Xələf Xələfov

Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən), Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini (1997–2018, 2019–2023), Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi.

Xələf Xələfov
bayraq
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
bayraq2
Vəzifədədir
24 iyul 2023-cü ildən
Prezidentİlham Əliyev
3 may 2019 – 24 iyul 2023
NazirElmar Məmmədyarov
Ceyhun Bayramov
1 iyul 1997 – 13 dekabr 2018
NazirHəsən Həsənov
Tofiq Zülfüqarov
Vilayət Quliyev
Elmar Məmmədyarov
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1959(1959-09-21) (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xələf Alı oğlu Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır.

1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi.

1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.

1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi.

1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi.

1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini.[1]

2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.[2]

2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.[3]

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[4]

24 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.[5]

Almanrus dillərini bilir.

Evlidir, iki övladı var.

  1. "X. Ə. Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-01.
  2. https://nk.gov.az/az/document/3213/
  3. "Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini təyin olundu". 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.
  4. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  5. "X.Ə.Xələfovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]