Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Fly-by-wire
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
The Daily Wire
The Daily Wire — ABŞ mühafizəkar xəbər və mülahizə saytı. Sayt 2015-ci ildə ABŞ siyasi şərhçisi Ben Şapiro tərəfindən təsis edilmişdir. O, hal-hazırda saytın baş redaktoru, Maykl Noulz idarəedici redaktoru, Ceremi Boreynq isə baş əməliyyat direktorudur. Saytn baş qərargahı ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsinin ərazisinə daxil olan San-Fernando vadisinin Şerman-Ouks rayonunda yerləşir.
World Wide Web
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir. Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir.
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
World Wide Web Conference
The ACM Web Conference (əvvəlki adı: International World Wide Web Conference; qısaca WWW) — Ümumdünya hörümçək torunun gələcək istiqaməti mövzusunda illik beynəlxalq akademik konfrans. İlk konfrans 1994-cü ildə İsveçrənin Cenevrə şəhərində, CERN-də Robert Kayo tərəfindən keçirilmiş və təşkil edilmişdir. Konfrans o vaxtdan bəri hər il Robert Kayo və həmkarı Cozef Hardin tərəfindən təsis edilən Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsi (IW3C2) tərəfindən təşkil olunur. 2020-ci ildə "Web Conference" seriyası ACM SIGWEB tərəfindən dəstəklənən Hesablama Maşınları Assosiasiyası (HMA) ilə əlaqəli olmuşdur. Konfransın məkanı Şimali Amerika, Avropa və Asiya arasında dəyişir, onun tədbirləri adətən beş gün davam edir. Konfransın məqsədi "əsas təsir edici şəxslərin, qərar qəbul edənlərin, texnoloqların, bizneslərin və standartlar təşkilatlarının" həm davam edən işlərini, araşdırmalarını və fikirlərini təqdim edə, həm də bu sahədə ən bilikli insanlardan rəy ala biləcəkləri bir forum təmin etməkdir. "Web Conference" seriyası onunla əlaqəli texnologiyaların standartlaşdırılması, qeyd olunan texnologiyaların cəmiyyətə və mədəniyyətə təsiri ilə bağlı müzakirə və debatlar üçün qlobal forum təmin etmək məqsədi daşıyır. Tərtibatçılar, tədqiqatçılar, internet istifadəçiləri, eləcə də kommersiya müəssisələri və təşkilatlar ümumdünya hörümçək torunun ən son yeniliklərini, həmçinin eTV və elektron biznes kimi digər prosesləri müzakirə etmək üçün konfransda bir araya gəlir. Konfransların mövzusuna adətən dərsliklər və seminarlar kimi müxtəlif tədbirlər, həmçinin əsas konfrans və internet tarixinin yaddaşına xüsusi yer ayrılması və xüsusi diqqətəlayiq hadisələr daxildir. Konfranslar IW3C2 tərəfindən "World Wide Web Consortium" (W3C), yerli təşkilat komitələri və texniki proqram komitələri ilə birgə təşkil olunur.
World Wide Web Foundation
World Wide Web Foundation — ümumdünya internetinin inkişafı və əlçatanlığı məsələləri ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Təşkilatın qurulması Tim Berners-Li tərəfindən 14 sentyabr 2008-ci il tarixində Vaşinqton şəhərində elan edildi. 15 noyabr 2009-cu ildə isə təşkilat fəaliyyətinə başladı. Təşkilatın vəzifələri "ümumdünya internetin azadlığı və açıqlığı", "internetin imkanlarının və etibarlılığının genişləndirilməsi" və "planetdə hər bir insanın şəbəkəyə çıxışının təmin edilməsi" elan edilir. Bu məqsədlərə nail olmaq üçün vəqf üç istiqamətdə işləyir ː Veb-elm və tədqiqat Veb-texnologiyalar və təcrübələr Cəmiyyət üçün Ümumdünya şəbəkəsi Berners-Li fondunun təqdimatı zamanı veb saytlardakı informasiya etibarlığını göstərən bir sistemin yaradılmasının zəruriliyini bildirdi ː Məlumatların dəqiqliyi mənbələr tərəfindən təsdiqlənən kimi saytlarda etibarlılığa dair işarələr qoymaq üçün yeni sistemlərə zərurət yaranır. Fondun ilk layihəsi Afrikanın kənd təsərrüfatında veb-texnologiyaların təşviqi və aztəminatlı gənclər üçün onlayn kontentin yaradılması üzrə tədris kurslarının dəstəklənməsi oldu. Bu layihənin həyata keçirilməsində fonda Amsterdam Universiteti (Niderland) böyük yardım göstərir. İkinci layihə Rio-de-Janeyro (Braziliya) şəhərində yerləşən rəqəmsal texnologiyaların mövcudluğu mərkəzi ilə birlikdə təşkil edilir. Səylər gənclərin mobil telefonlar vasitəsilə internet kontentinin yaradılmasına yönəldilmişdir. 2012-ci ildə World Wide Web Foundation dünya ölkələrində internet inkişafının reytinqini təqdim etdi.
World Wide Web Consortium
Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi. W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır. "World Wide Web Consortium" (W3C) 1994-cü ildə Tim Berners-Li tərəfindən 1994-cü ilin oktyabrında Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) ayrıldıqdan sonra yaradılmışdır. Bu, Avropa Komissiyası və Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter Elmləri Laboratoriyasında yaradılmışdır.. DARPA internetin sələflərindən biri olan ARPANET-ə öncülük etmişdi. 2004-cü ilə qədər Texnologiya Meydanında yerləşirdi, sonra Stata Mərkəzinə köçmüşdü.
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
Aspe
Aspe (isp. Aspe) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 70,9 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 20360 nəfərə çatmışdır.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Fine Line
Fine Line — İngiltərə müğənnisi Harri Staylsın ikinci studiya albomu. 13 dekabr 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Kipu
Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino" – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi. Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə təsadüf etdiyi müəyyən olunmuşdu.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Like..?
Like..? — amerikalı repçi Ice Spice-ın ilk mini-albomu (EP). 20 yanvar 2023-cü ildə 10K Projects və Capitol Records tərəfindən buraxılıb. Mini-albom buraxılışından cəmi bir neçə saat əvvəl elan edilmişdir. Prodüserliyini repçinin yaxın əməkdaşı RiotUSA edib. Mini-albomdan əvvəl "Munch (Feelin' U)", "Bikini Bottom" və "In Ha Mood" sinqlları yayımlanıb. Ice Spice-ın Lil Tjay ilə ifa etdiyi "Gangsta Boo" mahnısı, onun Billboard Hot 100 çartında 82-ci sırada qərarlaşan ilk mahnısı olmuşdur. Digər sinql "In Ha Mood" isə həmin çartda 58-ci sıraya yüksəlmişdir.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Binə
Binə bu mənaları ifadə edə bilər: Binə dağı — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
FIPS
FIPS 10-4 ölkələr, asılılıqlar, xüsusi suverenlik zonaları və onların əsas inzibati bölgüləri CIA World Factbook kimi bir çox nəşrlərdə coğrafi məlumatları emal etmək üçün ABŞ hökumətinin istifadə etdiyi iki hərfli ölkə kodlarının siyahısı idi. Bu standart, həmçinin DAFIF 0413 ed 7 Amdt kimi tanındı. № 3 (Noyabr 2003) və DIA 65-18 (Hərbi Kəşfiyyat İdarəsi, 1994, "Geosiyasi Məlumat Elementləri və əlaqəli elementlər"). FIPS 10-4 kodları ISO 3166-1 alfa-2 ölkə kodlarına bənzəyir (lakin bəzən uyğun deyil). Standart, eyni zamanda, lakin ümumiyyətlə ISO 3166-2 standartına uyğun olmayan ölkələrin ən yüksək səviyyəli bölmələri üçün kodları ehtiva edir. 2 sentyabr 2008-ci ildə FIPS 10-4 NIST (Milli Standartlar və Texnologiya İnstitutu) tərəfindən Federal İnformasiya Qenerasiya Standartı olaraq götürülmüş on standartdan biri idi. Milli Yer Kosmik-Kəşfiyyat Agentliyi 31 dekabr 2014-cü il tarixinə FIPS 10-4 texniki xidmətini dayandırdı. FIPS 10-4 kodları "Geosiyasi Şəxslər və Kodlar" adlı bir siyahı ilə əvəz edilmişdir.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Çips
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
İpək
İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parça. Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması ilə başa çatır. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibbdə və musiqi alətlərinin hazırlanmasında da geniş istifadə olunur. XIX əsrə qədər ipəkçilik və xam ipək istehsalı Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tutub. Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyişə səbəb olmuşdur. İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 614-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 6 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Cənubi Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Dime Dırb
Dime Dırb (fars. ديمه درب‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 17 ailədə 34 nəfəri kişilər və 28 nəfəri qadınlar olmaqla cəmi 62 nəfərdir.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster, Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Emrah İpek
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
Gips (material)
Gips — inşaat materialı. Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Half-Life
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır. Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.