Qırmızı baftalı söyüd sovkası

Qırmızıbaftalı söyüd sovkası (lat. Catocala electa) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.

Qırmızı baftalı söyüd sovkası
Catocala electa01.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qırmızı baftalı söyüd sovkası
Beynəlxalq elmi adı

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 65-88 mm-dir. Ön qanadları açıq boz, kül rənglidir, qonur pulcuqlarla qarışıqdır, eninə zolaq qaradır, iç tərəfi aydın görünmür, xarici tərəfi isə dişlidir, orta hissəsində "w" hərfinə oxşar naxış böyükdür. Axırıncının uc hissəsi qanadın kənarına qədər uzanır. Dalğalı zolaq aydın açıqdır və çətin görünür. Böyrəkşəkilli naxış qonur olub, ikiqat haşiyə ilə dövrələnmişdir. Arxa qanadlar al qırmızıdır, xarici kənarı və orta sarğısı qaradır, ətraf saçaqları ağdır, ön qanadlarda olduğu kimi dalğavaridir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi və Mərkəzi Avropada, Rusiyanın cənubu və şərqində, Qafqazda, Şərqi Sibirdən Yaponiyaya qədər, Çində, Koreyada. Azərbaycanda isə Böyük Qafqazın dağətəyində və Lənkəran təbii vilayətində yayılmışdır. Kəpənəyi iyul, avqust aylarında uçur.[2]

Sayı[redaktə | mənbəni redaktə et]

Azsaylıdır, Azərbaycanda cəmi 4 kəpənəyi işıqdan tutulmuşdur.[3]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 256;
  3. Ключко З.Ф. Фауна Украiны. Совки. Квадрифiноiдного комплексу, т.16, вип. 6, Киiв: Наукова Думка, 1978, с. 183.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 256;
  3. Ключко З.Ф. Фауна Украiны. Совки. Квадрифiноiдного комплексу, т.16, вип. 6, Киiв: Наукова Думка, 1978, с. 183.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]