Tellur

52 stibiumtelluryod
Se

Te

Po
Ümumi
Ad, İşarə, Nömrə tellur, Te, 52
Qrup, Dövr, Blok 16, 5, p
Xarici görünüşü
Atom kütləsi 127.60 q/mol
Elektron formulu [Kr] 4d10 5s2 5p4
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 449.51 °C
(722.66 K, 841.12 °F)
Qaynama temperaturu 988 °C
(1261 K, 1810 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700C-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir. Onlardan ikisi ən geniş yayılıb: 128Te və 130Te və yodun yeganə davamlı 127J nuklidindən ağırdır. Bu səbəbdən də Mendeleyev cədvəlində elementlərin atom kütlələrinin artması ardıcıllığı pozulur.

128Te nuklidi aşkar olunmuş radionuklidlərin hamısından daha çox yarımparçalanma dövrünə malikdir – 2.2∙1024 il (trilion trilion il). Bu Kainatın qiymətləndirilən yaşından təxminən 160 trilion dəfə çoxdur.

Tellur VIA qrupunda sonuncu davamlı kimyəvi elementdir. Təbiətdə o da demək olar ki, qızıl kimi nadirdir. Odur ki, belə bir fakt maraq doğurur ki, tellur və qızıl atomları bir-birini taparaq kiçik qızıl tellurid (kalaverit mineralı) əmələ gətirir.

Kiçik radiusu səbəbindən tellur atomu ortatellurat turşusu H6TeO6 (koordinasiya ədədi 6) və ya Te(OH)6 əmələ gətirir. Onun Ag6TeO6 və Hg3TeO6 duzları da məlumdur. Tellur heksaflüoridləri kimi qaz halında maddədir. Bu qeyri metalın yeganə heksaflüorididir ki, F- ionlarını birləşdirərək koordinasiya ədədi səkkiz olan kompleks əmələ gətirir, məsələn, Ba[TeF8].

Kükürd və onun analoqları üçün uçucu birləşmələri, o cümlədən pis iyli üzvi birləşmələri əmələ gətirmək xarakterikdir. Tellur bu münasibətdə xüsusilə fərqlənir. O havada cəmi 0.01 mq/l olduqda orqanizm kifayət qədər telluru udur ki, sarımsağın iyini xatırladan tellurlu nəfəsalma yaransın.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]