Naftali Benet (ivr. נַפְתָּלִי בֶּנֶט; 25 mart 1972[1][2], Hayfa[1]) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir.[6]
Naftali Benet | |
---|---|
ivr. נפתלי בנט | |
Vəzifədədir | |
13 iyun 2021-ci ildən | |
Əvvəlki | Benyamin Netanyahu |
12 noyabr 2019 – 17 may 2020 | |
14 may 2015 – 4 iyun 2019 | |
29 aprel 2013 – 2 iyun 2019 | |
18 mart 2013 – 14 may 2015 | |
23 yanvar 2013 – 14 may 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1972[1][2] (52 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | iş adamı, siyasətçi |
Uşağı | 4[4] |
Dini | İudaizm[5] |
Hərbi xidmət | |
Qoşun növü | İsrail Silahlı Qüvvələri |
Döyüşlər |
|
Elmi fəaliyyəti | |
Elm sahəsi | İsrailin dövlət quruluşu |
|
|
naftalibennett.co.il | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi.[7] Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb.[8]
Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.[9] 2012-ci ildə Benet Yəhudi Evinin partiya lideri seçildi. Yəhudi Evinin Benetin rəhbərliyi altında ilk dəfə qatıldığı 2013 Knesset seçkilərində 120 yerdən 12 yer qazandı.
Naftali Bennett 25 mart 1972-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur.
<ref>
teqi; success
adlı istinad üçün mətn göstərilməyib