Arta

ArtaAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[1]

Arta
38°54′ şm. e. 48°20′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 641 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 162 nəf.
Xəritəni göstər/gizlə
Arta xəritədə
Arta
Arta

Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağlıq ərazidə yerləşir.

Əhalisi təqribən 45-50 nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  2. Arta // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.