Tartan Günü

Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı.

Tartan Günü
Şotland əsilli Böyük Britaniya kinoaktyoru və prodüseri Şon Konneri milli Tartan geyimində.(2004-cü il)
Şotland əsilli Böyük Britaniya kinoaktyoru və prodüseri Şon Konneri milli Tartan geyimində.(2004-cü il)
Rəsmi adı ing. Tartan Day
Keçirilir Şotlandiya diasporası tərəfindən
Mənası Şotland mədəni irsinin qorunması və yaşadılması
Başlayır

Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur.

Mənşə[redaktə | mənbəni redaktə et]

9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi.[1] Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi.[1] İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir. Kanada Klanları və Şotlandiya Assosiasiyalarının təşəbbüsü ilə başlayan hərəkata cavab olaraq, Ontario Qanunverici orqanı Kanadanın digər əyalətlərinin bənzər təcrübəsindən sonra aprelin 6-nı Tartan Günü elan edən bir qətnamə qəbul etmişdir.[2]

1997-ci ildə Florida ştatının Sarasota şəhərində toplaşan Şotlandiya Koalisiyası, Tartan Gününün Kanadada qeyd olunduğu kimi ABŞ-də da tanınmasını tələb etdi.[3] 1998-ci ildə Trent Lotun aparıcı yardımı ilə Şotlandiya Koalisiyasının səyləri nəticəsində ABŞ Senatının qərarı ilə aprelin VI Milli Tartan Günü kimi təyin edildi. Nəticədə ABŞ Konqresinin və daha sonra Prezident tərəfindən Tartan Gününün qeyd olunması qərara alindı.[4]

Avstraliyada 1989-cu ildən bəri 1 iyulda tartan geyinmək təşviq edilir. Bu gün 1996-cı ildən Avstraliyada Beynəlxalq Tartan Günü kimi təbliğ olunur.[5] Ölkə ərazisində bəzi əyalətlər tərəfindən rəsmi olaraq tanınsa da, lakin dövlət səviyyəsində rəsmi olaraq qeyd edilmir.

Ölkələr[redaktə | mənbəni redaktə et]

Kanada[redaktə | mənbəni redaktə et]

Təxminən 15,1% və ya 4,7 milyon kanadalının Şotlandiya əsilli olduğu təxmin edilir.[6] Yuxarıda qeyd edildiyi kimi, Kanada Tartan Günü (fr. Journée du Tartan) Yeni Şotlandiyadakı Şotlandiya Klanları Federasiyasının təklifi ilə yaranıb və o vaxtdan bütün əyalət qanunverici məclisləri tərəfindən elan edilib. 2007-ci ildə Peter Stoffer parlament üzvü kimi Tartan Gününə Hörmət Aktı üçün qanun layihəsini təqdim etmişdir. Qanun layihəsinin irəliləməsi 2008-ci il seçkiləri ilə dayandırıldı; seçkidən sonra yenidən təqdim edildi, uğursuz oldu.[7][8]

İllik Klanların görüşü hər il aprelin 6-da və ya ən yaxın bazar günü günorta saatlarında Ottavadakı Parlament təpəsində nəfəsli musiqi alətləri, nağaralar və rəqslərin müşaiəti ilə Kanadanın ən qədim nəfəsli alətlər musiqi qrupu olan Sons of Scotland Pipe Band-ın ev sahibliyi ilə keçirilir.[9] 2011-ci ilin Tartan günündə, Kanadanın rəsmi tartanına ağcaqayın yarpağı həkk edildi. Həmin tarixə qədər insanlar bunu qeyri-rəsmi formada Kanada kimliyini təcəssüm etdirmək üçün istifadə edirdi.

Şotlandiya[redaktə | mənbəni redaktə et]

Tartan günü münasibəti ilə 2011-ci ildə təşkil edilmiş eyniadlı paradda Tartan Ordusunun keçid mərasimi. (Edinburq, Şotlandiya)

Arbroath bölgəsinə daxil olan Angus Şurası 6 aprel 2004-cü ildə Şotlandiyada ilk Tartan Günü festivalını təsis etdi və o vaxtdan etibarən bu günün qlobal bir bayram kimi potensialını inkişaf etdirmək üçün digər regional şuralar da bura qoşulmuşdur.[10]

Argentina[redaktə | mənbəni redaktə et]

Argentinada təxminən 100.000 şotland əsilli insan var ki, bu da ingilis dilli dünyadan kənarda ən böyük icmadır. Şotlandiyada Tartan Günü paradı 6 aprel 2006-cı ildə Buenos Ayresdə açıldı və hər il Şotlandiya Argentina Assosiasiyası tərəfindən təşkil edilir.[11] Arbroath Abbatlıq qapısının simvolik açarı bu bayrama ilham verən 1320-ci il tarixini qeyd etmək üçün aparılır.[12]

Avstraliya[redaktə | mənbəni redaktə et]

Üç milyon avstraliyalı ya şotlanddır, ya da Şotlandiya mənşəlidir. Avstraliyada Beynəlxalq Tartan Günü əksər ştatlarda yerli səviyyədə iyulun 1-də (və ya bəzi icma təşkilatları tərəfindən iyulun ilk bazar günü) tartan taxmağı məhdudlaşdıran 1747-ci il Qadağa Aktını ləğv edən 1782 Ləğvetmə Bəyannaməsinin il dönümündə qeyd olunur. Əvvəllər bu qadağanı pozub tartan geyinənləri yeddi ilədək müddətə sürgünlə cəzalandırırdılar.[13][14]

Şotlandiya Assambleyasının katibi Moyna Skotlanda görə, Şotlandlar Avstraliyaya gələndə onlara deyildiyi kimi etdilər, yerli əhaliyə assimilə oldular, inteqrasiya etdilər və demək olar ki, yox oldular. Tartan Bu günün məqsədlərindən biri də avstraliyalıları Şotland əcdadları ilə yenidən əlaqələndirməkdir. 1822-ci ildə tartan dirçəlişi başladı və ölkədəki bir çox əyalətin və qitə dövlətinin özünün də tartanları var.[15][16][17]

1989-cu ildə Şotlandiya Avstraliya İrs Şurası 1 iyulda[18], yarım milyondan çox avstraliyalı Şotlandiya irsini qeyd etmək üçün toplaşdıqda[19], nostalji ilə müşahidə olunan tədbirdə quraqlıqdan xilas olmaq üçün xeyriyyə məqsədli vəsait də toplandı.

Ailə tartanları olmayan avstraliyalılara Royal Stüvart tartan və ya hərbi tartan geyinmək təklif edilir. Həmin gün geyilən tartan dəstinə papaqlar, qalstuklarcorablar da daxildir. Həm Avstraliyada, həm də Yeni Zelandiyada bir çox nəfəsli musiqi assosiasiyaları var, bəziləri dağıdılmış İkinci Dünya Müharibəsi ordusu batalyonlarından təşkil olunub və təkcə Avstraliyada 30-a yaxın irsin qorunması üçün tədbirlər keçirilir. Bəzi icmalar, xüsusən də Cənubi Avstraliyanın Makleodları, başçılarını şərəfləndirmək, Robert Börnzün şeirlərini əzbərləmək, haggis yemək və milli rəqslərdə iştirak etmək üçün xüsusi tədbirlərə toplaşırlar.

Avstraliyanın şotland paytaxtı sayılan Yeni Cənubi Uelsin Maklean şəhərində qəssablar bu günü haggisburger sataraq qeyd edirlər.[20] 2001-ci ildən bəri Şotlandiya Avstraliya İrs Şurası və Şotlandiya Milli Partiyasının Avstraliya şöbəsi Şotlandiya radikalizminin Avstraliya tarixinə verdiyi töhfəni, o cümlədən Şotlandiya radikalizminin həmkarlar ittifaqı hərəkatına təsirini qeyd etmək üçün Beynəlxalq Tartan Gününün federal olaraq tanınması üçün Kanberraya müraciət etmişdir.

ABŞ[redaktə | mənbəni redaktə et]

Amerika Birləşmiş Ştatlarında təxminən 25 milyon şotland əsilli insan yaşamaqdadır.[21] 1998-ci ildə senator Trent Lotun dəstəyi ilə Şotland Amerikalılar Koalisiyası Şotlandiya amerikalılarının önəmli nailiyyətləri və töhfələrini rəsmən tanımaq üçün 6 aprelin Milli Tartan Günü kimi təyin edilməsi üçün ABŞ Senatında uğurla lobbiçilik etmişdir.[22] 20 mart, 1998-ci ildə qəbul edilmiş 155 saylı Senatın Qətnaməsi şotlandların Amerikanın Qurucu Ataları arasında üstünlüyünə diqqət çəkir və ABŞ istiqlal bəyannaməsinin Arbroathı Bəyannaməsini örnək seçdiyini vurğulayırdı.[22]

9 mart, 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası hər il aprelin 6-nı Milli Tartan Günü kimi təyin edən 41 saylı qətnaməni yekdilliklə qəbul etdi. 41 saylı qətnamənin əsas tərəfdarları Şimali Karolinadan olan konqresmen Mayk Makintayr və Tennessi ştatından Con Dunkan idi. Onlar ABŞ Nümayəndələr Palatasında Şotlandiyanın Dostları Qrupunun həmsədrləri vəzifəsini icra edirlər.[23]

2002-ci ildə Magnus Orr və Thomas Grotrian tərəfindən təşkil edilən Şöhrət Paradında şotland əsilli Böyük Britaniya kinoaktyoru və prodüseri Şon KonneriNyu-Yorkun meri Maykl Bloomberqin başçılıq etdiyi 8.250 nəfəsli musiqi ifaçısı və nağaraçı Nyu-York küçələrində yürüş təşkil etmişdir və sözügdən festival ABŞ tarixinin ən böyük Tartan Günü bayramlarından biri hesab olunmaqdadır.[24]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Events – Tartan Day in Canada (6 April)". Federation of Scottish Clans in Nova Scotia. 2007. May 4, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 15, 2009.
  2. "Tartan Day". December 19, 1991. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  3. "About". Tartan Day Washington D.C. (ingilis). March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2019.
  4. "A Lott of reasons to honor Scots". The Washington Times. April 5, 2000. October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2019.
  5. Suzanna Clarke, 'The Pipes Are Calling', The Courier-Mail (July 2, 2005), p. 60.
  6. "Ethnic origins, 2006 counts, for Canada, provinces and territories – 20% sample data". Statistics Canada. June 3, 2008 tarixində orijinalından arxivləşdirilib.
  7. "C-214 An Act respecting a Tartan Day". Library of Parliament. may 14, 2009. iyun 5, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: may 15, 2009. The Canadian bill got its first reading as C-402 of the 39th Parliament on 16 October 2007, and was reintroduced as C-218 of the 40th Parliament on 21 November 2008.
  8. "C-214 An Act respecting a Tartan Day". LegisInfo. Archived from the original on 5 April 2022. İstifadə tarixi: 5 April 2022.
  9. "The Sons of Scotland Pipe Band". The Sons of Scotland Pipe Band. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  10. Frank Urquhart, 'Arbroath declares itself the centre of Scots Tartan Day', The Scotsman (January 18, 2006), p. 23.
  11. Jim Gilchrist, 'Stories of Homecoming: We're on the march with Argentina's Scots' The Scotsman (December 15, 2008), p. 18.
  12. Tom Shields, 'We hold the reason for this holiday to be self-evident', Sunday Herald (March 20, 2008), p. 36.
  13. Celeste Ray (ed.), Transatlantic Scots (Tuscaloosa: University of Alabama Press, 2005), p. 17, n. 19.
  14. Jodie Munro O'Brien, 'Tastes of tartan on the Coast', Gold Coast Sun ( June 28, 2006), p. 1.
  15. 'Coastal Scots get into kilts', Gold Coast Bulletin (June 27, 2002), p. 23
  16. Scotland, National Records of. "Tartan Details – The Scottish Register of Tartans". www.tartanregister.gov.uk. 2014-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  17. "The House of Tartan – Suppliers of the Australian Tartans". www.tartanhouse.com.au. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  18. 'Regular Shorts', Sydney Morning Herald (30 June 1989), p. 1, col. 8.
  19. Media Release: The Hon. Teresa Gambaro MP, Assistant Minister for Immigration and Citizenship (June 30, 2007), AAP MediaNet Press Releases.
  20. 'News and Features', Sydney Morning Herald (July 1, 1993), p. 1.
  21. Bureau, U. S. Census. "U.S. Census website". ABŞ Siyahıyaalma Bürosu. July 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2019.
  22. 1 2 "Congressional Record – Senate". Konqres Kitabxanası. March 20, 1998: S2373.
  23. "Congressional Record – House". Konqres Kitabxanası. March 9, 2005: H1029–31.
  24. "Bring yer pipes, drums and kilts!". February 27, 2009 tarixində orijinalından arxivləşdirilib.