Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xələc
== Digər == Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. == Qəsəbələr == Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. == Kəndlər == === Azərbaycan kəndləri === Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Xələc (Heris)
Xələc (fars. نخلج‎) — İran İslam Respublikasının Şərqi Azərbaycan ostanının Heris şəhristanının Şərqi Bədəvistan bəxşində kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (29 ailə).
Xələc (Qafan)
Xalac (erm. Խալաջ; hal-hazırkı adı: Atçanan; erm. Աճանան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. == Tarixi == Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd. Rayon mərkəzindən şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xalac qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır.
Xələc (Qubadlı)
Xələc — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Xələc kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Oykonim Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII—XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayırlar. == Abidələri == ХV—ХVI əsr Məscidin qalıqları == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 45 evdə 106 şiə azərbaycan türkü (mənbədə "tatar") yaşayırdı.
Xələc (Salyan)
Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Əvvəllər iki müstəqil kəndlərdən - Aşağı Xələc (1965-ci ildə Yenikənd) və Yuxarı Xələc (1965-ci ildən Xələc) ibarət olmuşdur. Mənbələrə görə, kəndin əhalisi XVIII əsrin 20-ci illərində Şamaxıdan köçüb gəlmişdır. Onlar əvvəllər köçəri həyat sürmüş, yazı Zəngəzurda, Üçtəpə yaylaqlarında, qışı Mil və Muğan düzlərində keçirmışlər.
Xələc (Ucar)
Xələc — Azərbaycan Respublikasının Ucar rayonunun Lək inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 749 nəfərdir. == Tarixi == Oykonimlər Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII-XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayırlar. == Din == Kənddə Xələc kənd məscidi dini icması fəaliyyət göstərir.
Xələc (Urmiya)
Xələc (fars. ‎‎‎حلج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.088 nəfər yaşayır (177 ailə).
Xələc (Şahindej)
Xələc (fars. خلج‎‎‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanının Kəşavərz bəxşində kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (14 ailə).
Xələc (Şərur)
Xələc — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonununda kənd. == Toponimikası == Oronim Səlcuq oğuzlarının Xələc tayfasının adını əks etdirir. Kəndin adı bu ərazidəki dağın adı ilə bağlıdır. == Tarixi == 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1431 nəfərdir. (2009-cu il) == İstinadlar == == Ədəbiyyat == Əliyev N.H.,Хələc Eneolit yaşayış yeri,Azərbaycan ali məktəb aspirantlarının VIII elmi konfransı(tezislər).Bakı.1985, Сейидова А.Г.,Памятники куро-аракской культуры Нахичевани,Б.1993.
Xələc (Ərdəbil)
Xələc (fars. خلج‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (4 ailə).
Xələc dili
Xələc dili — İranda və Əfqanıstanda danışılan türk dillərindən biri. 2017-ci il siyahıyaalınmasına görə, 52 800 nəfər bu dildə danışır. Dil böyük ölçüdə farslaşdırılmışdır. == Coğrafi paylanma == Xələc dili əsasən İranın Mərkəzi vilayətlərində danışılır. Xələc dilinin əsas olaraq şimal və cənub dialektlərinə ayrılır. Bu dialektlərdə ayrı-ayrı kəndlərdə və danışan qruplarında müxtəlif nitq nümunələri var.
Xələc etrapı
Xələc etrapı (türkm. Halaç etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Xələc qəsəbəsidir.
Baş Xələc (Həştrud)
Baş Xələc (fars. باش خلج‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (26 ailə).
Xələc-i Kürd
Xələc-i Kürd (fars. خلج كرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc-i Əcəm
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc (Mahnişan)
Xələc (fars. خلج‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (97 ailə).
Xələc-i Kürd (Şot)
Xələc-i Kürd (fars. خلج كرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc-i Süfla (Miyanə)
Xələc-i Süfla (fars. حلاج سفلي‎) və ya Aşağı Xələc — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 305 nəfər yaşayır (57 ailə).
Xələc-i Ülya (Miyanə)
Xələc-i Ülya (fars. گوگرچين لو‎) və ya Yuxarı Xələc — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə nəfər yaşayır (ailə).
Xələc-i Əcəm (Şot)
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xələc yaşayış yeri
Xalac yaşayış yeri — Şərur rayonunun Xələc kəndindən 200 m cənubda, Araz çayının sol sahilində, eyni adlı dağın şimal yamacında yerləşən Eneolit dövrünə aid yaşayış yeri. Bütövlükdə Xələc yaşayış yeri e.ə. IV-III minillikləri əhatə edir. Xələc yaşayış yeri burada açılan mərmər daş karxanasında gedən işlər zamanı dağıdılmışdır. Onun salamat qalmış hissəsinin sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli gil qab parçalarından, əmək alətlərindən ibarətdir. Xələc yaşayış yerində 2009-cu ildə Abbas Seyidov və Vəli Baxşəliyevin rəhbərliyi ilə arxeoloji qazıntı aparılmışdır. Məlum olmuşdur ki, burada insanlar son eneolit dövründən məskunlaşmışdır. Yaşayış yerindən aşkar olunan keramika özünəməxsus xüsusiyyətlərinə görə "Xalac keramikası" adlandırılmışdır. Boyalı qabları ilə fərqlənən "Xalac keramikası" Yaxın Şərq və Şərqi Anadolu ilə sıx əlaqələr şəraitində inkişaf etmişdir.
Xələcan (Təbriz)
Xələcan (fars. خلجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.354 nəfər yaşayır (1.679 ailə).
Xələcdağ
Xələcdağ — Şərur rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Araz çayının sol sahilində, Xələc kəndindən 1 km cənub-qərbdə dağ (hünd. 813,8 m). Üst Permin Culfa və Dərəşam regiomərtəbələrinə aid Axura lay dəstəsinin terrigen-karbonat çöküntülərindən təşkil olunmuş submeridional istiqamətli yastı təpəli yüksəklikdir. Hər tərəfdən Üst Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinə aid Dəhnə-Vəlidağ qalxımının cavan çöküntülərlə örtülmüş ucqar cənub qanadında yerləşir.
Xələclər
Xələclər – İranda, Əfqanıstanda, Türkmənistanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalqı. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. İrandan başqa yaşadıqları ölkələrdə digər xalqlar arasında assimilyasiyaya uğramışlar. Hazırda İranda xələclərin böyük əksəriyyəti azərbaycanlılar ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumuşdur. İranın Mərkəzi və Qum ostanlarında yaşayırlar. Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir. Xələclər buraya Şandermandan gəlmişlər. == Adı mənşəyi == Divanü Lüğat-it-Türkdə boy adı belə izah edilir; "….. İyirmi ikilər onlara türkcə "qal ac" deyərlər, "ac qal" deməkdir.
Xələclər sülaləsi
I Xələclər sülaləsi 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Sultan Cəlaləddin Firuz şah (1292–1296) Sultan Rüknəddin İbrahim şah (1296) Sultan Əlaəddin Məhəmməd şah (1296–1316) Sultan Şihabəddin Ömər şah (1316) Sultan Qütbəddin Mübarək şah (1316–1320) II Xələclər sülaləsi 1436-cı ildən 1531-ci ilədək Malvada (Mərkəzi Hindistanda) hökmranlıq etmiş türk xanədanıdır. Bu sülalədən ikinci Dehli sultanları çıxmışdır. Bu soydan biri, Mahmud xan Malvanın sonuncu Quri sultanı Məsud xanın vəziri idi. O, 1436-cı ildə öz bacarıqsız hökmdarını devirib taxt-taca yiyələndi. Onun törəmələri uzun illər Mərkəzi Hindistanı idarə etdilər.
Xələcməhəllə (Astara, İran)
Xələcməhəllə (fars. خلج محله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 977 nəfər yaşayır (238 ailə).
Xələnc
Xələnc — Azərbaycan Respublikasının Xızı rayonunun Xızı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kənd Sovetinin Xələnc kəndi Fındığan kənd Sovetinin tərkibinə verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Böyük Qafqaz dağlarının yamacında yerləşir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xızı rayonu Xələc kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
I Xələf
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. == Həyatı == Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Xələf (Miyanə)
Xələf (fars. خلف‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (47 ailə).
Xələf Mançarov
Xələf Safullin
Xələf Safullin (20 mart 1921, Ufa quberniyası – 13 aprel 1965, Bakı, Azərbaycan SSR) — məşhur balerin, pedaqoq və rəqqas 1921-ci il mart ayının 20 anadan olub, 1965-ci il aprel ayının 13-də Bakı şəhərində rəhmətə gedib. O SSRi-nin və BASSR-nın xalq artisti idi. == Tərcümeyi-halı == O, 1912-ci ildə Ufim quberniyasında 4 uşaqlı ailədə dünyaya göz açıb. 20-ci illərin sonunda onun ailəsi Ufaya köçürlər. 1941-ci ildə Leninqrad xoliqrafiya məkktəbini bitirir. Onun müəllimləri Pisarev A.A,, Puşkin A.İ., Şiryayev A.R. olmuşdur.Məktəbi bitirdikdən sonra Ufada Başqırdıstan opera və bolet teatrında solist kimi işləməyə başladı.1960-1964-cü illərdə BTOB-da müəllim kimi işləməyə başlayır.1960-cı ildə "Jurav mahsı" əsərində Aslanbəyov rolunu ifa edir.Rejissor kimi Klyuçarevanın "Dağlıq həyatı" (1951), Sabitovanın "Buratina" (1960) səhnəyə qoyub.1965-ci ildə Bakıda rəhmətə gedir və Ufa da dəfn edilir. == Partiya == Yumaqul, Arslanbəy (L.B. Stepanovun "Jurav mahnısı"), Nur (NG Zhiganov tərəfindən "Zyuqra"), Timergol (A.Q. Klyucharevin "Dağlıq janrları"), Siegfried (P.İ. (Çaykovski), Jean de Brien ("Raymonda" AK Glazunov), İvanushka, Phoebus ("Keçmiş At", "Esmeralda" C. Puni), Albert, Conrad ("Giselle", "Corsair" A. Adana) , Franz (J. Strauss "Blue Tuna"), Vaclav ("Bakhchisarai Fountain" BV Asafyev), Frondoso (Laurence AA Keri), Li Shang Fu (RM Gliere tərəfindən "Qırmızı Poppy" ). == Ədəbiyyat == Xəyrulla R.Başkirin balet ustası. Ufa, 1963 Qaleyeva E. Başqırstanın baletinin ürəyi Xələf Safullin, Rodnik 2007,11 avq,4.s. Davıdova E.Artistin abidəsi Xələf Safulllin 2005 == Mükafatları == RSFSR-nın xalq artisti (1955) , BASSR (1949) Qürur ordeni (1946) == İstinadlar == == Xarici keçidlər == http://kulturarb.ru/people/?ELEMENT_ID=8457 http://www.getmovies.ru/stars/?id=141251 http://www.ural.ru/spec/ency/encyclopaedia-17-1781.html Жиленко Н. Душа башкирского балета Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // Ватандаш.
Xələf Xələfov
Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən), Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini (1997–2018, 2019–2023), Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi. == Həyat və fəaliyyəti == Xələf Alı oğlu Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır. 1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi. 1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır. 1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi. 1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi. 1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini. 2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri. 2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.
Xələç tərsanələri
Xələc tərsanələri (türk. Haliç Tersaneleri) — Türkiyədə İstanbul şəhəri daxilində, Qızıl buynuz (Xələç) buxtasında tərsanə. 1455-ci ildən fəaliyyət göstərən dünyanın ən qədim tərsanələrindən biri. Osmanlı imperiyası dövründə hərbi donanmanın əsas bazası. Hal-hazırda gəmi tərsanəsi, 1851-ci ildən fəaliyyət göstərən İstanbulda gəmi xidmətində ixtisaslaşmış, gəmiqayırma zavodunda təmir və təmir işləri aparan "Şehir Hatları A. Ş." nəqliyyat şirkətinə məxsusdur.. Xələc tərsanəsi, İstanbulun Beyoğlu səmtindəki Kasımpaşa məhəlləsində təxminən 70 hektar ərazidə yerləşir. Gəmiqayırma zavodu 475 metr dəniz sahiləni tutur, hazırda istifadə olunmayan üç dok və iki gəmiqayırma zavodundan ibarətdir. Gəmiqayırma zavodunun metal emalı həcmi ildə 3000 ton təşkil edir ki, bu da müxtəlif yerdəyişməli gəmilərə üç dokda xidmət göstərməyə imkan verir: 118,75 × 22,20 × 13.50 m, 83,50 × 16,00 × 10.50 m və 153,40 × 19, 20 × 9.56 m. 28 kruiz gəmisinə malik tərsanə sahibinin bütün donanmasına xidmətdən əlavə olaraq, İstanbul şəhər bələdiyyəsinin (İBB), Üsküdar bələdiyyəsinin ISTAÇ Bələdiyyə Tullantıları Müəssisəsi, Türk Dəmir Yolu (TCDD), Əsas Sahil Mühafizəsi, Ədliyyə Nazirliyi, digər dövlət qurumları, neft və qaz şirkəti BOTAŞ gəmilərinə və həmçinin şəxsi gəmilərə də xidmət göstərir. == Tarixi == Osmanlı Donanması Sultan II Mehmed tərəfindən yaradılmış və 1453-cü ildə Konstantinopolu almasına imkan vermişdi.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Xelen Perenbum
Xelen Perenbum (d. 4 fevral 1980) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Xelen Perenbum, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Xəzər Xəbər (jurnal)
Xəzər Xəbər jurnalı