Dua Lipa (22 avqust 1995[1], Vestminster, Böyük London[18][19]) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi.
Dua Lipa | |
---|---|
alb. Dua Lipa | |
Ümumi məlumatlar | |
Doğum adı | Dua Lipa[17] |
Doğum tarixi | 22 avqust 1995[1] (29 yaş) |
Doğum yeri | |
Partnyorları | |
Atası | Dukagjin Lipa[d][20] |
Anası | Anesa Lipa[d][21] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], model[d], dəb dizayneri, aktrisa, podkaster, pop müğənnisi, bəstəkar, film prodüseri |
Fəaliyyət illəri | 2014-cü ildən |
Janrlar | pop musiqisi, post-disko[d], haus[d], funktronica[d], indi-pop[22][23][…], drim-pop[d][22][23][…], sinti-pop[22][23][…] |
Səs tembri | messo-soprano[24][25][…] |
Albom şirkətləri | Warner Records[10][11], Urban[d], Vertigo[d], Atlantic Records |
Təhsili | |
dualipa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi. 16 yaşında yenidən model olaraq işləməyə başladı.
Atası əvvəllər Rok musiqiçisi idi və onun mahnılarını dinləyərək vaxt keçirdirdi. 14 yaşında olarkən sevdikləri Pink və Nelli Furtado mahnılarını oxumuşdur.
2015-ci ildə Lipa ilk albomu üçün Warner Bros. Records ilə işləməyə başladı. 2015-ci ilin avqustunda ilk sinqlı olan "New Love"ı yayımladı. Lusi Teylor tərəfindən yazılan ikinci sinqlını "Be the One,"ı oktyabr 2015-ci ildə yayımladı. Lipa, musiqi tərzinin "Dark Pop" olduğunu demişdir. 2016-cı ilin dekabrında Lipa ilə bağlı ‘See in Blue’ adlı sənədli film çəkildi[26].
Öz adını başlıq olaraq istifadə etdiyi studiya albomunu 2 iyun 2017-ci ildə yayımlamaq qərarına gəlmişdir.
Sənətçinin ikinci studiya albomu olan "Future Nostalgia" 27 martda çıxdı.[27] Albomun 2 müxtəlif versiyası mövcuddur: Future Nostalgia, Future Nostalgia (The Moonlight Edition
Lipa 2019-cu ildə Anvar Hadid ilə münasibətə başlamışdır. Cütlük 2021-ci ildə ayrılmışdır.[28]
Müğənni ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |