Tartan-partan (jurnal)


"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal.

"Tartan-partan" (jurnal)
Baş redaktor Əliheydər Qarayev
Təsisçi Əliheydər Qarayev
Təsis tarixi 24 sentyabr 1918
Qərargah Tiflis

Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 – səh. 93
  1. "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-17.