Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Kelly Clarkson
Kelli Klarkson (d. 24 aprel 1982) ABŞ müğənnisi. 2002-ci ildə American Idol ilə şöhrət qazanmağa başlayıb. İlk albomu "Thankful"u 2003-cü ildə, ikinci albomu "Breakaway" 2004-cü ilin sonlarında, sonuncu albomu "My December" isə 2007-ci ildə çıxıb.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Nelly Ciobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Telli Borçalı
Telli Borçalı (tam adı: Telli Sədi qızı Qurbanova; 28 fevral 1969, Qasımlı, Marneuli rayonu) — Azərbaycan musiqiçisi, aşığı, şairi. == Həyatı == Aşıq Telli 1969-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində doğulmuşdur. == Yaradıcılığı == 1997-ci ildə Bakıya gəlmişdir. "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun onu bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və geniş fəaliyyətə başlayıb. == Ailəsi == Telli Borçalının anasının adı Savad, qardaşlarının adı Tərmeyxan, Ataxan, Mehdixandır.
Telli Pənahqızı
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Panah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir. == Həyatı == Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. == Görünşü == Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Əhməd Telli
Əhməd Telli (2 dekabr 1946, Çanqırı) — müəllim, şair, yazıçı. == Həyatı və fəaliyyəti == Əhməd Telli 1946-cı ilin dekabr ayında Çanqırının Əskibazar qəzasında anadan olmuşdur. Həsənoğlan və Kayseri Bazarhörən, Pınarbaşı müəllimlik məktəbində təhsil alıb. Müəllimlik məktəbindən sonra dörd il orta məktəb müəllimliyi, Qazi Təhsil İnstitunu bitirdikdən sonra isə Kastamon, İnebol, Doğanyudrda, Qırıqqalada və Ankara Atatürk Liseyində türk dili və ədəbiyyat müəllimliyi edib. 1981-ci ildə Qazi Təhsil İnstitutunda müəllim ikən hərbi vəziyyətə görə həbs olunaraq işdən çıxarıldı. Həmin il, TCK-nın 141,142 və 146-cı maddələrindən mühakimə olundu. 146-cı maddədən bəraət aldı. Ciyərhunun şeirlərinə yazdığı bir yazısına görə, 142-ci maddədən qısa müddətlik cəza aldı. Kitabxanaçılıq və naşirlik etdi, fərqli nəşriyyatlarda rəhbər və redaktor olaraq çalışdı. 1933-cü ildə məhkəmənin qərarıyla müəllimliyə geri döndü və təqaüdə çıxdı.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1–40 metr, eni isə 1000–1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Tell Abad
Abada - İraqın Diyala çayı hövzəsində yerləşən arxeoloji abidə. == Tədqiqi == Yaşayış yenində arxeoloji qazıntılar 1977-1978-ci illərdə Sabah Abboud Jasimin rəhbərliyi ilə aparılmışdır. Orada Übeyd mədəniyyətinə aid dulusçuluq aşkar edilmişdir (III səviyyə), bir hissəsi Samərra, Çoqa Mami və Xassuna mədəniyyətindən götürülmüşdür. Burada 14-16 otaqdan ibarət böyük evlər də tapıldı. Daha sonra Hacı Məhəmməd tipli keramika, habelə böyük evlər, o cümlədən ictimai bina olma ehtimalı olan bir ev 2-ci səviyyədən aşkar edilmişdir. Bu təbəqələrdən çox miqdarda çaxmaqdaşı , gil heykəlciklər, sümük və daş əşyalar, uşaq qəbirləri və s. aşkarlandı. Qalinj Ağa D tipli keramika parçaları və Dalma təpə tipli barmaq basqılı keramika nümunələri, Übeyd IV tipli keramikanın tək örnəkləridir. == Ədəbiyyat == Sabah Abboud Jasim, « Excavation of Tell Abada, Iraq », Paléorient, 7/2, 1981, p. 101-104.
Vilhelm Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
William Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
Tell Me More (mahnı)
Tell Me More (azərb. Mənə daha çoxunu danış‎) – Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən "TuralTuranX" duetinin müsabiqədə ifa etdiyi mahnı. Müsabiqənin birinci yarımfinalında mahnı 14-cü yeri tutaraq finala vəsiqə qazana bilməmişdir.
Təll-Abyad
Təl-Əbyəz (bəzi mənbələrdə Təll-Abyad Tell-Abyad və ya Tel Abyad; ərəb. تل أبيض‎, hərf. ağ təpə, kürd. Girê Spî, türk. Tellebyad, klass. süry. ܬܠ ܐܒܝܕ) — Suriyanın Raqqa mühafəzəsinin Təl-Əbyəz rayonunda şəhər, eyniadlı rayonun inzibati mərkəzi. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir. Şəhər 16 iyun 2015-ci il tarixində Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. Şəhər 2019-cu ilin axırlarına qədər Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olmuşdur. Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar şəhəri 13 oktyabr 2019-cu il tarixində, Sülh Bulağı əməliyyatı çərçivəsində ələ keçirmişdir.
Təll-Həriri
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Təll-Təmr
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. == Coğrafiya == Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Otello
Otello (ing. The Tragedy of Othello, the Moor of Venice) — Vilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır. Oyun dörd ana xarakter ətrafında dönür: Otello — Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara — irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir. == Personajlar == Otello — Venesiya ordusunda general, baş qəhrəman Desdemona — Otellonun həyat yoldaşı Iago — Otellonun praporşiki Cassio — Otellonun leytenantı Emilia — Iagonun həyat yoldaşı və Desdemonanın qulluqçusu Bianca — Cassionun sevgilisi Brabantio — Venesiyalı senator və Desdemonanın atası Roderigo — saf venesiyalı, Desdemonaya aşiq Venesiya baş naziri Gratiano — Brabantionun qardaşı Lodovico — Brabantionun qohumu Montano — Otellonun Kirpdəki Venesiya əsilli sələfi Clown — xidmətçi Senatorlar Dənizçilər Zabitlər, cənablar, carçılar, elçilər, musiqiçilər və başqaları Hadisə Venesiya və Kiprdə baş verir.
Talay
Telgəy
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tesey
Tesey (yun. Θησεύς) — qədim yunan mifologiyasında ən məşhur personaj, Afina çarı Egeyin oğludur. == Doğulması == Afina çarı iki dəfə evlənməsinə baxmayaraq, onun yerini tutacaq bir övladı olmurdu. Buna gürə o, Delfiy peyğəmbərinə müraciət edərək ondan mənasını anlamadığı "Afinaya qədər xəz dərini öz çaxırı ilə açmamağı" cavabını alır. Delfi tərk edən Egey dostu Trezen çarı Pitfeyin yanına gəlir. Pitfey peyğəmbər kəlamını dərhal anlayaraq, Egeyi sərxoş olanadək içirdib, artıq Poseydonla əlaqədə olmuş qızı Efra ilə bir yatağa qoyur. Bildikdə ki Efra hamilədir çox sevinir, lakin qardaşı Pallantın onun yerinə keçə biləcəyindən ehtiyat edib təcili Afinaya dönməli olan Egey öz qılıncını və səndəlini qaya altında gizlədərək, Efraya oğlan olarsa, həddi buluğa çatana qədər ona kimliyini bildirməməsini, böyüdükdən sonra qayanı ona göstərməsini, oğlunun qayanı qaldırıb atasının kimliyini öyrəndikdən sonra onun dalınca Afinaya yola salmasını tapşırır. Efra dünyaya Tesey adlı bir oğlan uşağı gətirir. Tesey Efra və Pitfeyin yanında böyüyüb başa çatır. Bir dəfə Pitfeyin sarayına Herakl qonaq düşür.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Stella
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.