Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. == Həyatı == Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Vonave-le-Ba
Vonave-le-Ba (fr. Vaulnaveys-le-Bas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38528. Kommunanın 1999-cu il üçün əhalisi 1173 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 287 ilə 1326 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 24 km cənub-qərbdə yerləşir.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi — 1780 m³ / s. == Ümumi məlumat == İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. == Adın mənşəyi == == Coğrafi mövqeyi == Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Vonn
Vonn (fr. Vongnes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01456. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 74 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 45 nəfər arasında (15-64 yaş) 26 nəfər İqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 57.8%, 1999-cu ildə - 72.4%). Aktiv sakinlərdən 26 nəfəri (15 kişi və 11 qadın) çalışdı, işsizlər yox idi. 19 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
ONA
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
2S31 Vena
2S31 Vena — SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusu. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. == Texniki məlumatlar == İstehsalçı firma: Zavod “SKB” Layihələşdirilməsi: 1980-2007 İstehsal tarixi: 1996 Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi. Ağırlıq: 19.5 ton. Ekipaj: 4 nəfər. Uzunluğu: 6.8 metr.
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Arktik zona
ARKTİK ZONA (yun. arktos - şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83 - 80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S - yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2 - 3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Batail zona
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Conatan Vonq
Conatan Vonq (23 avqust 1992) — Malayziyalı atıcı. Conatan Vonq Malayziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Conatan Vonq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 574 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Coğrafi zona
Crisalide (Vola)
Crisalide (Vola) — (azərb. Barama (Uç)‎) San-Marinonun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Körpücükaltı vena
== İstinadlar ==
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Lona Çemtai
Lona Korlima Çemtai (12 dekabr 1988, Keniya) — Keniya əsilli İsraili təmsil edən marafonçu. Lona Çemtai İsraili 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lona Çemtai birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyrp şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada məsafəni sona gədər qət edə bilmədi.
Rona-Alplar
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Rona (departament)
Rona (fr. Rhône) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. 2015-ci ildə daxilində yerləşən Lyon şəhəri digər kommunlardan ayrılaraq inzibati mərkəzə çevrilidi. Hal-hazırda departamentin inzibati mərkəzi Lyon şəhəridir. == Coğrafiyası == Departamentin sahəsi 2,715 km²-dir. Ərazidən Rona və Sona çayı keçir. Buraya 1 rayon 13 kanton və 228 kommun daxildir. == Əhalisi == Rona departamentin ərazisinin əhalisi 471,026 nəfərdir. 2011-ci ildəki siyahıyaalınmasına görə isə Lyon şəhərində əhalisin sayı 491,268 nəfər idi. Ayrılmış ərazilər daxil olmaqla 1 yanvar 2012-ci il tarixində əhalinin sayı 1,762,866 nəfər olmuşdur.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. == Həyatı == Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. == Mahnıları == Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.