Dağıstan memarlığı

Narın-Qala.Dərbənd

Dağıstan memarlığıDağıstan incəsənətinə məxsus bir sahə.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Erkən orta əsrlərdən hunların Varaçan şəhərinin (İzberbaş ş. yaxınlığında Urtseki şəhərciyi: müdafiə divarları, hamamlar, bütpərəst məbədləri), xəzərlərin paytaxtı Səməndərin (Tarki k. yaxınlığında) xarabalıqları saxlanılmışdır. Cənub-şərqi Avropadan Ön Asiyaya əsas karvan yolunun – Xəzəryanı keçidin önündəki böyük Dərbənd müdafiə sisteminin daş divarları və qalaları (uzunluğu 40 km-dən çox) VI əsrə aiddir. Şərq ölkələri ilə əlaqələrin olması Dərbənd memarlığına təsir göstərmişdir: VI əsrin müdafiə tikiliəri Sasanilər dövrü İranı ilə, VIII–XIX əsrlərin memarlığı ərəb-müsəlman mədəniyyəti (Cümə məscidi) ilə, XIV–XV əsrlərin memarlığı Şirvan ilə bağlı olmuşdur.

Yuxarı Çirkey şəhər yerindəki (xəzərlərin Bələncər ş.) və Dərbənddəki kilsə xarabalıqları (hamısı VI–VIII əsrlər) Qafqaz Albaniyasından keçən xristianlığın erkən təzahürləridir. Dağıstanın dağlıq rayonlarında kobud yonulmuş daşlardan inşa edilmiş çoxlu müdafiə tikililəri saxlanılmışdır: müxtəlif təyinatlı dairəvi və kvadrat qüllələr (Xorecaulunda gözətçi qülləsi). XVI–XVII əsrlərə aid qalalar Dağıstandanda çox rast gəlinir (Xuçni, Axtı,Kumux, Xarba-Quran aullarında).

Əsrlər boyunca Dağıstanda, əsasən, xalq memarlığı inkişaf etmişdir. Belə ki, çox saylı xalqların (və ya xalqlar qrupu) hər birinin özünəməxsus xüsusiyyətləri olmuşdur. Aul məskənləri, adətən, çətinliklə gedilə bilən sahələrdə salınırdı; dağ aullarında terrasşəkilli möhkəm tikili kompozisiyaları vahid pilləli qurğunu xatırladır (Kubaçi, Çox). Düzbucaq planlı, yastı damlı 18–19 əsrlərə aid yaşayış evləri (dağlıq və dağətəyi r-nlarda daşdan, Dənizyanı ovalığın cənub hissəsində çiy kərpicdən) saxlanılmışdır. Köhnə evlərdə əsas diqqət interyerin tərtibatına verilirdi (buxarının yapma və daş bəzəkləri, fiqurlu ağac sütunlar və s.); XIX–XX əsrlərdə fasadın dekoru böyük rol oynayırdı (tağşəkilli piştağ, fiqurlu daş və ağac detallar, qapı və pəncərələrin oyma naxışlı çərçivələri). Aullardakı məscidlər (Qalaqureyş, Qarakürə, Riça, hamısı XI–XIII əsrlər; Saxur, Kumux, XIV əsr), adətən, düzbücaq plan lı, interyerdəki oyma ağac dayaqlara söykənən yastı damlı daş tikililərdir; əsas fasadın qarşısında qalereya var. Minarələr dairəvi (Riça, Mişleş aulları, hər ikisi XIII əsr) və ya kvadrat planlıdır (Şinaz, Rutul k.-lərində).[1]

Mənbə [redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Dağıstan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Архитектура Республики Дагестан". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]