Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urmiyə
Urmiya və ya Urmiyə (az-əbcəd. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az-əbcəd. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır.
Ruqiyə Sultan
Ruqiyə Sultan (11 noyabr 1906, Konstantinopol – 20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi.
Urmiyə gölü
Urmiya gölü (az-əbcəd. اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az-əbcəd. اۇرمۇ گؤلۆ‎) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir.
Urmiyə xanlığı
Urmiya xanlığı — 1747 və 1868/1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri. == Tarixi == Urmiya xanlığının tarixini ilk dəfə mərhum tarixçi Hüseyn Dəlili əsasən farsdilli mənbələrə əsaslanaraq tədqiq etmişdir. Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı və Təbrizi paytaxt etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.
Urmiyə şəhristanı
Urmiya şəhristanı (fars. شهرستان ارومیه‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının şəhristanlarından biridir. Şəhristanın (və həmçinin bütün ostanın) inzibati mərkəzi Urmiya/Urmu şəhəridir. Şəhristan Türkiyə Cümhuriyyətinin Van (çox qısa sərhədə sahibdir) və Hakkari illləri, həmçinin İraq Cümhuriyyətinin İraq Kürdüstanı bölgəsinə tabe olan Ərbil mühafəzası (həmçinin çox qısa sərhədə sahibdir) ilə həmsərhəddir. == Ərazi == Şəhristanın ərazisi 5251 km²-dir. == Urmiya şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Urmiya / Urmu DEHİSTANLARI Baxışlıçay dehistanı KƏNDLƏRİ: Ağcaqala, Almanabad, Aydınlı, Baldırlı, Baracıq, Birlan, Buraşan, Çöhrəqoşa, Darğalı, Dehkədə-i Əsayiş, Dizac-i Nəqalə, İlyasabad, İmamzadə, İslamlı, Gabaran, Gülpaşin/Gülparçin, Qılmanxana, Hacıpirli, Həsbistan, Hisar-i Hacılar, Hisar-i Tarmani, İğdır, İsakan, Carçılı, Kəştiban, Kürdlər, Laşınlı (Laçınlı), Maracul, Maşkabad-i Ülya, Maşkabad-i Süfla, Miyavaq, Üçqabarlar, Püşt-i Gül, Qalılı, Qamət, Qaraağac-i Ülya, Qarahəsənli-i Xacəpaşa, Qaracalı, Qışlaq-i Mirzəəli, Qışlaq-i Məhəmmədqulu, Qoturlar, Reyhanabad, Rikan, Sədəqə, Salehabad, Səngər-i Mirabdullah, Tarmani, Vəzirabad, Yengicə-i Qazi, Yuvalar Bərəndüz dehistanı KƏNDLƏRİ: Əliabad-i Bərəndüz, Əngəman, Bənd, Bərəndüz, Bözvə, Çavraş, Didan-i Ülya, Didan-i Süfla, Dizac-i Fəthi, Dizac-i Rəhimpur, Qazanəkeş, Hasukəndi, Havandıq, Heydərli, Cəfəriyan, Canvisli, Cürni, Kilsə-i Sir, Xataylı, Xürrəmabad, Narlar, Saatlıkuh (kuh (farsca) = dağ) / Saatlıdağ, Sarıbəyli-i Musayi, Şəmləkan, Şeyxməzari, Sidək, Sir, Vərməziyar Bərəndüzçay-i Cənubi dehistanı KƏNDLƏRİ: Ağbulaq, Balanıc, Bərbəran, Baruj, Bayat, Büzürgabad, Dərinqala, Dolama, Fuladlı (Poladlı), Güldanlı, Hisar-i Ağbulaq, İləzgi, İsalı, Karvansara, Kukiya, Kurani, Mahmudabad, Mübarəkabad, Nivli, Novruzbulağı, Qalacıq, Qasımlı, Rəhimabad, Seylanə, Şabankəndi, Şirukəndi, Təpəmakı, Tərzili, Təzəkənd-i Camalxan, Tülkan, Tumatar, Toppuzabad, Uzunməlik, Zovik Bərəndüzçay-i Şimali dehistanı KƏNDLƏRİ: Burxanlı, Dizac-i Təkyə, Fəqihbəyli, Göytəpə, Qaraağac, Qaralar-i Kuh (kuh (farsca) = dağ) / Qaralar-i Qurxana, Qutlu, Qurşalı, Saralan, Sarıbəyli-i Moin, Satlı (Saatlı) / Saatlı-i Bivalə, Şəms-i Hacıyan, Vandayi Başqala dehistanı KƏNDLƏRİ: Əmirabad, Əyyublu, Birincabad, Burbur, Çiçəkli-i Mansur, Çiçəkli-i Başqala, Dədəsaqi, Danqaralı, İslampənahabadi Cədid (cədid (ərəbcə) = yeni), Gəznəq, Gülmərz-i Süfla, Göyçəlitəpə / Göyçələrtəpə, Göyçəliaslan, İsalı-i Heydərli, İsalı-i Zəmi, Keçəbaş, Məzrayə-i Üçevlər, Qəhrəmanlı-i Ülya, Qəhrəmanlı-i Süfla, Qala-i Əzizbəy, Qərabqulu, Qazanəli, Qızılhacılı, Qusur, Səfərbehi, Səfərquluxankəndi, Sarıbəyli-i Aralıq, Sarıcalı, Şəhrək-i Gülmərz, Şeyxteymur, Şorkənd, Təkəli, Topraqqala (Torpaqqala), Şəhrək-i Sünəti-i Urmiyə [Urmiya sənaye ərazisi] (Urmia Industrial Estate), Yağmurəli, Yorqunabad-i Ülya, Yorqunabad-i Süfla, Yusifabad-i Şahmirzəkəndi Dol dehistanı KƏNDLƏRİ: Balistan, Bərdəkiş, Müctəmə-i Karkənan Karxana-i Siman [(Urmiya) sement kooperativi] (Cement Cooperative, Urmia), Dalov, Dərbənd, Daşağıl, Dizac-i Dövl, İslamabad, Colbar, Kamanə, Kanan-i Ülya, Kanan-i Süfla, Nanas, Narı, Nəsirabad, Naznaz, Pirəli, Qamışlı, Rəşkan, Samartu, Şəhrək-i Rustayi-i Nasir, Soltanabad, Carabad, Zeyvə Nazlı-i Cənubi dehistanı KƏNDLƏRİ: Abbasabad, Ərəbli-i Bişə, Ərəbli-i Dərə, Ərəbli-i Yekan, Əsgərabadtəpə, Barbin, Bozlu, Çiçəkli-i Hacıağa, Çonqaralı-i Yekan, Dəstcird, Daylaq, Fağıbəyli, Gərdabad, Qafarbehi, İrəvanlı, Kəkələr, Mərəngalı-i Kiçik, Məzrayə-i Təhqiqəti Tütün, Uzarlı, Qaragöz-i Səlimağa, Qaralar-i Lütfullah, Qaragöz-i El, Qırıqlı, Səidli, Səlimkəndi, Samsalı, Şeyxsərməst, Təzəkənd-i Əfşar, Təzəkənd-i Qışlaq, Furudgah-i Urmiyə [Urmiya hava limanı] (Urmia Airport), Zaiyəkəndi Rövzəçay dehistanı KƏNDLƏRİ: Əliabad, Alvac, Anhar-i Ülya, Anhar-i Süfla, Aşnaabad, Bədəki, Balacı, Balı, Dərəzəm, Gəcin, Gəncabad, Gülhar, Gözgəvənd, Cihadlı, Kaniquzan, Kəvələq, Xəlifatan, Xangah-i Alvac, Kutalan, Lerni, Lur, Məzrayə-i Nəsrabad, Mirabad, Pirmurad, Qarahəsənli, Qəsrik, Qışlaq-i Tarazlı, Qızılaşıq, Təzəkənd-i Anhar, Tezxarab, Vəlindeh-i Ülya, Vəlindeh-i Süfla, Yorğanlı, Zeynalı Türkmən dehistanı KƏNDLƏRİ: Alqiyan, Ərəbli, Babarud, Çubtaraş, Dərbərud, Qəribkəndi, Həsənabad, Hisar-i Qapıçı, Hisar-i Türkmən, Dəkəl Sədausima [(IRIB kanalının) teleyayın stansiyası] (IRIB Broadcasting Station), Cəbəlkəndi, Ceyran-i Ülya, Ceyran-i Süfla, Xəncərqışlağı, Xızırabad, Kusəabad, Mirşəkərli, Müqəddəm, Muradəli-i Ülya, Muradəli-i Süfla, Muradkəndi, Nəybin, Nəzərabadqala, Nəzərabad-i İftixar, Orduşahi, Üçevlər, Qaralar-i Ağatağı, Qaralar-i Hacıqasım, Qurttəpə, Saracıq, Sərdrud, Şahinabad, Təbbət, Təkə, Təpə, Təpətürkmən, Tasmalı, Təzəkənd, Tezxarab, Türkmən, Uzuniskəndəri Ənzəl bəxşi İnzibati mərkəzi: Quşçu DEHİSTANLARI Ənzəl-i Cənubi dehistanı KƏNDLƏRİ: Əlikan, Bəhlə, Bolarğu, Dilədar, İmamkəndi, Gavlan, Gültəpə, Golanik-i Ülya, Golanik-i Süfla, Hacıbayram, Hamamlar, Cəbəlkəndi, Kəhriz, Kanişurik, Kasıb, Xürrəmabad, Kürə-i Ülya, Kürə-i Süfla, Mahmudan, Makukəndi, Meşik, Nur-ül Dinabad (Nurəddinabad), Pirgöl, Qəhrəman, Qulunçu, Quyucuq, Sənicilik, Padegan-i Şəhid Ab Şənasan [Şəhid Ab Şənasan (hərbi) qarnizonu] (Shahid Ab Shanasan Garrison), Şərifabad, Şirakan, Sultanabad, Təndərək, Zəngabad Ənzəl-i Şimali dehistanı KƏNDLƏRİ: Barı, Qurçinqala (Göyərçinqala), Camalabad, Muğatel, Nəcəfabad, Qalğaçı / Qalqaçı, Qarabağ Nazlı bəxşi İnzibati mərkəzi: Nuşin / Karxana-i Qənd DEHİSTANLARI Nazlıçay dehistanı KƏNDLƏRİ: Armudağac, Azadigan, Bədilbu, Bəhlulabad, Danşəkədə-i Keşavərzi [(Qərbi Azərbaycan ostanı) Kənd təsərrüfatı departamenti] (Department of Agriculture, West Azerbaijan), Hacıabad, Hisarxaraba, Cənizə, Kəvsi, Xaraba-i Sənci, Kusəəhməd, Nazlı, Qalasərdar, Qala-i İsmayılağa, Qaralar-i Təsuci, Sənci, Tamtaman, Təpik, Təzəkənd, Təzəkənd-i Cənizə, Təzəkənd-i Qatırçı, Yorğanlı-i Cənizə Nazlı-i Şimali dehistanı KƏNDLƏRİ: Abacalı-i Ülya, Əlikəndi, Əlibəyli, Əngənə, Ərnisa, Əsgərabad-i Kuh (kuh (farsca) = dağ), Babagəncə, Bağıstan, Başlanbeşli, Çanaqlı, Çer, Çonqaralı-i Pul, Dovıran, Göycəyaran, Hisar-i Babagəncə, Hisar-i Bəhramxan, Heydərli, Heydərli-i Bəylər, Kalvan, Kərimabad, Xalidabad, Xanəgahsürx, Lək, Laləli-i Torab, Lülhəm, Mərəngalı-i Büzürg, Meskin, Naxçıvantəpə, Oxçular, Par, Qaraqız, Qaraqoyunlu, Qaracalı, Qılınclı, Qışlaq-i Şakur, Rəhimabad, Saatlı-i Bəylər, Sarıbəyli-i Çıraq, Şirabad, Təpə-i Babagəncə, Təqlidabad, Təzəkənd-i Babagəncə, Vəqaslı-i Ülya, Vəqaslı-i Süfla, Zadəli, Zonbalan Talatəpə dehistanı KƏNDLƏRİ: Abacalı-i Süfla, Adeh, Çamaki, Hisar-i Süpürgən, Xanəşan, Xudaverdixankəndi, Muşabad, Ovsalı-i Allahverdixan, Ovsalı-i Kazım, Süpürgən, Talatəpə, Yengicə, Zirmanlı Silvanə bəxşi İnzibati mərkəzi: Silvanə DEHİSTANLARI Dəşt dehistanı KƏNDLƏRİ: Əhmədrəsul, Bərdəsur, Çəmən, Dərbənd, Dərəsənci, Dəzgir, Dövləpasan, Gövcar, Hələfələ, Kəy, Xoşaku, Mirabad, Nuşan-i Ülya, Nuşan-i Süfla, Ovalı, Peşkələ, Pirhadi, Qarayi, Qəsrik, Rajan, Səlimbəy, Sulik, Tuyi, Tuli, Zəngilan, Zerixan Mərgavar dehistanı KƏNDLƏRİ: Əleyh, Aversi, Bavan, Berəsb, Berəzan, Best, Bibakran, Çərikabad, Divac, Dovkana, Fələkan, Gəlləbehi, Gərdivan, Gərdik, Gərdiknasir, Gülüstanə, Həftabad, Xələc, Həsənabad, Həşimabad, Kəçalabad, Kəçalə, Kanidəstər, Kanitayir, Kasiyan, Kayir, Keləsi / Kilsə (?), Xurəsb, Lacani, Lorzini, Mamakan, Mansurabad, Mirabad, Mollabəsək, Nari, Nergi, Nuy, Qaranə, Razgəh, Sehgərgan, Şəhrək-i Zeyvə, Şəklabad, Şeyxzərd, Şirakan, Sudinabad, Sulədugal, Surkan, Susanabad, Təzəkənd, Toppuzabad, Carabad, Caraci, Zeyvə Tərgavar dehistanı KƏNDLƏRİ: Anbi, Ərzin, Əşki, Avdi, Balovlan, Bani, Bəsrik, Biquz, Dübarə, Dostalan, Gərdəbelic, Həki, Həlulan, Kərimabad, Xanəgah, Kuranə, Kurtəkavil, Mavana, Pesan, Şəhr-i Viran, Şeyban, Şeyxşəmzin, Surbani, Talin, Tibətan, Tovlaki Sumay-i Bəradost bəxşi İnzibati mərkəzi: Sirov DEHİSTANLARI Bəradost dehistanı KƏNDLƏRİ: Axyan-i Büzürg, Axyan-i Kiçik, Əsəngəran, Əvdilan-i Ülya, Əvdilan-i Süfla, Bərdəzi-i Ülya, Çarə, Dərbənd, İmamkəndi, İskəndərabad, Firuziyan, Gəngəçin, Gül-i Şeyxan, Günbəd, Gündək-i Molla, Guranabad, Həftsəran, Halaquş, Həngrəvan, İşgəsu, Kanespi, Kanişurik, Kanisi, Xalyan, Xanik, Xoşalan, Kulgani, Kürəneh, Məfəran, Məcrusə, Malunə, Mərgərəş, Məstəkan, Mirdavud, Neyçalan, Ömərabad, Post, Qaraağac, Qarnisə, Qəsrik, Rabat, Rəvənd-i Ülya, Rəvənd-i Süfla, Siyarək, Sufikani, Təzəkənd-i Şeşmal, Zəngəkan Sumay-i Cənubi dehistanı KƏNDLƏRİ: Abdibəy, Ağsaqqal, Bərdərəş, Barduk, Bavan, Qaçi, Govdal, Həsənli, Həştiyan, Hovarsin, Calqaran, Cuhni, Cucahi, Kanespi, Kanimiran, Xaraguş, Kuran, Mərnə, Pirancıq, Qəsrik, Sinabad, Sultani, Sufiyan Sumay-i Şimali dehistanı KƏNDLƏRİ: Baçacıq, Baraspi, Bərdiyan, Bəstəkabad, Bacergah, Gələxar, Qazan, Qulusuyu, Həsənabad, Catar, Kanirəş, Xanik, Mamakan, Məstəkan, Minqol, Mirabad, Oskandriyan, Quni, Qurmik, Rigabad, Sakan, Seydan, Surmanabad, Yengicə == Əhali == === Rəsmi olaraq Urmiya şəhristanının əhalisi: === 2006 sa. əsasən 856,914(kişilər:433,976 nəfər — qadınlar:422,938 nəfər) nəfərdir. === Milli tərkib === Urmiya şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər, həmçinin az sayda ermənilər və assuriyalılar yaşayırlar. Kürdlər: şəhristan əhalisinin təxminən 15%-nin kürd əsilli insanlardan ibarət olduğu təxmin edilir. Herki tayfası: Silvanə bəxşinin Dəşt, Tərgavar və Mərgavar dehistanlarında məskunlaşmışdır.
Ruqiyə Sultan (IV Muradın qızı)
Ruqiyə Sultan (1639, Topqapı sarayı – 1716, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. == Həyatı == Ruqiyə Sultan 1639-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 1 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Ruqiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1663-cü ildə vəzir Mələk İbrahim Paşayla nigahlanan Ruqiyə Sultanın bu nigahdan 2 qızı dünyaya gəldi. Ərinin 1685-ci ilin dekabrında edam edilməsinin ardından çox yaşamayan Ruqiyə Sultan 1696-cı ilin martında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. == Övladları == Ayşə xanım Sultan (ö. 1717) Fatma xanım Sultan (ö. 1727) — 1698-ci ildə Şam bəylərbəyi Bığlı Mehmed Paşayla nigahlandı.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Urmiya
Urmiya və ya Urmiyə (az-əbcəd. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az-əbcəd. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır.
Urumiyə
Urmiya və ya Urmiyə (az-əbcəd. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az-əbcəd. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır.
Abaçılı (Urmiya)
Abaçılı və ya Aşağı Abacalı (fars. اباجالوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlı kəndistanında, Urmiya şəhərindən 22,5 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (62 ailə).
Abbasabad (Urmiya)
Abbasabad (fars. عباس اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (19 ailə).
Abdibəy (Urmiya)
Abdibəy (fars. عبدي بيگ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (23 ailə).
Adeh (Urmiya)
Adeh (fars. اده‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (41 ailə).
Adımurtuzapaşa (Urmiya)
Adımurtuzapaşa — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlu kəndistanında, Urmiya şəhərindən 25 km şimal-qərbdədir.
Alagöz (Urmiya)
Alagöz — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Sulduz bölgəsinin qəsəbəətrafı kəndistanında, Nəqədə qəsəbəsindən 9,5 km şimal-qərbdədir.
Almanabad (Urmiya)
Almanabad (fars. المان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 497 nəfər yaşayır (143 ailə).
Alqiyan (Urmiya)
Alqiyan. (fars. القيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Baranduz kəndistanında, Urmiya şəhərindən 20,5 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 197 nəfər yaşayır (48 ailə).
Armudağac (Urmiya)
Armudağac (fars. ارموداغاج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (24 ailə).
Avdi (Urmiya)
Avdi (fars. ‎‎‎‎اودي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (20 ailə).
Aversi (Urmiya)
Aversi (fars. اورسي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (127 ailə).
Ağbulaq (Urmiya)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (47 ailə).
Ağçaziyə (Urmiya)
Ağçaziyə — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Sulduz bölgəsinin Ətraf kəndistanında, Nəqədə qəsəbəsindən 4,5 km şimal-qərbdədir.
Balacı (Urmiya)
Balacı (fars. بالاجی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (52 ailə).
Balanıc (Urmiya)
Balanıc (fars. بالانج‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.189 nəfər yaşayır (506 ailə).
Balı (Urmiya)
Balı (fars. بالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Balı Qərbi Azərbaycan ostanlığının mərkəzində, Urmiya gölünün qərb sahillərində, dəniz səviyyəsindən 1.345 metr hündürlükdə, düzən bir ərazidə yerləşir. Qəsəbə inzibati mərkəz olan Urmiyadan 5 km şimalda, ölkə paytaxtı olan tehrandan isə 595 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10.524 nəfər yaşayır (2.274 ailə).
Bani (Urmiya)
Bani (fars. باني‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (62 ailə).
Dürriyə
Dürriyə — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Etimologiyası == Toponim talışca "Dıriyə" kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, bu oykonim Talış dilindəki dü/dı (iki) və riyə (yol, cığır) sözlərindən ibarət olub, "iki yol ayrıcında salınmış kənd" mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Həzi Sovqatov (1972–1994). Kənan Dadaşov (2000–2018).
Türkiye
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
ATV (Türkiyə)
ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A. Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftəiçi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır. 4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
Ağcaqala (Türkiyə)
Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. == Coğrafiya == Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur. == İqtisadiyyat == Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.