World Wide Web Foundation

World Wide Web Foundation — ümumdünya internetinin inkişafı və əlçatanlığı məsələləri ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı.

World Wide Web Foundation
World Wide Web Foundation
Ümumi məlumatlar
Tipi Qeyri-kommersiya təşkilatı
Təsis tarixi 2009
Bağlanma tarixi 30 sentyabr 2024[1]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 4.043.053 € (2019)
Rəhbərlik
Təsisçi Tim Berners-Li
webfoundation.org
Alberto Ibargüen və Tim Berners-Li World Wide Web Foundation yaradılışını elan edirlər

Təşkilatın qurulması Tim Berners-Li tərəfindən 14 sentyabr 2008-ci il tarixində Vaşinqton şəhərində elan edildi. 15 noyabr 2009-cu ildə isə təşkilat fəaliyyətinə başladı.[3] Təşkilatın vəzifələri "ümumdünya internetin azadlığı və açıqlığı", "internetin imkanlarının və etibarlılığının genişləndirilməsi" və "planetdə hər bir insanın şəbəkəyə çıxışının təmin edilməsi" elan edilir.[4] Bu məqsədlərə nail olmaq üçün vəqf üç istiqamətdə işləyir[5] ː

  • Veb-elm və tədqiqat
  • Veb-texnologiyalar və təcrübələr
  • Cəmiyyət üçün Ümumdünya şəbəkəsi Berners-Li fondunun təqdimatı zamanı veb saytlardakı informasiya etibarlığını göstərən bir sistemin yaradılmasının zəruriliyini bildirdi[6] ː

Məlumatların dəqiqliyi mənbələr tərəfindən təsdiqlənən kimi saytlarda etibarlılığa dair işarələr qoymaq üçün yeni sistemlərə zərurət yaranır.

Fondun ilk layihəsi Afrikanın kənd təsərrüfatında veb-texnologiyaların təşviqi və aztəminatlı gənclər üçün onlayn kontentin yaradılması üzrə tədris kurslarının dəstəklənməsi oldu. Bu layihənin həyata keçirilməsində fonda Amsterdam Universiteti (Niderland) böyük yardım göstərir.

İkinci layihə Rio-de-Janeyro (Braziliya) şəhərində yerləşən rəqəmsal texnologiyaların mövcudluğu mərkəzi ilə birlikdə təşkil edilir. Səylər gənclərin mobil telefonlar vasitəsilə internet kontentinin yaradılmasına yönəldilmişdir.[7]

2012-ci ildə World Wide Web Foundation dünya ölkələrində internet inkişafının reytinqini təqdim etdi. Bu reytinq internetin ölkənin ictimai həyatında müxtəlif sahələrinə təsir səviyyəsini xarakterizə edir və bir sıra göstəricilər əsasında hesablanır. Siyahının yuxarı mövqelərində İsveç, ABŞBöyük Britaniya olub.[8]

  1. https://webfoundation.org/docs/2024/09/Public_letter_WWWF.pdf.
  2. Contact – World Wide Web Foundation.
  3. "World Wide Web Foundation Launches Global Operations". World Wide Web Foundation. 2009-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-16.
  4. "About the Web Foundation". World Wide Web Foundation. 2008-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-14.
  5. "World Wide Web Foundation FAQ". World Wide Web Foundation. 2008-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-14.
  6. "Warning sounded on web's future". BBC News. 2008-09-15. 2008-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  7. "Фонд World Wide Web Foundation приступил к практической работе". 2013-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-05.
  8. "Исследование World Wide Web Foundation: Рейтинг развития Интернета в странах мира в 2012 году". 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]