Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Cenndi Tartakovski
Cenndi Tartakovski (d. 17 yanvar 1970), ABŞ animatoru, cizgi filmi ssenaristi və rejissorudur. Tartakovski, Rusiyada yaşayan yəhudi ailənin uşağıdır. 7 yaşında olarkən ABŞ-yə köçmüşdülər. Liseyi Çikaqo-da oxumuşdur və sonra Kaliforniyaya gedərək orada Kaliforniya Sənət İnstitutu-nu bitirmişdir. Craig McCracken və Rob Renzetti ilə məktəbdən dostdular. Daha sonra Cartoon Network Amerikada yayımlanan "What A Cartoon" adlı şouda''Deksterın Laboratoriyası''nın təməllərini atdı və iki il sonra 1996-da "Deksterin Laboratoriyası" Cartoon Network-da yayımlandı. Daha sonra 2001-ci ildə "Samuray Cek" adlı cizgi filmi yaratdı və son olaraq da 2003-cü ildə "Ulduz Müharibələri:Klon Müharibələri''-nin ilk seriyasını yaradanlardandır. 2005-ci ildə bu cizgi filminin bitməsindən sonra Rusiyaya geri dönmüşdür. Tartakovski Craig McCrackennin ''Powerpuff Girls'' cizgi filminin bəzi bölümlərində rejissorluq etmişdir.
Nikkolo Tartalya
Nikkolo Tartalya (ing. Niccolò Fontana Tartaglia; təq. 1499, Breşiya, Venesiya Respublikası[…] – 13 dekabr 1557, Venesiya, Venesiya Respublikası[…]) — İtaliyalı alim. kub tənliyin həll üsulunu tapmışdır.
Panthera leo tartarica
Avropa şiri (lat. Panthera leo europaea) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövü.
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir. 1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" N.N.Zeynalov.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir. Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Tartar (mifologiya)
Tartar ya Tartaros (yun. Τάρταρος; lat. Tartarus) qədim yunan mifologiyasında axirətin, və ya yeraltı aləmin ya cəhənnəmin dibi ya alt dibsiz qatı sayılır ki, Aidin aləmi onun üzərində yerləşmişdir. Günahkarlar, tanrılara qarşı çıxanlar burada həbs olunur.↵Bu zülmət dibsizlik yerin qatından, yerin səthindən göyə qədər olan məsafə qədər dərində yerləşmiş: Homerə görə 9 günlük məsafədə yerləşmiş tartar üç qaranlıq ya Ereb qatı və Poseydon tərəfindən çəkilmiş dəmir divar və qapılarla əhatə olunmuşdur. Əfsanəyə görə Xaosdan atılan zindan doqquzuncu gün üfüqü keçərək yerə düşərmiş. Eyni minvalla yerdən aşağı atılan zindan doqquz gün doqquz gecədən sonra zülmət qaranlıq tartara çata bilərmiş. Gündüzlər Niks tartara çəkilər, axşamlar isə yeri bürüyərmiş. Hesioda görə Xaos və Geyadan sonra doğulmuş ya yaranmışdır. Epimenidə görə Niks və Aeradan törənmişdir. Digər bir əfsanəyə görə Efir və Geyanın oğludur.
Tartariya
Tartariya (lat. Tartaria, fr. Tartarie, ing. Tartary, alm. Tartarei‎) və ya Böyük Tartariya (lat. Tartaria Magna) — coğrafi ifadə şəkildə XIII əsrdən XIX əsrədək işlənilən qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə. Tartariya ifadəsinin ən erkən bəlli istifadəsi Navarradan səyahətçi, Tudelalı Benyaminə aiddir. O, Türkistan və tanqutların tərəfində, Moğulistanın şimalında yerləşən Tibetin Tartariya vilayətindən yazırdı. XVIII əsrdən əvvəl Avropada Mancuriya, Sibir və Mərkəzi Asiya haqqında bilgi hüdudlu idi. Bütün bu ərazi sadəcə Tartariya kimi tanınırdı və onun sakinləri tartarlar adlanırdılar.
İvan Tartakovski
İvan Tartakovski Azərbaycanın Gəncə şəhərində anadan olub. Rejissor, operator, ssenarist kimi XX əsrin 20-40-cı illərində Azərbaycan kinosunda 20-dən çox bədii və sənədli filmdə işləmişdir. İvan Tartakovski Gəncədə doğulub. Rejissor və operator kimi Azərbaycan kinosunda 20-dən çox film çəkmişdir. Əsas fəaliyyət illəri 1925-1941-ci illər arasıdır. Rejissor olaraq "Atəşpərəstlər məbədi", "Malyariya", "Yüksək məhsul uğrunda" və s. sənədli filmləri, operator kimi "Müxtəlif sahillərdə", "Balıqçılar", "Hacı Qara", "Qızıl kol", "Lətif" bədii filmlərini çəkmişdir. Eyni zamanda "Müxtəlif sahillərdə", "Altıncı hiss", "Yüksək məhsul uğrunda" filmlərinin ssenarisini yazıb.
Tartak (qrup)
"Tartak" (ukr. Тартак, hərf. 'Taxta-şalban mişarlayan maşın') — hip hop, repkor və alternativ Ukrayna krossover musiqi qrupu. 1996-cı ildə Lutskda təsis edilmişdir. 2019-cu ilin məlumatına görə, qrup 10 albom buraxmışdır. Onlar enerjili bəstələr və mahnı sözləri ərsəyə gətirmək üçün gitara rok, hip hop və rəqs musiqisi üslublarını qarışdırırlar. "Tartak" qrupunun tarixi 1996-cı ildə başlamışdır. Məhz o zaman layihə "Çervona ruta" festivalının seçmə mərhələsində iştirak etmiş və tezliklə qalib gəlmişdir. Festivalda "O-la-la", "Mənə sevgi ver" və "Dəlisov rəqslər" mahnılarını təqdim edən "Tartak" rəqs musiqisi janrında 1-ci mükafatın qalibi olmuşdur. 1997-ci ilin sonunda, o zaman qrupu təşkil edən, daha doğrusu, sadəcə bir duet olan Saşko Polojinski və Vasili Zinkeviç-kiçiyə klaviaturaçı Andrey Blaqun və gitaraçı Andrey "Muxa" Samoylo qoşulmuşdur. 1998-ci ilin əvvəlində "Tartak" qrupunun üzvləri "Çervona ruta-97" festivalının qalibləri kimi bu heyətlə bütün Ukraynada qastrol səfərlərində olmuşdular.
Taraskonlu Tartaren
Taraskonlu Tartaren (fr. Tartarin de Tarascon) — XIX əsr fransız yazıçısı Alfons Dodenin romanlar silsiləsi. Baş qəhrəman provanslı Tartarendir, hadisələr Fransanın cənubundakı Taraskon şəhərində, eləcə də romanlardakı personajların səyahət etdiyi yerlərdə cərəyan edir. Trilogiya “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri” romanlarından ibarətdir (fr. Aventures prodigieuses de Tartarin de Tarascon, 1872), “Alp dağlarında Tartaren. Taraskon qəhrəmanının yeni şücaətləri" ( fr. Tartarin sur les Alpes, nouveaux exploits du héros tarasconnais, 1885), “Port-Taraskon. Şanlı Tartarenin son sərgüzəştləri" ( fr. Port-Tarascon, dernières aventures de l'illustre Tartarin, 1890). Trilogiyanın ilk romanı ən məşhurudur.
Tartar bifşteksi
Tatar bifşteksi (Tatarca bifşteks, Tartar bifşteksi) — çiy maldan hazırlanmış yeməkdir. Avropada Tatar bifşteksinin Tatar adlanan tatarlardan və ya slavyanlardan gəldiyi barədə bir əfsanə var. Bənzər bir əfsanəni, məsələn, XVII əsrin ortalarında Polşa-Litva Birliyi ərazisində uzun müddət Polşa xidmətində çalışan fransız hərbi kartoqraf mühəndisi Giyom de Boplan xatırladır. Onun hekayələrinə görə, Zaporojye qoşunlarının kazakları 1–2 barmaq qalınlığında at filesini doğrayıblar və intensiv qan axmasına üçün bir tərəfdən güclü duzlayaraq yəhərlərin altına qoyurdular; iki saatlı marş yürüşündən sonra bir tərəfdən qan köpüyü çıxarılırdı və bütün əməliyyatlar belinin ikinci tərəfi ilə təkrarlandı, bundan sonra Tatar bifşteks yeməyə hazır hesab edilirdi. Daha əvvəl də bu əfsanəyə Robert Burtonun "melanxoliya anatomiyası" nda rast gəlmək olar". Con Byuri fikrinə görə, bu şəkildə bişirilən ət yeyilməz olardı Müasir tatar bifşteksi ABŞ- da yaranıb. Sonra Avropaya gəldi və burada Fransız restoranlarında "Amerikan biftşek"si adlı ilə verilirdi (fr. steack à l’Americaine). Eyni zamanda, tez-tez tartar sousu ilə verilirdi, buna görə də zamanla tatar biftşeksi ləqəbini aldı. Beləliklə, bifşteks tartarı tatar mətbəxi ilə əlaqəsi yoxdur.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. Кай Крашевски.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Taxta
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Xarta
Xarta (gürc. ღართა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 37 nəfər idi. 2014-cü ildə 15 nəfər yaşayırdı.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. Kənd dağlıq ərazidə yerləşir. Əhalisi təqribən 45-50 nəfərdir. Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Magna Carta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Marta (futbolçu)
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Marta Argerix
Marta Argerix isp. Martha Argerich, (başqa oxuma – Marta Argeriç) 5 iyun 1941-ci ildə Buenos-Ayresde anadan olub) Argentina pianoçusu. Səhnədə ilk çıxışı 1949-cu ildə olmuşdur. 1955-ci ildən Avropada (2003-cü ildən Brüsseldə) yaşayır. F.Qulda, N.Maqalov və A.Benedetti Mikelancelidən dərs almışdır. Bolsanoda F. Buzoni adına beynəlxalq müsabiqənin (1957) mükafatına, musiqiçi -ifaçıların Cenevrədə (1957). Varşavada Frederik Şopen adına (1965) beynəlxalq müsabiqələrinin birinci mükafatına layiq görülmüşdür. Argerixin geniş repertuarında romantik musiqi (əsasən, F. Şopen və R. Şumanın) xüsusi yer tutur. Ş. Dütuanın, G. Kremerin. M. Mayskinin, M.L. Rostropoviçin.
Marta Baldo
Marta Baldo (8 aprel 1979) — İspaniyanı təmsil edən bədii gimnast. Marta Baldo İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Marta Bax
Marta Bax (d. 17 fevral 1993) — İspaniyanı təmsil edən su poloçusu. Marta Bax, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Marta Bax, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Marta Kalamonte
Marta Kalamonte (30 iyul 1982) — İspaniyanı təmsil edən bədii gimnast. Marta Kalamonte İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Marta Linares
Marta Linares (d. 31 yanvar 1986) — İspaniyanı təmsil edən bədii gimnast. Marta Linares, 2004-cü ildə İspaniyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Marta Linares, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Karolina Rodrigez, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Marta Pacnini
Marta Pacnini (d. 21 yanvar 1991) — İtaliyanı təmsil edən bədii gimnast. Marta Pacnini 2012 və 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; 2012-ci ildə bürünc medala layiq görüldü. Pacnini həmdə Dünya Çempionatlarının 2 qızıl və 6 gümüş medalını qazanıb. Marta Pacnini birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 55.450 xal topladı 3-cü yeri tutaraq bürünc medal qazandı. Marta Pacnini 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Marta Pleys
Marta Pleys (18 sentyabr 1849, Nyu Cersi – 20 mart 1899, Sinq-Sinq) — Elektrik stulunda ölüm hökmü verilmiş ilk qadın. ABŞ-nin Nyu-Cersi şəhərində anadan olub. 23 yaşında başından zədə alıb. Qardaşının dediyinə görə o tam sağala bilməyib. səhhətində psixi problemlər olub. 1893- cü ildə Uilyam Pleyslə ailə həyatı qurur.Uilyam Marta ilə ailə həyatı qurur ki, qızı İdanın böyüməsində ona yardımçı olsun. Ancaq Marta daima öz qızlığını qısqanırmış və ölümlə hədələyirmiş. Məhz buna görə də Uilyam bir dəfə polisə zəng eləyərək Martanın həbs olunmasını istəyib.
Marta Qrehem
Marta Qrehem (ing. Martha Grehem, 11 may 1894[…], Pitsburq, Pensilvaniya – 1 aprel 1991[…], Nyu-York ştatı) — amerikan rəqqas, xoreoqraf və baletmeyster. Marta Qrehem dini ailədən idi və rəqsin günah sayılmasına baxmayaraq, bir gün ailəsi məşhur rəqqas Rut Sen-Deninin konsertinə getmək üçün icazə verdi. Bundan əlavə, ailəsinin sərt mövqeyinə baxmayaraq, Martanın valideynləri kollec təhsilinə qarşı olmadılar. Vassar Kolleci, yalnız təhsilin keyfiyyəti ilə deyil, idman ənənələri və sufrajizmə simpatiya ilə üçün də tanınırdı. Rut Sen-Denisin performansını görən Marta rəqqas olmaq istəyirdi. 1913-cü ildə Los Ancelesdəki rəqs məktəbinə girməyə icazə verildi; sonra Denisoun məktəbində, onun tərəfdaşı Ted Şaun ilə birlikdə İspaniyada təhsil aldı. Qrehemin şagirdlik dövrünü keçdiyi illərdə rəqs əsasən əyləncə kimi qəbul edildi — bu, vodevil, kostyum çıxışları, sosial topların ayrılmaz bir hissəsidir. Sənətin statusu yalnız Amerikada Avropanın bir hiyləsi hesab olunan bir rəqs balı idi. Amerika rəqs məktəblərində şagirdlər şou və kabarelərdə iştirak etmək üçün təlim keçirdilərr.