Şaftalı yastıcası

Şaftalı yastıcası-(lat. Parthenolecanium persicae F.) — Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinin Yastıcalar fəsiləsinə aid olan növ.

Şaftalı yastıcası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Şaftalı yalançı yastıcasının (Parthenolecanium persicae F.) dişi fərdinin bədəni oval formadadır. Tünd qəhvəyi rəngə malikdir. Cavan dişilərdə bədənin üzərində zolaqlar olur ki, bir müddətdən sonra onlar itir və bədən tamamilə qəhvəyi rəngdə olur. Uzunluğu 3 mm., eni isə 2,5 – 2,7 mm-dir. Uzun nazik ayaqları və uzun bığcıqları vardır. Bığcıqlar adətən səkkiz buğumludur. Bədəninin kənarı isə xırda qıllarla örtülmüşdür. Yastıcanın erkək fərdləri qəhvəyi-qırmızımtıl, baş hissəsi qara rəngdə olub, bığcıqları, ayaqları və ağımtıl qanadları vardır.[1]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat məlumatlarına əsasən, il ərzində iki nəsildə inkişaf edir. Bizim tədqiqatlara əsasən isə Abşeronda bir nəsildə inkişaf edir. Əsasən ikinci yaş sürfə mərhələsində qışlayırlar. Sürfələr aprel ayında tədricən oyanmağa başlayırlar. Yumurtaqoyma may ayının sonunda, sürfələrin çıxması isə iyun ayının ortalarında baş verir. Yumurtaqoyma zamanı dişi fərdlər iriləşirlər, çanağın altı isə yumurta ilə dolu olur. Yumurtalar sarı rəngdədirlər. İnkişaf edən yumurtalar rəngini dəyişərək narıncı-qırmızımtıl rəngə çalır. Yastıca orta hesabla 1500-2000-dək yumurta qoya bilir. Sürfələr yumurtadan çıxdıqdan bir gün sonra yetkin dişi fərd ölür. Erkəklər olduqca az saydadır. Bir dişi fərd 2500-ə qədər yumurta qoyur. Ağaclar, yayın ikinci yarısında birinci yaş sürfələrlə yoluxurlar. Nəticədə yarpaqlar quruyur və saralır. Birinci yaş sürfələr yarpaqların alt tərəfindəki damarların üzərində, yaşlı sürfələr və dişilər isə gövdə və budaqda yaşayırlar. Bir – iki ay ərzində sürfələr inkişaf edərək ikinci yaş mərhələsinə keçirlər. Sürfələrin bədəninin hər iki tərəfində nazik mumabənzər saplar vardır. Payıza qədər ikinci yaş sürfələri yarpaqların üzərində qalırlar. Sonra isə qışlamaq üçün budaqlara keçirlər.[2][3]

Yayılması[redaktə | mənbəni redaktə et]

Şaftalı yalançı yastıcası (Parthenolecanium persicae F.) Rusiya Federasiyasında, Krım vilayətində, Qafqazda, Qazaxıstanda, Saxalində, Türkiyədə, İranda, Hindistanda, Avstraliyada və digər ölkələrdə qeydə alınmışdır. Orta Asiya ölkələrinə isə başqa ölkələrdən introduksiya olunmuşdur. Azərbaycanda Naxçıvan MR, Abşeronda qeydə alınıb.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  • Azərbayvcanın heyvanlar aləmi, Buğumayaqlılar. II cild. Bakı, Elm, 2004

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Koliforniya çanaqlı yastıcası

Tut qalxanlı yastıcası

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Şaftalı yalançı çanaqlı yastıcası - Parthenolecanium persicae F., 1776

Parthenolecanium persicae (peach scale)

European peach scale Parthenolecanium persicae (Fabricius)

Taxonomy - Parthenolecanium persicae (Peach scale)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  2. "Şaftalı yalançı çanaqlı yastıcası - Parthenolecanium persicae F., 1776" (PDF). 2017-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-04.
  3. "NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLAR VƏ ONLARIN ENTOMOFAQLARI" (PDF). 2017-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-04.