Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. == Memarlıq == Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Şaftalı mənənəsi
Şaftalı mənənəsi (lat. Myzodes persicae Sulz.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında və budaqların aşağı səthlərində çoxlu sayda topalarla yaşayırlar. == Həyat tərzi == Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə havanın orta günlük temperaturu 15-16o C olduqda başa çatır. Onların yaşlı fərdlər mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək olur.
Şaftalı povidlosu
Şaftalı yastıcası
Tafta (parça)
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Qırmızı baftalı söyüd sovkası
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Tatami daşları
Tatami daşları (畳石, Tatami-ishi) – Yaponiyanın Okinava prefekturasının Kumecima şəhəri yaxınlığında yerləşən təbiət abidəsi. Kume adasının cənub-şərqindəki kiçik O adasının cənub sahilində, Kumecima Prefektural Təbiət Parkında yerləşir. Təbiət abidəsi bir-birindən nazik sərhədlərlə ayrılmış pentaqonal və heksaqonal qayalardan ibarətdir. Hər qayanın diametri 1–1,5 metrdir. Qayalar şimaldan cənuba 50 metr boyunca, qərbdən şərqə isə 250 metr uzunluğunda uzanır. Miosen dövründə andezitik lavanın soyuyaraq sütunvari yığılmasından əmələ gəlmişdir. Abidə tatami otaqlarına bənzədiyi üçün belə adlandırılıb. Bəzən isə tısbağa qınındakı kiçik sipərlərə bənzədilir. 1967-ci ildə Ryukyu hökuməti tərəfindən Milli Abidə kimi təsdiqlənmişdir. 1971-ci ildə imzalanan Okinava Reverziya Müqaviləsindən sonra Prefektural Mədəni Abidə statusu almışır.
Məhəmməd Hüseyn Tantavi
Məhəmməd Hüseyn Təntavi (ərəb. محمد حسين طنطاوى سليمان‎; 31 oktyabr 1935, Qahirə – 21 sentyabr 2021, Qahirə) — Misir feldmarşalı, Misir müdafiə naziri; Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri. 11 fevral 2011 -ci ildə Silahlı Qüvvələrin Ali Şurasının sədri, erkən seçkilərə qədər Misir dövlətinin müvəqqəti başçısı oldu. Təntavi orduya 1956-cı ildə qoşullub və üç dəfə İsrailə qarşı aparılan müharibədə iştirak edib. Misirin artıq sabiq prezidenti Hüsnü Mübarək devriləndən sonra ölkəni Silahlı Qüvvələrin Ali Şurası İdarə edir. Bu şuranın rəhbəri isə Misirin müdafiə naziri, general-feldmarşal Məhəmməd Hüseyn Təntavi idi. Məhəmməd Hüseyn Təntavi 1935-ci il oktyabrın 31-də anadan olub. 1956-cı ildən ordudadır. Ərəb-İsrail müharibələrində, o cümlədən Körfəz müharibəsində iştirak edib. 1991-ci ildən müdafiə naziri, Silahlı Qüvvələrin Ali Şurasının sədri olub.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Tatami (yapon zirehi)
Tatami (畳胴具足) və ya tatami gusoku (畳む, "Tatami" - "qatlamaq", "gusoku" - "zireh") — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh. Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi. == Quruluşu == Tatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir. Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir. Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir. Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər. "Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami do və karuta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş, kitabın 91-ci səhifəsində tatami do karuta gane do və kikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatami zirehini göstərmişdir. == Növləri == === Karuta tatami zirehi === [[Karuta (yapon zirehi)|Karuta]] kiçik dördbucaqlı və kvadrat dəmir (bəzən dəri) lövhəciklərdir və arxadan parçaya tikilir.