
1926[7] 87 176 11,3 %
1939[8] 195 321 19,1 %
1959[9] 213 754 20,1 %
1970[10] 209 570 14,7 %
1979[11] 189 474 11,6 %
1989[12] 165 940 9,2 %
2002[13] 120 875 4,8 %
2010[14] 104 020 3,6 %


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dağıstan rusları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine BBC 2010
  2. "Всероссийская перепись населения 2010 г. Население по национальности, полу и субъектам Российской Федерации". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  3. "Russkie.org — Русское население Дагестана — Русское зарубежье, российские соотечественники, русские за границей, русские за рубежом, соотечественники, русскоязычное население, …". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  4. "Русские в Дагестане". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  5. "ДАГЕСТАНСКАЯ ОБЛАСТЬ (1886 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  6. "ДАГЕСТАНСКАЯ ОБЛАСТЬ (1897 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  7. "ДАГЕСТАНСКАЯ АССР (1926 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  8. "ТЕРРИТОРИЯ СОВРЕМЕННОГО ДАГЕСТАНА (1939 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  9. "ДАГЕСТАНСКАЯ АССР (1959 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  10. "ДАГЕСТАНСКАЯ АССР (1970 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  11. "ДАГЕСТАНСКАЯ АССР (1979 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  12. "ДАГЕСТАНСКАЯ АССР (1989 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  13. "РЕСПУБЛИКА ДАГЕСТАН (2002 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  14. "РЕСПУБЛИКА ДАГЕСТАН (2010 г.)". www.ethno-kavkaz.narod.ru. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.